pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Cinsiyyət dəyişdirildikdən sonra mehriyyənin hansı miqdarı ödənilməlidir
Tarixində 17 December 2017 & Saat 01:51

Cinsiyyət dəyişdirildikdən sonra təyin edilmiş mehriyyənin hökmü nədir? Onun hamısını ödəmək (qadın cinsiyyətini dəyişdirib kişi olduğu təqdirdə) məcburi və vacibdirmi? Mehriyyə ödənilməsə necə? (kişi cinsiyyətini dəyişdirib qadın olduğu təqdirdə). Yaxud evlilik müddəti və mehriyyənin miqdarı bir-biri ilə müqayisə edilməli və birgə yaşadıqları müddət üçün mehriyyə şamil olmalıdır?

Nikah əqdi bağlanmaqla mehriyyə borcolaraq kişinin boynuna gəlir və aydındır ki, mehriyyənin hamısı kişinin öhdəsindədir.Bunaəsasən cinsiyyət dəyişdirilsə belə kişi mehriyyənin hamısını ödəməlidir. Çünkicinsiyyət dəyişdirilməklə kişinin boynunda olan öhdəçilik (əlbəttə mehriyyəbaxımından) dəyişmir. Həmçinin qadın da cinsiyyətini dəyişdirdikdə, bu hökm özqüvvəsində qalır. Zahirən mehriyyənin hamısının yaxud yarısının ödənilməsindəyaxınlıq olub-olmaması baxımından yaxınlıqdan öncə talaq hökmü deyil,yaxınlıqdan öncə ölmək hökmü icra olunur.

2001 Görüş

Əsas terminlər: