Sualınızı soruşun

28 March 2024 Saat 19:09

Ata-ana, övlad və ər-arvadın haqları barədə geniş şəkildə məlumat verməyinizi rica edirik.

پاسخ :

Ata-ananın övlad üzərindəki haqları:

Ata-ana barədə ayə və rəvayətlərdən istifadə olunan haqlar aşağıdakılardan ibarətdir:

1.Şiə olmasalar belə, ata-anaya hörmət edin.

 2.Onlarla həmsöhbət olun.

3.Onların inciməsinə səbəb olan sözlər deməyin.

4.Ata-ananın bütün ehtiyaclarını (maddi və qeyri-maddi) ödəyin.

5.Onlarla mehriban və mülayim rəftar edin.

6.Səsinizi onların səsindən yüksək etməyin.

7.Yol yeriyərkən onlardan önə keçməyin.

8.Onlar öldükdən sonra boyunlarında qalan borcları ödəyin, onlara Allah-taaladan bağışlanmaq istəyin.

Yuxarıda qeyd etdiyimiz incə məqamlar bəzi valideynlər üçün o qədər də əhəmiyyətli olmaya bilər, lakin onları yerinə yetirməklə o incə məqamların ata-ana haqlarından olmasını valideynlərə başa salmaq olar.

Rəvayətdə nəql olunur: “Bir kişi Rəsuli-Əkrəmin (s) yanına gəlib dedi: ”Cihada getməyi çox istəyirəm!”

Həzrət (s) buyurdu: “Allah yolunda cihad et, əgər şəhid olsan, Onun hüzurunda diri olacaq və ruzilərindən bəhrələnəcəksən. Əgər şəhid olmadan ölsən, sənin əcr və savabın Allah ilədir.Əgər cihaddan sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni doğulmuş uşaq kimi bağışlanacaqdır.”

Kişi dedı: “Ya Rəsuləllah! Amma mənimlə ünsiyyətdə olmağa adət etmiş qoca ata-anam vardır. Mən getsəm onlar narahat olacaqdır.”

Həzrət (s) buyurdu: Ata-ananın yanında onlarla birlikdə qal! And olsun canım əlində olan Allaha, bir gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda bir il cihad etməkdən daha fəzilətlidir.”

İmam Səccad (ə) ananın haqqı barədə belə buyurur:

Ananın sənin boynunda haqqı budur ki, biləsən o, səni elə bir vaxtda və elə bir yerdə öz bətnində saxlamışdır ki, heç kəs dıgərinə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bunu etməzdi. O səni bütün varlığı və bütün vücudu ilə qoruyub saxlamışdır.Özü ac qalıb sənə yemək vermiş, susuz qalıb sənə su vermiş, səni geyindirib özü paltarsız qalmışdır. Səni kölgədə saxlayıb özü günün altında qalmış, özü yuxusuz qalıb səni soyuqdan və istidən qorumuşdur. Bu qədər zəhmətlərə dözməsinin səbəbi bir övladının olmasıdır. Allahın lütfü, köməyi olmasa, ona layiqincə təşəkkür edib zəhmətlərinin qarşılığını verə bilməzsən.

 

İmam Səccad (ə) atanın haqqı barədə belə buyurur:

Atanın haqqı budur ki, biləsən ,sənin varlığının səbəbi odur. Əgər o olmasaydı səndə yox idin. Sənin varlığında hər nə qədər xoşa gələn şeylər olsa bil ki, bu nemətin kökü atanın varlığındadır. Bəs, bu nemətə görə yaradana şükr et!

İmam Sadiq (ə) buyurur: “Ata ananın övladın boynunda 3 haqqı vardır:

1. Ata-anadan təşəkkür etmək.

2. Ata-ananın əmr və nəhyinə tabe olmaq (Bu əmr və nəhy Allah yolunda borcunu yerinə yetirməkdən ibarət olsun)

3. Onlarla gizlində və aşkarda həmfikir olsun.

 

Övladın haqqı:

 

Övladın ata və ananın boynunda olan haqqı:

1.Yaxşı rəftar

Ata-anaya yaxşılıq, ehtiram etmək övlada vacib olduöu kimi, ata və ananında övlada qarşı bir sıra vəzifələri vardır. Əgər bu haqq riayət olunmasa, “qohumlarla əlaqə” kəsilmiş olur. Çünki ata və anaya ən yaxın qohum onun övladıdır. Sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsmək böyük günahlardandır. Övlad ata-ananın haqqını yerinə yetirməsə və onların üzünə ağ olsa onun acı nəticələrini gördüyü kimi, ata-ana da övladın haqlarını yerinə yetirmədiyi təqdirdə onun acı nəticələrini görəcəkdir. Ata-ananın övladına qarşı riayət edəcəyi zəruri və əhəmiyyətli məsələlərdən biri budur ki, övladın onların üzünə ağ olmasına səbəb olan işləri görməsinlər.

Məsələn, ona çətin işlər tapşırmaq; o da işin cətinliyinə görə ata-anaya tabe olmur və nəticədə ağvalideyn olur .Yada ki, övladın danışığında və ya rəftarında çoxlu səhvlər tutmaq; o da əksər hallarda ata-anaya qarşı ədəbsizliklə nəticələnir.

