pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Namazın müstəhəb və vacib zikri
Tarixində 25 January 2020 & Saat 13:05

Namazın ruku və səcdənin zikrini bədən aram halında demək vacibdir, onda əgər aram olmadan və qəsdən desə namaz batil olarmı? Ruku və səcdədən qalxanda təkbir deyəndə də bədən aram olması vacibdirmı? Rukuya ya səcdəyə gedən vaxt Allahu Əkbər desəm caizdir yoxsa, ondada bədənin aram halda deyilməsi vacibdir?

Namazın rüku və səcdələrinin zikri kimi vacib olan zikrləri bədənin aram olması ilə deyilməlidir. Amma bir kəs bilərəkdən bədənin aram olmadığı halda vacib zikrləri deyərsə namazı batildir. Əgər səhvən də olarsa gərək yenidən bədənin aramlığı ilə desin.

 Həmçinin namazın müstəhəb zikrləri də əgər namazın müstəhəb zikri niyyəti ilə deyilərsə ehtiyac-vacibə əsasən bədənin aram halında deyilməlidir, amma əgər bir kəs mütləq zikr qəsdi ilə (nəinki namazın müstəhəb zikri qəsdi ilə) deyərsə rükuya və səcdələrə əyilib duranda da, deyə bilər.

Buna görə də əgər bir kəs təkbiri (Allahu əkbəri) rukudan qabaq və sonra, yaxud səcdələrdən qabaq və sonra  namazın müstəhəb zikri qəsdi ilə deyərsə ehtiyat-vacib budur əsasən, bədən aram olan halda deməli, sonra rüku və səcdəyə gedərək, yaxud rüku və səcdələrdən qalxaraq, aram olandan sonra zikri deməlidir.

 Əgər namazın müstəhəb zikri niyyəti ilə deyil, əksinə təkbiri mütləq zikr qəsdi ilə deyərsə rüku və səcdələrə gedəndə yaxud başını rüku və səcdələrdən qaldırandan sonra qalxan halda deyərsə maneəsi yoxdur.

Qeyd: Mütləq zikr, insan namaz qılan halda dediyi zikri namazın müstəhəb zikrindən bilməsinə deyilir.

1156 Görüş