pic
pic

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti. - İCLAS 3

  • Tarixində 19 November 2017
Mətləbin xülasəsi

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı.



Bismillahir-Rəhmanir-Rəhim

 

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti.

 

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir.Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzəninhəssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkətiilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələriyarandı. Lakin digər tərəfdən hövzədə zəiflik, nöqsanlar, nigarançılıqlar vəbütün yönlərdən narahatçılıqlar da, var. Əgər bu gün kimsə hövzə məsullarındansoruşsa görəcək ki, məsulların hövzənin elmi məsələlərində böyüknarahatçılıqları vardır. Hövzəmiz inqilabdan otuz il keçməsindən sonra müxtəlifsahələrdə cəmiyyətə çoxlu şəxsiyyət təhvil verməli idi. İndi hövzəmizdə yüzlərləbirinci dərəcəli təfsirçi, olmalıdır. Yüzlərlə mübariz və günün məsələləri ilətanış olan, halal məsələləri, müasir məsələlərə cavab verə bilən ekspertimizolmalıdır. Yüzlərlə filosofumuz olmalıdır lakin təəssüflər olsun ki, bu arzumuzyerinə yetməyib və bu mətləbi etiraf etməliyik ki, elmi, siyasi,nigarançılıqlar var. Ölkəmizdən qıraqda olan bəziləri bu fikirdədir ki, Qumelmi hövzəsini bir müddətdən sonra söndürsünlər. Ölkəmizin daxilində də elələrivar ki, hövzədən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Xülasə budur ki,hövzə bir tərəfdən tələbə və alimlərin inkişafı üçün çox münasib şəraiti vardigər tərəfdən də, qeyd etdiyimiz nigarançılıqları var.

 

 

İnqilabın böyük rəhbəri, hövzənin vəinqilabın gələcəyinə ən çox can yandıran və ən çox məlumatı olan şəxsdir.

 

Bunu heç də şişirtmədən və heç birmübaliğəyə yol vermədən deyirəm və bu mənim şəxsi əqidəmdir. Bu şəraitdə hövzəməsələlərinə qarşı ən çox məlumatı olan, hövzəyə canyandıranlar sırasındabirinci yerdə duran və hövzənin gələcəyi üçün düşüncə, plan, səbir və aydınlayihələr dalınca olan şəxs inqilabın böyük rəhbəridir. İnşallah gərək bu səfərində(yəni Qum şəhərinə gəlişi səfəri - mütərcim:) bu məsələlər bəyan olunsun. Həqiqətən də hövzənin müsbət cəhətləri problemlər həmişə onun tərəfindən təyin edilmişqrupların vasitəsi ilə həll olduğu kimi gərək yenə də tədqiq olunsun və gücləndirilsin. Böyüklərin, mərcəyi-təqlidləriniztirabları, ustad və müəllimlərin iztirabları gərək bunların hamısı müzakirəolunsun. İnşallah bu səfərdə hövzə inkişaf edərək gələcək üçün ümid və birləşmənöqtəsi olacaq. Ümidvarıq ki, rəhbərimizin öncəki səfərləri kimi bu səfəri də,Qum şəhəri, onun camaatı və elmiyə hövzə üçün çoxlu xeyir-bərəkət gətirəcək.

İnşallah alim, müəllim və tələbələr də, xatirələrdəqalan və unudulmayan formada inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsindəiştirak etsinlər. Növbəti iclasa qədər inşallah.

 

 

3296 Görüş

Sizin nəzəriniz

Təhlükəsizlik Kodu
Əlavə mətləblər...
Dərslərin açar sözlərinin təkmilləşdirilməsinə kömək edin

Bu dərs üçün açar söz təklif edin
Mətləbin xülasəsi

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı.

Son hadisələr