Sualınızı soruşun

24 April 2024 Saat 07:34

Salamun aleykum, lütfən istimnadan yaxa qurtarmaq yollarını göstərərdiz, təşəkkür edirəm.

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

İstimna haramdır və böyük günahlardan sayılır. Hər kəs istimna etməyə mürtəkib olsa, cəhənnəm əzabına layiq görülər. İstimna və özü ilə şəhvətini söndürmək həqiqətdə bir növ xəstəlikdir və insana çox zərər və ziyan vurur, o cümlədən:

1-Cismi təsirlər: Göz və görmə qabiliyyətinin zəifləməsi, bədənin get-gedə qüvvədən düşməsi, sonsuz qalmaq və dünyaya övlad gətirməyə qadir olmamaq, vaxtından əvvəl qocalmaq, oynaqların zəifliyi və süstlüyü, əl əsməsi, zahiri görünüşün pisləşməsi və surətin təravətinin aradan getməsi...

2-Ruhi və psixi təsirlər: Zehnin və hafizənin zəifləməsi və fikri pərişanlıq, iztirab, təkliyə çəkilmək və guşənişinlik, depressiya, qəmginlik və həyatdan ləzzət görməmə, bədəxlaqlıq, tez özündən çıxmaq və tündxasiyyətlik, daimi sıxıntıda olmaq, iradəsizlik...

3-İctimai təsirləri: Ailə ilə uyğunsuzluq, evlənməyə əlaqəsizlik, həyat yoldaşı ilə cinsi rabitədə qabiliyyətsizlik, qeyrətin getməsi, cəmiyyətdən aryı düşmək hissi, ictimai mövqeiyyətin, hörmətin və şərafətin aradan getməsi, gec evlənmək və ailə həyatından ləzzət aparmamaq...

İstimnanın günahları haqda düşünün və iradənizi toplayın, bu çirkin əməli tərk edə bilərsiz. Allahın insana bəxş etdiyi nemətlərdən biri əzm və iradəyə malik olmaqdır. Təcrübə ilə sabit olunub ki, bir işi yerinə yetirmək və tərk etməkdə insan böyük qüdrətə malikdir. İradə etsəniz hər bir işi əncam verib tərk edə bilərsiz, demək istimnanı tərk etməkdə qüvvətli olmalısız.

Evlənmək üçün şəraitiniz yoxdursa bu imkan yaranana qədər, gərək öz cinsi hisslərinizə və şəhvətinizə qələbə çalasız. Bu məsələdə iman möhkəmliyi ilə bərabər aşağıda qeyd olunan məsələlərə də diqqət yetirin:

1-Şəhvəti qaldıran mənzərələri görməkdən, şəhvəti təhrik edən yazıları oxumaqdan və bu kimi məsələlər barədə fikirləşməkdən uzaqlaşın, naməhrəmə baxmaqdan ciddiyyətlə çəkinin.

2-Öz vaxtınızı elmi-mədəni və bu kimi faydalı mövzuları mütaliə etməyə sərf edin. İdman etmək və əməklə məşğul olmağa can atın.

3-Təklikdən uzaqlaşın və çalışın həmişə camaatla bir yerdə olun.

4-İmkan olan qədər moizə, öyüd-nəsihət və Məsumların (ə) misibət məclislərində iştirak edin. Həmçinin, məscidlərdə camaat namazlarına gedin, çoxlu Quran oxuyun və Allahdan istəyin sizə kömək olsun.

5-Hər zaman cinsi hissləriniz və şəhvətiniz sizə qələbə çalsa, ölümü və axirəti yada salın, həmişə ölümün yaxın olduğunu və məhşərin bərpasını fikirləşin. Ölümü yada salmaq şəhvəti söndürür.

6-İstimnanın aqibəti barədə düşünün, bilin ki, dünya və axirətdə ancaq bədbəxtliyə səbəbdir.

7-“ لاحول ولا قوة الا باللَّه(La hövlə və la qüvvətə illa billah) zikrini çox deyin.

8-Oruc tutun, sağlam bədəniniz varsa, oruc tutduqda bədənin qüvvələri tənzim olar və şəhvət aradan gedər.

Bu deyilənlərə diqqətli olun, bunların müsbət nəticəsini görsəniz, davamlı olaraq onlara əməl edin. Bütün bu deyilənlər həyatda sizə sağlam bədən və ruh verər, hörmət və mövqeiyyət yaradar. Eyni halda istimnanı tərk etmək üçün ciddi surətdə iradəli olun, Allah-taala insanı iradə ilə yaradıb və öz həyatını qurmaqda onu iradəsinə bağlayıb.

Müvəffəqiyyət əldə etməkdə sizi dua edirik, istəyinizə nail olasınız və cəmiyyət sizin varlığınızdan faydalansın, inşa Allah!


کلمات کلیدی :

istimna

۱,۴۵۵