 

Yaxşı rəftar iki şəkildə reallaşır:

a).Məhəbbət göstərmək: Övlada məhəbbət göstərmək tərk olunmamalıdır. Övlada məhəbbət göstərmədikdə, övlad da buna uyğun reaksiya verir. Bəlkə ata-ananın borcudur ki, öz övladına bu mühüm və ilahi vacıb tapşırığı (ata-anaya yaxşılıq və ədəb göstərmək) yerinə yetirməyə kömək etsin və elə mehribanlıq göstərsin ki, övlad üçün ağ olmağa şərait yaranmasın. Məsələn, övladın səhvlərini görməzliyə vursunlar, yaxşılıq və itaətini kiçik olsa da, qəbul edib təşəkkür etsinlər. Həmçinin övladı haqqında onun öz yanında ya qiyabında dua etsinlər.

b).Söyüşü tərk etmək: Öz uşaqlarınızı söyməyin. Övladlarını pis tərbiyə edib söyüşlə, təhqir etməklə, öz qanunsuz və çirkin əməlləri ilə onları intiqam almağa, günaha və təcavüzə sürükləyən valideyn Allahın əzabına düçar olacaqdır. Allahın rəsulu (s) buyurdu: “Ey Əli! Öz rəftar və danışığı ilə övladının yolunu azmasına və onu ağvalideyn olmağa məcbur edən ata-anaya Allahın rəhməti nəsib olmasın!”

 

2. Uşaqlarınızın gələcəyini fikirləşin və onların məişətini təmin edin.

 

Peyğəmərin (s) zamanında Mədinədə müsalmanların biri ölüm yatağına düşmüşdü. Onun dünya malından cəmi 6 nökəri və bir neçə azyaşlı qızı var idi. Elə ki, hiss etdi öləcək nökərləri azad etdi və qızları üçün heç nə qoymadı. Öldükdən sonra onu dəfn etdilər. Onun ölüm xəbərini və yetim qizları haqda Peyğəmbərə (s) xəbər verdilər. Peyğəmbər(s) onun qulları azad etdiyinə görə naraht oldu (zahirdə yaxşı iş görmüşdür, amma əslində öz uşaqlarını fikirləşməmişdi və onları dünya malından məhrum etmişdi) və buyurdu: “Əgər mənə xəbər versəydiniz mən qoymazdım onu müsəlmanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz uşaqlarını dünya malından nəsibsiz qoymuş və onlar fəqir və pənahsız olduqları üçün camaatdan dilənməyə məcbur olmuşlar.”

Bu hədis xüsusi bir hadisəyə aid olsada, ümumi qanun ələ gəlir ki, bütün məsələlərdə insan gərək dolanışıq cəhətdən öz uşaqlarının gələcəyini fikirləşsin.

3.Yaxşı ad qoymaq: Öz uşaqları üçün yaxşı ad seçməlidirlər. Rəvayətdə gəlmiıdir ki, camaat qiyamət günündə yaxşı adlari iləa fəxr edəcəkdir.

4.Təhqir etməmək: Uşaqlarınızı təhqir etməyin!

5.Şövqləndirmək: Uşaqlarnızı mütləq yaxı işlərə şövqləndirin!

6.Tərbiyə etmək və faydalı yol göstərmək: Bütün hallarda ata-ananın borcudur ki, öz layiqli rəftarları ilə uşaqlarını tərbiyə etsinlər və bütün yaxşı və pis işləri onlara tanıtdırsınlar. Məsələn, onları məktəbə göndərsinlər, onlara Quran öyrətsinlər, uşaqlar üçün elm öyrənməyə şərait yaratsınlar.

 

Ər-arvadın hüququ:

Ər və arvadın bir-birlərinə qarşılıqlı haqları vardır və hər birisi borcludur ki, bir-birinin haqqını qörusun.

Kişinin daimi nikahında olan qadının üzərindəki haqqı:

1.Arvad ərindən icazə almamış evdən çıxmamalıdır.

2.Arvad gərək ərinin istədiyi ilkin ləzzətlərə təslim olsun.

3.Şəri üzrü olmadan onunla yaxınlıq etməkdən boyun qaçırmasın.

 

Qadının kişi üzərindəki haqları: (Yuxarıda qeyd olunan hallarda ərinə itaət edən qadının haqları)

1 Yemək, paltar, mənzil və başqa lazım olan şeyləri onun üşün təmin etmək ərə vacibdir. Əgər təmin edə biməsə, istər maddi imkanı olsun, istər olmasın qadına borclu qalır.

2.Kişinin arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.

3 Əgər kişinin bir neçə arvadı olarsa, birinin yanında 1 gecə qalsa, digərlərinin də, yanında bir gecə qalmalıdır. Qeyd olunandan başqa təqdirdə qadının yanında qalmaq vacib deyildir. Əlbəttə onun yanına getməyi birdəfəlik tərk etməsi bəyənilmir. Bu məsələdə ən gözəl yol və ehtiyat budur ki, bir qadını olan kişi dörd gecədən bir öz daimi arvadının yanında gecələsin.

4.Kişi öz daimi arvadı ilə onun razılığı olmadan 4 aydan artıq yaxınlığ etməyi tərk edə bilməz. Ehtiyat vacibə əsasən bu hökm zərurəti olmayan səfərdə də sabitdir.

5.Qadının mehriyyəsi hər bir halda qadın tələb etdiyi zaman ödənilməlidir.

6.Əgər qadın vəzifəsi olan işlərdə ərindən itaət etməsə, günah etmişdir. Yemək, geyim, mənzil və əri ilə yatmaq haqqı yoxdur. Ancaq onun meriyyəsi öz haqqı olaraq qalır.

Qeyd: Əgər qadının səfərinin xərci vətəndə olan xərclərindən çox olsa onu təmin etmək ərinin vəzifəsi deyildir. Əgər əri xanımını səfərə aparmaq istəsə onun səfər xərcini də verməlidir.

 

کلمات کلیدی :


۳,۷۳۳