pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Peyğəmbərlərin zühur etdiyi torpaqlar
Tarixində 19 November 2017 & Saat 19:15

Sual:
Salamun aleykum
Nə üçün bütün peyğəmbərlər şərqdə zühur etmişlər və avropa ölkələri və qərbdə peyğəmbər olmamışdır?

Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Bu suala cavab olaraq bir neçəməsələyə diqqət edilməlidir:

1-Bu ki, deyilir "nə üçünmüəyyən bir məntəqədə peyğəmbərlər çox olmuşlar?" Yaxud "müəyyən birməntəqədə peyğəmbərlər gəlmişlər", bu məsələ İlahi məsləhətə əsasəndir, yəni"Allah-təala Özü daha gözəl bilir ki, peyğəmbərlərini harada təyinbuyursun." Eləcə də insanların xüsusi istedadları və ləyaqətləri ilə də bağlıdır.Sözsüz ki, məntəqələr və diyarlar da öz növbəsində istedadların yüksəlişində təsirlidirlər.Hazırda da deyilir ki, şərq, ürfan və işraq diyarıdır.

2-Doğrudur,"Ulul-Əzm" (şəriət sahibi olan) peyğəmbərlər asiya və yaxın şərq ölkələrindənolmuşlar, amma tarixçilərin arasında bütün peyğəmbərlərin yaxın çərqdə zühuretmələri barəsində nəzər ixtilafları vardır. Bəziləri deyir ki, bütün peyğəmbərləryaxın şərqdə zühur etməmişlər, ona görə ki, peyğəmbərlər müəyyən bir ölkəyə vəya millətə xas deyillər. İslam nəzəriyyəsinə əsasən bütün ümmətlərin özlərindənpeyğəmbərləri olmuşdur. Qurani-Kərim buyurur:

”ولقد بعثنا فی کلّ أمة رسولاً أنِ اعبدواالله و اجتنبوا الطاغوت"

"Hər bir ümmətə peyğəmbərgöndərdik (xalqa desinlər) ki, Allaha ibadət edin və bütlərdən uzaq olun."

Həmçinin, bəzi torpaqlarda heçbir peyğəmbərin olmaması və peyğəmbərlərin ancaq Fələstin və Hicaz məntəqələrindəolması, özü tarixi baxınmdan isbat edilməmiş bir məsələdir. Qurani-Kərimbuyurur:

"وان من امة الا خلافیها نذیر"

"Bütün ümmətlərdə (insanları pisliklərdən) çəkindirənvardır."

Deməli, Allah-təala tərəfindən insanların hidayəti üçün göndərilmişxüsusi şəxsiyyətlər (peyğəmbərlər) olmuşdur, lakin biz onları isbat etməyəqadir deyilik.

Bəli, bütün yerlərdə "Ulul-Əzm"  peyğəmbərlərin olması vacib deyildir, belə ki,124 min peyğəmbər olduğu halda Qurani-Kərim onlardan məhdud şəkildə bəzilərininadını zikr etmişdir, həmçinin bütün bu peyğəmbərlər beş "Ulul-Əzm"peyğəmbərin dinini təbliğ etmişlər və bu kimi peyğəmbərlər mümkündür bütüntorpaqlarda olmuşlar.

Doğrudur, Ulul-Əzm peyğəmbərlər, şəriət və səmavi kitab sahibləri ortavə yaxın şərqdə olmuşlar; Nuh peyğəmbər İraqda, İbrahim peyğəmbərin dəvəti İraqvə Şam torpaqlarında olmuş və Misr, Hicaza da səfər etmişdir, Musa peyğəmbər dəMisrdə dünyaya gəlmişdir.

3-Bəzi müasir yazıçılar əksər peyğəmbərlərin və ya Ulul-Əzm peyğəmbərlərinşərqdə zühur etmələri səbəbini belə izah etmişlər:

"Bəşər cəmiyyətlərinin yaranışı və insan mədəniyyətinin zühurunadiqqət yetirdikdə bu məsələ heç də təəccüblü deyildir. Çünki dünyanın böyüktarixçiləri açıq-aydın bildirirlər ki, şərq aləmi (xüsusən orta və yaxın şərq)insan mədəniyyətinin beşiyidir ki, bu məntəqəni "hilale xəzib", yəni "ay-paraşəkilli münbit və bərəkətli torpaqlar" adlandırmışlar.

Misr mədəniyyəti dünyanın ən qədimmədəniyyəti kimi tanınmışdır, İraqda Babul mədəniyyəti, Hicazın cənubunda Yəmənmədəniyyəti, həmçinin İran və Şam vilayətləri mədəniyyəti, bütün bunlar dünya mədəniyyətindətanınmış məntəqələrdir. Bəşər mədəniyyətinin ömrü bu torpaqlarda yeddi min ildənartıq sayılır. Eyni zamanda insan mədəniyyəti ilə peyğəmbərlərin gəlişininyaxın rabitəsi vardır, çünki mədəni insanlar İlahi dəsturlar və qayda-qanunlaradaha çox ehtiyaclıdırlar ki, həm ictimai və hüquqi qanunlara zamin olsunlar, fəsadvə təcavüzün qarşısını alsınlar, həm də insanlarda İlahi fitrətin inkişafınaçalışsınlar. Ona görə deyirəm ki, bu gün bəşərin, xüsusən də mədəni və inkişafetmiş ölkələrin məzhəbə ehtiyacları daha çoxdur."



511 Görüş