(İmam Əlinin (ə) dövlətçilik yinlərinə baxışı)

MÜƏLLİF:AYƏTULLAH MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ
TƏRCÜMƏ EDƏN:ƏLİ NUR

Allahın adı ilə
«İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı» adlı bu kitab İslam inqilabının əvvəllərində o həzrətin Malik Əştərə əhdnaməsi üzərində keçirdiyim izahlı dərslərdir. Əvvəllər də bu kitab tam və geniş şəkildə dəfələrlə nəşr olunmuşdur. Amma geniş oxucu kütləsinin yüksək marağını nəzərə alaraq, bu dəfə yeni redaktə ilə nisbətən sadələşdirilərək əziz müsəlman bacı-qardaşlara təqdim olunur.
Kitabın yenidən redaktə və tənzim olunmasını üzərinə götürən hörmətli alim cənab Hüseyn Kərimiyə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu addım həzrət Əmirəl-mö’minin Əli əleyhissəlam və İmam Zaman əccələllahu-təala fərəcəhüş-şərifin razılığına səbəb olsun, inşallah!
Məhəmməd Fazil Lənkərani 03.05.2004

ÖN SÖZ

Kitabın əsas mövzusuna keçmək üçün bir müqəddimə bəyan etməyə məcburuq:

1. “Nəhcül-bəlağə”

“Nəhcül-bəlağə” 1000 il bundan öncə həzrət Əli (ə),onun ilahi və insanpərvər məktəbinin aşiqlərindən biri olan Seyid Rəzi tərəfindən ,həzrət Əlinin (ə) buyuruqları və yazıları əsasında toplanıb tərtib olunmuş bir məcmuədir. Mərhum Seyid Rəzidən öncə bütün bu buyuruqlar və yazılar müxtəlif kitab və risalələrdə pərakəndə şəkildə əks olunmuşdu. Təxminən hicri 400-cü ildə Seyid Rəzi çox pərakəndə gövhərləri toplayıb kitab tərtib etmişdir. Bu dəyərli və misilsiz kitabda həzrət Əlinin (ə) xütbə ,hədis ,məktub ,vəsiyyətnamə ,moizə ,kəlam ,dövlət fərmanları ,Qur’an ayələrinin təfsiri, 100-lərlə tərbiyəvi göstəriş və həyatverici qanunlardan ibarət uca və böyük düşüncə əsərləri əks olunmuşdur. Tərtibçi bu əsərə həzrətin misilsiz bəlağət və üslubu prizmasından baxdığı üçün öz işində məhz bu prinsipə əsaslanmış və kitabı “Nəhcül-bəlağə”, yə’ni “bəlağət yolu” adlandırmışdır.

2.Malik Əştərin əhdnaməsi

“Nəhcül-bəlağənin” digər mövzuları kimi əbədilik tapmış parlaq mövzularıdan biri Malik Əştərin əhdnaməsidir. Bu əhdnamə həzrət Əlinin (ə) öz vəfalı köməkçisi və böyük səhabəsi Malik Əştər Nəxəiyə tarixi fərmanından ibarətdir. Bu fərman 14 əsr əvvəldən bu günədək İslam tarixi və mədəniyyətində əbədi və insanpərvər bir yazı kimi qorunmuşdur. İmam Əli (ə) uyğun fərmanı Malik Əştər Misirə göndərilərkən yazmışdı. Bu böyük şəhid Misir məmləkətində mövlası Əlinin (ə) hökm və əmrlərini icra etməli idi.

İmam (ə) bu məktubda Malik Əştərə xitab edib islami ədalət hökumətinin qanunlarını ,onun əsas xətti və çərçivəsini bəyan etsə də ,əslində bu məktub zaman və məkandan asılı olmayaraq bütün insanlara ünvanlanmışdır.

Malik Əştərin əhdnaməsində həzrət Əlinin (ə) parlaq nəzəriyyə və düşüncələri o qədər dəqiq bəyan olunmuşdur ki ,bu məktubda Allah qarşısında bəndə ,cəmiyyətdə insan ,İslam hökmlərinin icrasında məs’ul ,hakim ,İslam qanunlarının himayəsində bir fərd olaraq bütün insanların vəzifələrinin bəyan olduğunu iddia etmək mümkündür. Məktubda bütün vəzifələr aydın və dəqiq şəkildə bəyan olunmuşdur. Bu məktubda Malik Əştərə ,əslində insana və bəşər tarixinə ünvanlanmış tapşırıqlara doğru-düzgün şəkildə əməl olunarsa ,nəinki ictimai ədalət və əminamanlıq ,hətta daha üstün nailiyyətlər əldə olunar. Belə ki ,bəşər cəmiyyətində bütün fərdlərin elm və agahlıq ,düşüncə və imanla islami tərbiyəyə başlamasına şərait yaranar. İnsanlar çirkin sifətlərdən uzaqlaşmaqla Allah üçün mö’min və saleh bəndələr olar ,qurtuluş və həqiqət yoluna üz tutar.

