Sualınızı soruşun

29 March 2024 Saat 06:19

Salamun aleykum Sual: Nə üçün müxtəlif müctəhidlərin bir sıra məsələlərlə bağlı fətvaları bir-birindən fərqlidir?

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Təqlid sözünün mənasını mülahizə etsək görərik ki, bütün insanlar özlərinin yaşayış məsələlərində təqlid edirlər: paltar geyimində, saçın düzəlməsində, evin quruluşu və tikilişində və digər məsələlərdə. Çünki təqlid etmək, yəni başqasının sözünə, rəftarına və davranışına uyğun əməl etmək. Bir çox məsələlərin səbəb və dəlili heç müqəllid üçün məlum da deyil. Məsələn, həkim xəstəyə deyir ki, bu dərmanı hər 8 saatdan bir qəbul etməlisən. Həkimin bu məsləhətinin səbəbini xəstə dərk edə bilmir, lakin bununla belə ona əməl etməyi özünə lazım bilir.

Bu əsasla o şəxslər ki, dini məsələləri özləri müstəqil şəkildə öyrənə bilmirlər, gərək müttəqı alimə təqlid etsinlər. Müttəqinin mənası, yəni təqva əhli, özünü pisliklərdən qoruyan, yəni günah və məsiyət etməyən şəxs. Şiə aləminin bütün fəqihləri “Təvzihul-məsail” risalələrinin ilk səhifələrində yazırlar: O şəxsə təqlid etmək olar ki, günahkar olmasın, İlahi əmrlərlə müxalifət etməsin, ədalətli olsun, ədalətli olmaqdan da əlavə, gərək bütün qüvvəsini dini hökmləri əldə etmək üçün sərf etsin. Müctəhid, yəni mötəbər dini mənbələrdən əhkam məsələlrini ələ gətirmək üçün ciddi səy edib çalışan şəxs.

Burada mümkündür insanın zehninə belə bir sual gəlsin ki, nə üçün müxtəlif müctəhidlərin bir sıra məsələlərlə bağlı fətvaları bir-birindən fərqlidir? Bunun cavabında deməliyik ki, müəyyən mövzu ilə bağlı dinin hökmləri müxtəlif deyil, yəni dəstəmazın, qüslün, namazın və digər məsələlərin həqiqi hökmü dəyişməz və sabitdir. Dünyada olan müxtəlif elmi təxəssüslü alimlər və fikir sahiblərinin hamısının bir-birindən fərqli nəzərləri vardır. Məsələn, mühəndislər, həkimlər və digər elmi mütəxəssislər bir çox hallarda müxtəlif və fərqli nəzərlər verirlər. İslam alimləri də bir-birindən müstəqil və müxtəlif nəzərlərə malikdirlər. Qurani-Kərimin ayəsi və rəvayət eynidir, amma onları dərk edib hər hansı bir nəticəyə çatmaq eyni deyil. Bəzən bir müctəhid müəyyən ayədən xas bir mənanı dərk edir, lakin başqa bir fəqih o mənanı qavramır və az da olsa bir-birindən fərqləri olur. Məhz ona görə buyururlar ki, dini məsələləri gərək ən yüksək elmli fəqihdən, yəni ələm müctəhiddən öyrənəsiz.

کلمات کلیدی :

Fətvalar fərqinin səbəbi

۲,۹۶۸