درس بعد

Ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) hədis

درس قبل

Ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) hədis

درس بعد

درس قبل

موضوع: ƏXLAQ DƏRSLƏRİ


تاریخ جلسه : 1391/4/13


شماره جلسه : ۲

PDF درس صوت درس
چکیده درس
  • İstəyirəm bu gün Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis oxuyum; bu hədis mətləblə dolu olan bir hədisdir. Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.

دیگر جلسات

 


Bismillahir -Rəhmanir-Rəhim

 

Ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) bir hədis

 



İstəyirəm bu gün Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis oxuyum; bu hədis mətləblə dolu olan bir hədisdir.

 

«وَ [محمدُ بنُ علی بن الحسین] فِي الْأَمَالِي عَنْ مُحَمَّدِ بْنِ الْحَسَنِ[که محمد بن حسن احمد بن ولید است] عَنِ الصَّفَّارِ[محمد بن حسن صفار] عَنِ الْحَسَنِ بْنِ مُوسَى الْخَشَّابِ عَنْ عَلِيِّ بْنِ النُّعْمَانِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْكَانَ[که از اصحاب اجماع است] عَنْ زَيْدٍ الشَّحَّامِ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ(ع) يَقُولُ مَنْ تَوَلَّى أَمْراً مِنْ أُمُورِ النَّاسِ فَعَدَلَ وَ فَتَحَ بَابَهُ وَ رَفَعَ سِتْرَهُ وَ نَظَرَ فِي أُمُورِ النَّاسِ كَانَ حَقّاً عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ يُؤْمِنَ رَوْعَتَهُ يَوْمَ الْقِيَامَةِ وَ يُدْخِلَهُ الْجَنَّةَ

 

Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.


  Bu rəvayəti ona görə bəyan etdim ki, ruhanilərin birinci əsas işi bundan başlayır. Elmi hövzələrin əsasən təşkili, insanın dini, Allahın hökmlərini və kitabını qavramasından ötrüdür. Belə olduqda ictimaiyyətdə, öz ehtiyacı qədər məşğuliyyət tapar, cəmiyyətin yanında olar və onlarla əlaqədə olacaqdır. Ruhanilərin cəmiyyətdən kənar olması 100% dinimizə zidd olan işlərdəndir. Bunlara etinasızlıq etmək və cəmiyyətdə nə baş verdiyini bilməmək düzgün deyil və dinimizin ziddir.


Bu böyük inqilabın bərəkətindən müqəddəs hövzəmiz yarandı və İslamın dini mətnlərindən böyüklər, ruhanilər və İmam (r.ə) məsuliyyət taparaq inqilab baş verdi. Bu gün heç kim tərəddüd etmir ki, İslam inqilabı hövzənin məhsuludur. İnqilab dinin məhsuludur və inqilabı himayə və hidayət edən həmçinin  zəiflədiyi zaman fəryadını ucaldan ilk dəstə ruhanilər olmalıdır. Bu inqilabın bütün işlərini bütün gücü ilə ruhanilər davam etdirməlidir. Görsünlər ki, bu inqilabın ehtiyacları nədir? Baxmalıdır ki bu inqilaba olan hiylə və təhdidlər nədir və haradandır? Xülasə budur ki, inqilabın müdafiəsi üçün ruhanilərə daha çox vacibdir ki, əvvəlkindən olduqca diqqətli olsun. Yarandığı günlərdən bu günə qədər yaranan hiylələr, planlar, peyk antenaları, saytlar, televiziya kanalları yalnız camaatın əqidəsini və siyasi hisslərini aradan aparmaq üçündür. Belə olduqda gərək ruhanilər müdafiə etsinlər və buna görə vəzifələri var.

 

 


Etiketlər :


نظری ثبت نشده است .