3.həzrət Əlinin (ə) nəzərində Malik Əştərin şəxsiyyəti

Bu böyük səhabənin şəhadət xəbəri Əmirəlmö’mininə (ə) yetişdikdə həzrət qəm-qüssə içində buyurdu: “Həqiqətən ,mən Allahın rəsulu üçün necə idimsə ,Malik mənim üçün elə idi.”

İmamın bu dərin mə’nalı buyuruğundan mə’lum olur ki ,Əli (ə) girami peyğəmbər məktəbinin ən böyük ,ən layiqli və ən kamil şagirdi olduğu kimi Malik Əştər həzrət Əli (ə) məktəbinin ən böyük ,ən layiqli və ən kamil şagirdi olmuşdur. Girami peyğəmbərə kimsə Əmirəl-mö’minin (ə) qədər yaxın olmamışdır. İmamın bu tə’biri Malik Əştəri ən dəyərli şəkildə vəsf edir ,onun uca məqamda olduğunu bildirir. Belə ki ,artıq kimsəni onunla bir məqama qaldırmaq olmur. Çünki həzrət Əli də ikinci bir şəxs haqqında uyğun tə’birləri işlətməmişdir.

Həzrət Əli (ə) digər bir məktubda Misir əhlinə xitabən Malik Əştəri belə tanıtdırır: “Həmd olsun Allaha. Mən sizin yanınıza elə bir Allah bəndəsini göndərdim ki ,dəhşətli günlərdə yatmaz ,qorxulu məqamlarda düşmənə arxa çevirməz ,günahkarlara oddan da tünddür. O Haris Məzhəcinin oğlu Malikdir.

Nə qədər ki haqdır ,onu eşidin və itaət edin. O ,kütləşməyən və zərbəsi boşa çıxmayan Allah qılınclarındandır. Sizə köçməyi əmr etdikdə köçün ,dayanmağı əmr etdikdə dayanın. O mənim göstərişim olmadan hücum etməz ,geriyə çəkilməz.

Ey Misir əhli! Mən sizi özümünki bilib onu göndərdim. Çünki onu sizə xeyirxah gördüm və düşmənlərinizə qarşı sərtliyini bəyəndim.”[1]

DÜŞMƏNDİLİNDƏN MALİKİN VƏSFİ

Müaviyə Malikin şəhadət xəbərini eşitdiyi vaxt dərhal minbərə qalxdı ki ,özü kimilərinə bu xoş xəbəri çatdırsın! O bu xütbəsində belə dedi: “Ey camaat ,bilin ki ,Əli (ə) ibn Əbi-Talibin iki əli vardı. Bu gün onun hər iki əli kəsilib və əlsiz qalıb. Onun bir əli Əmmar Yasər idi. Əmmar Siffeyn savaşında öldürüldü. Əlinin (ə) digər əli Malik Əştər idi. Bu gün onun ölüm xəbərini aldım. Sevinin ,Əli əlsiz qaldı!”

Bəli ,Müaviyə nadanlıq səbəbindən Malik Əştəri elə vəsf edir ki ,onun sözləri Malikin məqam və şəxsiyyətini aşkarlayır. Müaviyənin Maliki “Əlinin (ə) ikinci əli” adlandırmasından mə’lum olur ki ,alçaq düşmənlər də Malik Əştərin Əlinin (ə) ən yaxın və layiqli köməkçisi olduğunu bilirdilər.

4.Misir torpağının dəyər və əhəmiyyəti

Misir məmləkətinin siyasi vəziyyəti ,dəyər və əhəmiyyəti həm imamın mübarək fərmanının mətnindən ,həm də onun müqabil tərəfindən aydın olur. Əgər Misir həmin dövrdə İslam dünyası üçün əhəmiyyətsiz olsaydı ,həzrət Əmirəl-mö’minin (ə) öz əzəmətli köməkçisini ,Müaviyənin tə’biri ilə “ikinci əlini” həmin yerə hakim göndərməzdi. Əgər Misir uca dəyərə malik olmasaydı ,həzrət Əmir (ə) bu ölkənin idarəsi üçün belə bir əhdnamə yazmazdı. Bütün bunlar göstərir ki ,Misir həmin vaxt İslam hökuməti üçün böyük əhəmiyyətə və xüsusi üstünlüyə malik imiş.

