Sualınızı soruşun

28 March 2024 Saat 12:50

Bir məclisdə molla Vladimir Iliç Leninə rəhmət oxudu və bir neçə adam etiraz etdi. Molla Sovetlər dövründə Leninin təhsillə əlaqədər çox zəhməti olduğunu əsas gətirdi. O, çox danışdı, amma çoxları narazı qaldı. O mollanı başa sala bilmədik ki, o kafir idi. Biz onunla razılaşmadıq. Sizin bu barədə fikriniz nədir?

پاسخ :

Lenin kafir, Allahı inkar edən və cinayətkar bir şəxs idi,o, minlərlə insanı qurban etmişdir. Lenin və onun kimilərinə rəhmət göndərmək haramdır. Lenin nəinki özü kafir idi, onun məktəbinin bünövrəsi küfr, ateizm və kommunizmdən ibarətdir. O, çox insanları yolundan azdırmış və bir çoxlarını da kommunist cinayətləri ilə qətlə yetiribdir. Allah Lenin və onun kimilərinin əzabını artırsın!

کلمات کلیدی :


۲,۳۱۰