Sualınızı soruşun

19 April 2024 Saat 16:13

Qəzavü-qədər və tale varmı və insan həyatında dəyişikliyə səbəb olurmu? Bu inanc ixtiyar məsələsi ilə ziddiyyət təşkil etmirmi?

پاسخ :

Qəzavü-qədər (müqəddərat) əsla insan ixtiyarı ilə ziddiyyət təşkil etmir. Çünki onun həqiqi mənası belədir: “ Allah-taala iradə etmişdir ki, əgər bir şəxs öz ixtiyarı ilə yaxşı əməllər yerinə yetirsə, onun taleyi yaxşılığa doğru inkşaf edəcəkdir və əgər öz ixtiyarı ilə günah etsə, onun taleyi son dərəcədə pislk və Allahın əzabı ilə yanaşı olacaqdır.

Sadə bəyanla desək, İlahi qəzavü-qədər insanın öz əli ilə həll olur. Məsələn Allah yaxşı və pis yolu insanlar üçün bəyan etmişdir; Bir yolun sonunu nemət və rahatlıq, digər yolun sonunu isə bəla və əzab müqəddər etmişdir. Əgər hər kəs birinci yol ilə getsə nemətlərlə yanaşı yaxşı taleyi olacaqdır. Yox, əgər öz ixtiyarı ilə buna zidd olan başqa yol ilə getsə, onu acı aqibətlər gözləyəcəkdir. Bunların heç biri məcburiyyət mənasında deyil ki, insan ixtiyarı ilə ziddiyyət təşkil etsin.


کلمات کلیدی :


۲,۷۱۶