Elə bu əsasla da həzrət Əli (ə) 25 il “gözündə tikan ,boğazında sümük” qalmışlar kimi sükut və xanənişinlikdən sonra İslam məmləkətini hifz etmək üçün girami peyğəmbərin xilafət kürsüsünə oturdu və öz qədim haqqına çatdı. Həzrət ilk addımda Qeys ibn Sə’d ibn İbadəni ,e’timad göstərdiyi bu şəxsi Misir valiliyinə tə’yin etdi. Qeys tezliklə Misirə daxil oldu və valiliyi öhdəsinə götürdü. Amma öncədən Misirdə gözü olan ,bu ölkəni ələ keçirmək istəyən Müaviyə fitnəkarlıq üçün münasib fürsət gördü. Müaviyə həzrət Əlinin (ə) qədim düşməni idi. O dərhal Qeysə məktub yazdı və təklif etdi ki ,Əliyə (ə) arxa çevirib ona bey’ət etsin. Müaviyə bu məktubda bütün hiyləgərliyini işə salmışdı. O bir tərəfdən Qeysi tamaha salıb ona böyük və’dlər verdi ,digər tərəfdən Əlini (ə) Osmanın qətlinə şəriklikdə ittiham edib ,qatil kimi xatırlatdı. Amma bu hiylələrdən heç biri Qeysi çaşdıra bilmədi. Sadəcə ,Qeys Misirə yenicə daxil olduğundan ,vəziyyətə hələ ki tam nəzarət etmədiyindən ,bu sayaq hiylələrlə necə rəftar etməli olduğunu bilmədiyindən mövlası Əlinin (ə) hakimiyyətinə zərər yetirməmək üçün Müaviyəyə dərhal cavab vermədi. Nəhayət ,Müaviyəyə bəhanə yeri qoymamaq üçün ikibaşlı bir cavab yazdı.

Müaviyə ikinci məktubu yazıb bu dəfə Qeysi sərt şəkildə hədələdi. O ,Qeysdən tələb edirdi ki ,Müaviyənin bey’ətini qəbul etsin. Qeys bu dəfə dözməyib Müaviyəyə tünd bir cavab yazdı və aşkar şəkildə ona müxalifliyini ,Əliyə (ə) sədaqətini bəyan etdi. Qeys yazırdı: “Sən və sənin ətrafındakılar hamınız batilsiniz ,haqq yalnız Əli (ə) və onun ətrafındakılardır.” Qeysin bu məktubunu alan Müaviyə planlarının boşa çıxdığını görüb yeni bir hiyləyə əl atdı. O ,Qeysin adından yalan bir məktub quraşdırıb həmin məktubu Qeysin əvvəlki ikibaşlı məktubuna əlavə etdi. Şamda e’lan etdi ki ,Əlinin Misirdəki nümayəndəsi Qeys öz mövlasından üz döndərib və ona bey’ət edib.

Bu xəbər həzrət Əli (ə) və onun səhabələrinə çatdıqda narahatçılıq yarandı ,ətrafdakılar arasında söz-söhbət baş qaldırdı. Həzrətin yaxınları ,xüsusilə Abdullah ibn Cəfər israr etdi ki ,Əmirəl-mö’minin (ə) bu fitnəni dayandırsın və Qeysi dərhal Misirdən geri çağırsın. Amma həzrət bu təklifə qarşı çıxıb buyurdu: “Burada qurğu var. Mən Qeysi yaxşı tanıyıram və bilirəm ki ,onun ünvanına deyilənlər həqiqət yox ,bir böhtandır.” Bununla belə ,həmin vaxt həzrət Əlinin (ə) ətrafında yaranmış vəziyyət onun Qeysə inamına baxmayaraq valini Misirdən geri çağırmasına səbəb oldu. Qeysin yerinə Misir valiliyinə Məhəmməd ibn Əbu-Bəkr tə’yin olundu.

Amma Məhəmməd ibn Əbu-Bəkrin də valiliyi çox çəkmədi. Müaviyə siyasətbaz və hiyləgər dostu Əmr Ası fitnə-fəsad törətmək üçün Misirə göndərdi. Vəziyyət praktiki olaraq Məhəmməd ibn Əbu-Bəkrin nəzarətindən çıxdı və arzulanmayan bir savaş vəziyyəti yarandı.

