pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Spirtli dərman
Tarixində 08 July 2020 & Saat 12:12

Spirtdən hazırlanmış dərmanları qəbul etmək olarmı? Belə halda namaz qılmaq düzgündürmü? Ümumiyyətlə spirtlə hazırlanmış dərmanlar qəbul etmək olarmı?

MÖVZUNUN DAVAMI

1118 Görüş

Məst edici maye
Tarixində 08 July 2020 & Saat 12:12

1-Əsli maye və məst edici olan tibb spirtini Ağa Lənkərani (r.ə) pak bilirdi?
2- Müəyyən bir qidalar var ki, xarab olmayıb saxlanılması üçün onların tərkibinə məst edici spirt vururlar. Belə qidalardan yemək olar?

MÖVZUNUN DAVAMI

1220 Görüş

Spirtin növləri
Tarixində 08 July 2020 & Saat 12:12

Spirtin hansı növləri pak, hansı növləri isə nəcisdir?

MÖVZUNUN DAVAMI

1981 Görüş

Tibbi spirt
Tarixində 08 July 2020 & Saat 12:12

Buyurmusunuz ki, əgər bir şey əsil maye və məst edici olsa nəcisdir. Tibbi spirti Həzrət Ayətullah Fazil Lənkərani (Allah rəhmət etsin) məst edici bilmirdi. Əgər bir nəfər dəqiqliklə tibbi spirtin məst edici olmasin bilsə nəcis hökmündədir, amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır.
Mən araşdırmışam ki, bütün tibbi- spirtlər məst edicidir. Hamısına su əlavə edilib içilməsi mümkün və eyni zamandada içən şəxsin məst olması mütləqdir. Yaxşı, əgər məsələ belədirsə, Həzrət Ayətullah Fazil Lənkərani(Allah rəhmət etsin) ağa deyir ki, mən tibbi spirti məst edici bilmirəm. Onda belə bir nəticə çıxardıram ki, tibbi- spirt özü-özlüyündə məst edici olsada belə mərhum Lənkərani ağa onu məst edici saymadığına əsasən pakdır. Yəni, tibb üçün hazırlanıb və tibdə istifadə olunduğu üçün əsli məst edici olsa belə pakdır. Düzgün başa düşmüşəm? Əgər desəniz ki, yox sənin üçün tibbi spirt nəcisdir.Bu halda belə çıxır ki, mərhum Lənkərani ağa müqəllidləri üçün yox, özü üçün deyirmiş: mən tibbi spirti məst edici bilmirəm. Yəni, kiməsə sübut olunsa, tibbi spirt məst edicidirsə o müqəllid üçün nəcisdir. Düzgün başa düşmüşəm? Əgər desəniz, bəli düzgün başa düşmüsən. Bəs mənim keçmişdə qıldığım namazlarımın hökmü nədir? Çünki, ölkəmizdə böyük alimlər, hətta Müçtehidlərin nümayəndələri deyirdi: tibbi- spirt əsli maye və məst edici olsa belə Lənkərani ağa onu pak bilir. Məndə onların bu sözünə əsasən bədənimdə və paltarımda belə spirt ola-ola namaz qılmışam.

MÖVZUNUN DAVAMI

1746 Görüş