pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Ümüdsüzlük
Tarixində 16 December 2019 & Saat 17:50

Mən 23-24 yaşlı bir cavanam. Hal-hazırda bir müəssisənin işçisiyəm. Doğrusu ümidsizlik vücudumu bürüyüb. Bir nəfər istəyirdim ki, onunla dərdləşim. Mən imansız bir cavan deyiləm, lakin bu günlər mənim üçün olduqca çətin keçir. Düzünü desəm keçən il mənim üçün ömrümün ən çətin keçən illərindən biri idi. Çünki əvvəllər qədrini bilmədiyim indi isə mənim üçün önəmli olan bir nəfəri itirdim. O qabaqlar həyat yoldaşım idi. Biz xoşbəxt idik lakin yalançı qürurlar, yersiz ciddilik, dərmanlara həssaslıq, dəyərsiz şeylər və s kimi bəhanələrim bizi ayrılmağa gətirib çıxartdı. Ən çətini bu oldu ki, iki ay sonra onu birdəfəlik itirdim. Düzünü desəm əgər Allahdan qorxum olmasaydı dünyadan həmişəlik əlimi üzərdim. Mənə yol göstərin.

Əgər insan həyatında Allah-taalaya əqidəsi, təvəkkülü olsa həmişə Onu öz əməllərinə şahid bilsə, Onun mütləq qüdrətinə diqqət etsə və bilsə ki, hər bir işə qadirdir o zaman belə bir insan heç zaman naümid olmaz. Bilin ki, dünyada çoxlu insan olub ki, həyatlarında sizin səhvinizdən də böyük... MÖVZUNUN DAVAMI

906 Görüş

Cinayətkarı edam etmək olarmı?
Tarixində 16 December 2019 & Saat 17:50

İslamda cinayətkarı edam etmək hökmü varmı?

Bəzi günah və cinayətlərin hökmü edamdır. Məsələn bir nəfər bir nəfəri öldürsə və öldürülənin varisi qisasın alınmasını istəsə, qatil edam olunur. Və ya əgər bir nəfər müsəlman olub sonra mürtəd (dindən dönə) olsa, həmçinin şəri günah cəzası alan şəxs günahından əl çəkməsə – şəriət hakiminin vasitəsi... MÖVZUNUN DAVAMI

861 Görüş

Ürfi məsələ nədir?
Tarixində 16 December 2019 & Saat 17:50

Buyurdunuz ki, gəlinin toydan 40 gün sonra araya çıxması “ürfi”dir. Bilmək istərdim ürfi məsələ nədir? Və ona əməl etməməyin bir zərəri varmı?

Ürfi məsələyə əməl etmək günah hesab olunmur. Sizin əvvəlki, məktubunuz nə barədə idi bilmirəm və izah etməmişdiniz ki, nə barədə idi. Və ürfi məsələlər yəni o şeylər ki, camaatın arasında yayılmışdır və tanınmış bir əməl ünvanı ilə camaatın yanında aşkar şəkildə izah olunur. Əgər camaatın ürfi... MÖVZUNUN DAVAMI

1057 Görüş

Paltar yuyan maşın
Tarixində 16 December 2019 & Saat 17:50

Əgər möminin yuxuda boynuna cənabət quslu gəlirsə, onun paltarlarını, paltar yuyan maşınla yumaq düzgündürmü?

Əgər paltar yuyan maşın avtomatik və su krantına bir başa birləşənlərdən olsa, paltardan nəcisin özü təmizlənəndən sonra yenidən paltarları suya çəksə və su paltarın nəcis olan hissələrinin tamam yerinə çatsa bütün paltarlar pakdır.

... MÖVZUNUN DAVAMI

1509 Görüş

Müxtəlif
Tarixində 16 December 2019 & Saat 17:50

Mən namaz qıldığım andan bu günədək çoxlu mənəvi təyziqlərlə qarşılaşmışam. Acı vəziyyətim o yerə çatıb ki, dəfələrlə intihara təşəbbüs etmişəm. Məni intihara sürükləyən dinsizliyimdirsə, məni dinsizliyə sürükləyən dindarlığımdır. Dindar olmağım dinsizlərə ağır gəlib. Hazırda da Azərbaycan Dinsiz Respublikası (ADR) məni gecə-gündüz izləyir. Artıq mənim üçün istənilən sahədə həyat bitmişdir. Hər şeyimi əlimdən aldılar gələcəyimi də itirdim. Onların istəklərinə uyub onlardan biri olmuşam namaz qılmıram. Məni yaxınlarım zəiflətdi yoxsa məndən hazırda İslamın düşmənləri çox qorxur bilirlər ki, mən nə qədər varam onlar təhlükədədirlər. Həzrət Əli (ə) tarixdə kafirlərin qatili kimi xatırlanır. Əli (ə) kimi bütün kafirləri yox etmək hər möminin arzusudur. Ağa, bilmək istəyərdim şəriətdə intihar etmək üçün caiz hallar varmı, yəni istisna halları?
Çünki mən indi heç nəyə yaramıram. Mənimlə müharibə Allahla müharibə idi. Kafirlər Allahdan almaq istədiyi qisası məndən aldılar. Bir neçə gün öncə yuxuda 12 imamın əbasını evimdə asıldığını gördüm 12 əbanın ətəyini öpdüm. Halbuki indi namaz qılmıram. Bir neçə ay öncə şəklinizi anam görmüşdü elə düşünüb ki bu şəkil mənimdir. Saytınızdakı məlumatları çox oxuyuram çox faydalıdır amma şərh yazmağa həya edirdim namaz qılmıram dindən ayrılmışam. 124 min peyğəmbərin (ə) dinindən.
Uca Allah sizi qorusun! Nə yaxşı ki, belə həyatda sizin kimi Allah höccəti də var. Bu isə Allahın bu ümmət üzərindəki rəhmətlərindəndir.

1. Özünü öldürmək hər bir şəraitdə haramdır və olmaz. Mərhum Səduqun, “İqabul-əmal” kitabında bir rəvayətdə gəlmişdir ki," Əgər bir nəfər özünü öldürə həmişəlik İlahi əzaba düçar olub axirətdə onun üçün bir nicat yolu olmayacaqdır."

MÖVZUNUN DAVAMI

845 Görüş