Sualınızı soruşun

19 April 2024 Saat 23:05

Dünyasını dəyişmiş insan üçün üç, yeddi, qırx və il mərasimlərinin qeyd edilmələri şəriətdə təsdiqlənirmi? Bu günlərin keçirilməsi meyyitlə müəyyən bağlılığı varmı?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Əzadarlıq məsələsi ürfi bir məsələdir. Bu məsələ hətta keçmiş zamanlarda xalq arasında yayılmış və insanlar öz əzizlərinin ölümündə əzadarlıq etmişlər. İslam dini də əzadarlığı təsdiq etmişdir, lakin onun müddəti barəsində isə insanların dini şəxsiyyəti və mövqeiyyətinə nisbət onların əzadarlığı da fərqlənir.

Həzrət İmam Sadiqdən (əleyhissəlam) adi insanların əzadarlığı barəsində rəvayət edilib ki, əzadarlıq üç gün olsun və bundan artıq əzadarlıq etməsinlər ki, bu əməl məkruh sayılır.

Bu o mənaya deyil ki, bir kəs öz ölüsünün firağında ürək yandırmasın və ağlamasın, əksinə məqsəd budur ki, üç gün ərzində yas saxlasın və xalq bu şəxsin evinə get-gəl etsin və ona başsağlığı desin, amma üç gündən sonra artıq yas və matəm saxlamağa son qoysun və adi yaşayışına davam etsin. Bununla belə üç gündən sonra da ağlamaq və ürək yandırmaq haram deyildir, lakin əza və matəm məclisi bərpa etmək məkruhdur.

Dini şəxsiyyətlərə gəldikdə isə onların əzadarlıq müddəti də fərqlidir. Məsələn, əgər bir müctəhid dünyasını dəyişərsə, mümkündür xalq və möminlər onun üçün üç gündən artıq yas saxlasınlar və bunu İslam da qadağan etmir.

Əhli-Beytin (əleyhissəlam) mərasimləri, məxsusən həzrət İmam Huseynin (əleyhissəlam) əzadarlıq mərasimlərinə gəldikdə isə onların müddəti nəinki məhdud edilməmiş, hətta qeyd edilmişdir ki, hər zaman və hər vaxt imkan olarsa belə məclislər bərpa edilsin və  rəvayətdə də bunun savab əməl olmasına təkid edilmişdir. Məsələn, bəzi rəvayətlərdə deyilir ki, İmam Sadiq (əleyhissəlam) bir şəxsə pul verir ki, Həcc mərasimində Minada həzrət İmam Huseyn (əleyhissəlam) üçün mərasim tutub rövzə oxutsun və o həzrətin müsibətini zikr etsin. Eləcə də öz evində, bəzən Əhli-Beyt (əleyhimussəlam) şairlərinin o Həzrətin ziyarətinə getdiyi zaman, onlardan Əhli-Beytin və İmam Huseynin (əleyhimussəlam) müsibətləri ilə bağlı şer oxumaqlarını istəmiş və belə mərasimlərdə İmam Sadiq (əleyhissəlam) özü də ağlayıb əzadarlıq etmişdir. Eləcə də belə məclislərin bəzisində pərdə arxasından qadınların da ağlamaq səsləri eşidilirmiş.

Bu hadisələr bunu bildirir ki, Əhli-Beytin (əleyhimussəlam) əzadarlıq məclisləri müəyyən günlərə və zamanlara məhdud edilməmişdir. Deməli, onlar üçün hər vaxt rövzə və əzadarlıq məclisləri bərpa edilərsə, savabı vardır və bu əməl İlahi şüarlar və nişanələrdən sayılır.

Amma qeyd edək ki, üç, yeddi və qırx keçirməyin meyyitin ətinin sümükdən ayrılması ilə bağlılığını bildirən sözlər doğru deyildir. Həqiqətdə xalq meyyit üçün xeyrat və ehsan etmək məqsədilə üç, yeddi və qırx, eləcə də il mərasimlərini keçirirlər və bu yolla meyyiti yada salmaq üçün xeyrat edib Quran xətmini icra edirlər. Əslində xeyrat etmək və Qurani-Kərimi xətm etmək ancaq bu günlərə məxsus deyildir və üç, yeddi və qırx, hətta şəri bir məsələ də deyildir. Bu baxımdan hər vaxt meyyit üçün xeyrat, ehsan və Quran xətmi keçirilərsə, səhihdir, amma xalq baxımından bu qeyd edilən günlər meyyit üçün münəzzəm şəkildə xeyrat etmək məqsədinə uyğundur.

کلمات کلیدی :

Üç yeddi və qırx mərasimləri şəriət baxımından

۲,۵۰۹