Sualınızı soruşun

29 March 2024 Saat 06:41

Mənəviyyat yolunda bir neçə əxlaqi və tərbiyəvi nöqtə bəyan etmənizi rica edirik!

پاسخ :

İmam Sadiq (ə) öz vəsiyyətində imam Kazimə (ə) buyurdu: “Əgər mənim bu kəlam və vəsiyyətimə diqqətlə yanaşıb ona əməl etsən, xoşbəxt və firavan həyata sahib olacaqsan. Həmçinin bəyənilmiş ölümlə üzləşərsən. Başqa ifadə ilə desək gözəl hal ilə dünyadan köçərsən. Ey əziz övladım! Kim Allahın təqdir etdiyi qədərə razı olarsa, həmişə ehtiyacsız olacaq və kim camaatın əlində olana göz dikərsə dünyadan fəqir köçəcək.”

Bu müdrik kəlamdan istifadə olunur ki, əgər insan özünü möhtac və asılı hiss etmək istəmirsə, – bunun özü həyatda olduqca mühüm və təsirli bir işdir – Allahın ona inayət etdiklərinə razı olmalıdır və ixtiyarında olana qane olmalıdır. Qənaət elə bir işdir ki, insan cavanlığında ona adət etməlidir. Yeməkdə, danışıqda, geyimdə qənaət etmək, məqam və vəzifədə qənaət etmək nigarançılığın və iztirabın həll olmasına səbəb olur.

Münaqişə və ixtilafların çoxu o cəhətdən baş verir ki, münaqişə edənlərin ya hər ikisi ya bir tərəfi öz haqqına qane olmur. Lakin əgər qənaət olarsa daha münaqişəyə fürsət yaranmaz. Qənaət insanı Allahın ibadətinə hazır edir. Qane olan ruh həmişə Allahın zatına bağlıdır.

Məsum İmamlar (ə) mənəvi məsələlərdə "namazı ilk vaxtda qılmağa" tövsiyə edir.

Əgər əziz cavanlar bu işə adət etsələr yaşayışları həmişə nurani olar və özləri üçün olduqca müvəffəq bir axirət qurarlar. Hədislərə əsasən “Kim namazın ilkin vaxtında qılınmasına əqidəsi olarsa, ölüm mələyi onların canlarını bədənlərindən rahatlıqla xaric edər. (alar).


کلمات کلیدی :


۲,۲۳۹