pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Tibbi spirt
Tarixində 22 April 2018 & Saat 22:59

Buyurmusunuz ki, əgər bir şey əsil maye və məst edici olsa nəcisdir. Tibbi spirti Həzrət Ayətullah Fazil Lənkərani (Allah rəhmət etsin) məst edici bilmirdi. Əgər bir nəfər dəqiqliklə tibbi spirtin məst edici olmasin bilsə nəcis hökmündədir, amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır.
Mən araşdırmışam ki, bütün tibbi- spirtlər məst edicidir. Hamısına su əlavə edilib içilməsi mümkün və eyni zamandada içən şəxsin məst olması mütləqdir. Yaxşı, əgər məsələ belədirsə, Həzrət Ayətullah Fazil Lənkərani(Allah rəhmət etsin) ağa deyir ki, mən tibbi spirti məst edici bilmirəm. Onda belə bir nəticə çıxardıram ki, tibbi- spirt özü-özlüyündə məst edici olsada belə mərhum Lənkərani ağa onu məst edici saymadığına əsasən pakdır. Yəni, tibb üçün hazırlanıb və tibdə istifadə olunduğu üçün əsli məst edici olsa belə pakdır. Düzgün başa düşmüşəm? Əgər desəniz ki, yox sənin üçün tibbi spirt nəcisdir.Bu halda belə çıxır ki, mərhum Lənkərani ağa müqəllidləri üçün yox, özü üçün deyirmiş: mən tibbi spirti məst edici bilmirəm. Yəni, kiməsə sübut olunsa, tibbi spirt məst edicidirsə o müqəllid üçün nəcisdir. Düzgün başa düşmüşəm? Əgər desəniz, bəli düzgün başa düşmüsən. Bəs mənim keçmişdə qıldığım namazlarımın hökmü nədir? Çünki, ölkəmizdə böyük alimlər, hətta Müçtehidlərin nümayəndələri deyirdi: tibbi- spirt əsli maye və məst edici olsa belə Lənkərani ağa onu pak bilir. Məndə onların bu sözünə əsasən bədənimdə və paltarımda belə spirt ola-ola namaz qılmışam.

Ayətullah üzma Fazil Lənkəraninin (Allah ona rəhmət eləsin) nəzərinə əsasən tibb spirti məstedici deyil , bu nəzər onun üçün və onun müqəllidləri (ona təqlid edənlər) üçün, tibb spirtinin məstedici olmasına yəqinlik tapılmayana qədər höccətdir.

  Əgər bir nəfər yəqin edə tibb spirtinin tərkibi axıcı və məstedicidir onda o nəcisdir və onunla namaz qıla bilməz.

  Məhz buna görə əgər sizin yəqininiz olsa ki, tibb spirti məstedicidir sizin üçün nəcisdir və onunla namaz qıla bilməzsiniz. Lakin tibb spirtinin məstedici olduğunu bilmədiyiniz halda onunla indiyə qədər qıldığınız namazlarınız düzdür. 

648 Görüş