Sualınızı soruşun

24 April 2024 Saat 13:52

Proqram sahibinə (əsasən də qeyri müsəlman dövlətlərinə aid olan) heç bir ödəmə eləmədən, açarı ilə birgə internetdən götürülən və ya pirat disklərlə əldə edilən hər hansı bir computer proqramını istifadə etməyin işkalı varmı? İslamın təbliğində bu kimi proqramların istifadə etməyin hökmü nədir? (nəzərə alsaq ki, bu proqramların hamısını almağa maddi imkan yol vermir).

پاسخ :

Hər bir proqramı yükləmək, üzünü köçürtmək və onu kopyalayıb paylamaq
hərçənd kafirdən də olsa, istehsalçının razılığı olmasa caiz deyildir. Lakin başqa bir nəfər yükləsə və ya onun kilidini qırıb üzünü köçürsə, siz də həmin kopya olunmuşu ucuz qiymətə alsanız işkalı yoxdur. Kilidi qırılmış və üzü köçürülmüş proqramdan şəxsi istifadə edib onu ala bilərsiniz, amma onu kopya edib başqalarına verməyə haqqınız yoxdur.

کلمات کلیدی :


۴,۰۹۷