SONRAKI DƏRS ◄

پايگاه اطلاع رساني آيت الله شيخ محمدجواد فاضل لنکراني » دروس » ƏXLAQ DƏRSLƏRİ

Həzrət Fatimeyi-Məsumənin (s) anadan olması. - İCLAS 1

پي دي اف صدا پرينت بزرگتر کردن متن برگرداندن سايز متن به حالت پيشفرض کوچکتر کردن متن افزودن نظر
TOPLANTININ KEÇİRİLMƏ TARİXİ 1391/4/13
Bugünkü dərsin sonunda bu bir nöqtəni də, ərz edim. O nöqtə də budur ki, bu gün həzrət Məsumənin (s) təvəllüdü günü kimi tanınır. Biz də, bu gün münasibəti ilə siz tələbələri, bütün şiələri və imam Zamanın (ə.c) müqəddəs vücuduna təbrik ərz edir və ümidvaram necə ki, bu pak qəbirin çoxlu firavan elmi, mənəvi və maddi bərəkəti olduğu kimi inşallah bizdə faydalanaq bu pak qəbirin bərəkətindən.

 

 

Bismillahir-Rəhmanir-Rəhim

 

Şəfaətçi həzrət Fatimeyi-Məsumənin (s) şəfaət məqamı var.[1]

 

Bugünkü dərsin sonunda bu bir nöqtəni də, ərz edim. O nöqtə də budur ki, bu gün həzrət Məsumənin (s) təvəllüdü günü kimi tanınır. Biz də, bu gün münasibəti ilə siz tələbələri, bütün şiələri və imam Zamanın (ə.c) müqəddəs vücuduna təbrik ərz edir və ümidvaram necə ki, bu pak qəbirin çoxlu firavan elmi, mənəvi və maddi bərəkəti olduğu kimi inşallah bizdə faydalanaq bu pak qəbirin bərəkətindən. Mənim tövsiyəm budur ki, həqiqətən də, bibinin ziyarətindən qafil olmayaq və Qum şəhərində dəfn olunan bu pak qəbirdən çoxlu istifadə etməklə  özümüzü, uşaqlarımızı, ailələrimizi ona qarşı diqqətli edək. Ziyarət namədə gələn – Ya Fatimə bizim üçün cənnətdə şəfaət et – cümləsi ki, bir dəfə müsahibələrdə müxtəsər bir təhqiq etmişdim ki, imamzadələr arasında ziyarəti daha çox təsirli olanı həzrət Məsumədir (s) və bu təbir də, orada gəlib. Məlum olur ki, o şəfaət edəndir və şəfaət məqamı onun üçün şəksiz-şübhəsizdir. Əgər bir insana heç bir şey nəsib olmazsa və insan bu pak qəbrin sahibi ilə əlaqəsi olarsa, bu əlaqə Qiyamət günü o həzrətin şəfaətində şamil olması üçün olduqca böyük qənimətdir.

 

 

Hazırda keçid zamanında ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) bir hədis[2]

İstəyirəm bu gün Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis oxuyum; bu hədis mətləblə dolu olan bir hədisdir. Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.

  Bu rəvayəti ona görə bəyan etdim ki, ruhanilərin birinci əsas işi bundan başlayır. Elmi hövzələrin əsasən təşkili, insanın dini, Allahın hökmlərini və kitabını qavramasından ötrüdür. Belə olduqda ictimaiyyətdə, öz ehtiyacı qədər məşğuliyyət tapar, cəmiyyətin yanında olar və onlarla əlaqədə olacaqdır. Ruhanilərin cəmiyyətdən kənar olması 100% dinimizə zidd olan işlərdəndir. Bunlara etinasızlıq etmək və cəmiyyətdə nə baş verdiyini bilməmək düzgün deyil və dinimizin ziddir.

Bu böyük inqilabın bərəkətindən müqəddəs hövzəmiz yarandı və İslamın dini mətnlərindən böyüklər, ruhanilər və İmam (r.ə) məsuliyyət taparaq inqilab baş verdi. Bu gün heç kim tərəddüd etmir ki, İslam inqilabı hövzənin məhsuludur. İnqilab dinin məhsuludur və inqilabı himayə və hidayət edən həmçinin  zəiflədiyi zaman fəryadını ucaldan ilk dəstə ruhanilər olmalıdır. Bu inqilabın bütün işlərini bütün gücü ilə ruhanilər davam etdirməlidir. Görsünlər ki, bu inqilabın ehtiyacları nədir? Baxmalıdır ki bu inqilaba olan hiylə və təhdidlər nədir və haradandır? Xülasə budur ki, inqilabın müdafiəsi üçün ruhanilərə daha çox vacibdir ki, əvvəlkindən olduqca diqqətli olsun. Yarandığı günlərdən bu günə qədər yaranan hiylələr, planlar, peyk antenaları, saytlar, televiziya kanalları yalnız camaatın əqidəsini və siyasi hisslərini aradan aparmaq üçündür. Belə olduqda gərək ruhanilər müdafiə etsinlər və buna görə vəzifələri var.

 

 

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti.

 

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı. Lakin digər tərəfdən hövzədə zəiflik, nöqsanlar, nigarançılıqlar və bütün yönlərdən narahatçılıqlar da, var. Əgər bu gün kimsə hövzə məsullarından soruşsa görəcək ki, məsulların hövzənin elmi məsələlərində böyük narahatçılıqları vardır. Hövzəmiz inqilabdan otuz il keçməsindən sonra müxtəlif sahələrdə cəmiyyətə çoxlu şəxsiyyət təhvil verməli idi. İndi hövzəmizdə yüzlərlə birinci dərəcəli təfsirçi, olmalıdır. Yüzlərlə mübariz və günün məsələləri ilə tanış olan, halal məsələləri, müasir məsələlərə cavab verə bilən ekspertimiz olmalıdır. Yüzlərlə filosofumuz olmalıdır lakin təəssüflər olsun ki, bu arzumuz yerinə yetməyib və bu mətləbi etiraf etməliyik ki, elmi, siyasi, nigarançılıqlar var. Ölkəmizdən qıraqda olan bəziləri bu fikirdədir ki, Qum elmi hövzəsini bir müddətdən sonra söndürsünlər. Ölkəmizin daxilində də elələri var ki, hövzədən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Xülasə budur ki, hövzə bir tərəfdən tələbə və alimlərin inkişafı üçün çox münasib şəraiti var digər tərəfdən də, qeyd etdiyimiz nigarançılıqları var.

 

 


[1] - Usulun onuncu xaric dərsi, 1389/7/17.

[2] - Usulun on dördüncu xaric dərsi, 1389/7/21.

 


کلید واژه :
SONRAKI DƏRS ◄

OXUCULARIN SUAL VƏ ŞƏRHLƏRİ

Göstərmək üçün bir nəzər mövcud deyil

ارسال نظرات و سوالات شما در مورد اين درس

AD (اختياري)

ايميل (اختياري)

کد امنيتي