Sualınızı soruşun

28 March 2024 Saat 13:13

Sual: Mən işimlə əlaqədar tez-tez səfərə gedirəm, bilmək istərdim "daimus-səfər" ünvanı mənə şamil olurmu və oruc-namazlarımı tam şəkildə yerinə yetirməliyəmmi?

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Sualın cavabı:

Əgər sizin gedib-gəlməniz bu surətdə olsa ki, on gün bir müəyyən yerdə qalmırsız və həmişə şəri məsafət həddindən (ən azı 22.5 kilometrdən) uzağa səfər edirsiz və heç olmasa bir ay (yəni təqribən bir ay müddətində hər həftədə bir dəfə) belə davamlı müsafirət edirsizsə, bütün məkanlarda sizin oruc-namazınız kamil və tam şəkildə yerinə yetirilməlidir. Bu şəraiti olan şəxsə “daimus-səfər” (davamlı səfərdə olan) deyilir.

Meyar budur ki, bir ay müddətində ən azı on gün bir yerdə qalmayasız. Əlbəttə, sizin səfərlərinizin işinizlə bağlı olması, yaxud ziyarət və ya gəzinti xarakteri daşıması mühüm deyildir.

Lakin əgər bir şəxs “daimus-səfər” olsa və hər hansı bir səbəbə görə on gün bir məkanda qaldıqdan sonra yenidən davamlı olaraq səfərə getməyə başlayarsa, birinci səfərində namazı şikəstə (qəsr), orucu isə qeyri-məqbuldur. Amma sonrakı səfərlərindən başlayaraq namazlarını gərək kamil qılsın və oruclarını da tutsun. Məsələn, novruz bayramı ərəfəsində tətil səbəbinə iki həftə səfərdən qalsanız və tətillərdən sonra işiniz və ya təhsilinizlə əlaqədar yenidən davamlı şəkildə səfərlərə başlasanız, tətil günlərindən sonra ilk səfərdə olduğunuz müddətdə gərək namazlarınızı şikəstə qılasız və oruclarınızı da tutmayıb sonradan qəzasını yerinə yetirəsiz. Lakin sonrakı ardıcıl səfərlərdə gərək namazları kamil qılasız və oruclarınızı da tutasız.


 

کلمات کلیدی :

Daimus-səfər

۲,۲۹۴