Həzrət Əli (ə) belə çətin vəziyyətdə mövcud müşküllərə qalib gəlmək üçün vəfalı köməkçisi Malik Əştəri Misirə vali tə’yin edib ,yola saldı. Malik Əştərə ətraflı və dəyərli əhdnamə təqdim olundu ki ,onun göstərişlərindən faydalanmaqla Misirdə işləri qaydasına salsın. Malik Əştər yolda ikən Məhəmməd ibn Əbu-Bəkrin şəhadət xəbəri həzrət Əliyə (ə) çatdı. Ən dəhşətlisi ,Malik yol arası Ərş şəhərində zəhərlə qətlə yetirilib şəhadətə çatdı. Beləcə ,Malik əhdnamədəki göstərişləri yerinə yetirə bilmədi.

5. “Nəhcül-bəlağədən” istifadə qaydası

Şiə əqidəsində Qur’an, “Nəhcül-bəlağə” və mə’sum imamların digər əsərləri yeganə düşüncə xətti ,haqqı batildən seçməyin yeganə yoludur.

Beləcə ,təfəkkür meydanında alimlər İslam maarifi ilə bağlı söz və yazılarını Qur’an, «Nəhcül-bəlağə» və mə’sumların digər əsərləri ilə əsaslandırsalar ,dedikləri həqiqətdir. Əks-təqdirdə onların fikirləri əsassız sayılır. Buna görə də mə’sumlar nəql olunan hədislərin düzlüyünü aydınlaşdırmaq üçün buyurmuşlar: Nəql olunmuş hədisləri Qur’anla tutuşdurun. Qur’ana uyğundursa ,düzgündür ,uyğun deyilsə ,saxtadır.

Qur’an və Nəhcül-bəlağəyə bu sayaq yanaşma iki şəkildə gerçəkləşəcək: Birinci halda zehni təmiz və yersiz mühakimədən uzaq insan müqəddəs kəlmələrlə tanış olacaq ,ikinci halda Qur’an və Nəhcül-bəlağənin ,eləcə də mə’sumların buyuruqlarının görüşünə əvvəlcədən formalaşmış düşüncələrlə gedəcək. Şübhəsiz ki ,ikinci halda biz Qur’an və Nəhcül-bəlağədən düzgün nəticə çıxara bilməyəcəyik. Əvvəlcədən formalaşmış düşüncələr Qur’ana qəbul etdiriləcək ,ilahi mənbələrdən sui-istifadə olunacaq.

İkinci yanaşma nəinki səmərəsiz olur ,hətta insana Qur’an və Nəhcül-bəlağəyə zidd yanaşmalar öyrədilir. Belə bir yanaşmada insan batilə üz tutur.  Məgər biz inanmırıqmı ki ,Qur’an Allahın buyuruğudur ,Nəhcül-bəlağə və mə’sumların buyuruqları vəhydən qaynaqlanır?! Demək ,biz vəhyi öz düşüncələrimizə uyğunlaşdırmamalı , düşüncələrimizi vəhy yoluna yönəltməliyik. Şəxsi mühakimələrimizin təsdiqi üçün müqəddəs buyuruqlar arasında əsas axtarıb dəlillər uydurmaq yol verilməzdir.

Demək ,Qur’an və mə’sumların buyuruqlarından istifadə qaydası budur ki ,insan vəhy qaynağına nəzər sahibi kimi yaxınlaşmasın. Əksinə ,vəhyə müraciət olunarkən bütün öncəki bilgilər bir kənara qoyulmalı ,insan pak bir zehnlə həqiqət çıraqlarını soraqlamalıdır.

İndi əhdnamənin növbəti səhifələrini vərəqləyək:

هذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللهِ عَلِيٌ أَميِرُ الْمُؤْمِنِينَ، مَالِكَ بْنَ الْحَارِثِ الاَْشْتَرَ فِي عَهْدِهِ إِلَيْهِ، حِينَ وَلاَّهُ مِصْرَ

“Bu fərman Allah bəndəsi Əli Əmirəl-mö’minin peymanı əsasında Haris oğlu Malik Əştər Misirə hakim seçilərkən ona ünvanlanır.”

Belə görünür ki ,həzrət Əli “Allah bəndəsinin əmri əsasında” tə’birləri ilə İslam maarifinin iki mühüm və əsas nöqtəsinə işarə edir: qəflətin aradan qaldırılması və Allaha bəndəlik sayəsində ağalıq.

QƏFLƏTİNARADAN QALDIRILMASI

Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada ,günaha ,zülm-sitəmə ,istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir. Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mə’nəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə ,bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa ,kimsəyə zülm etməz ,savaş və tüğyan fikrinə düşməz. Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: “Agah ol ki ,nəyin varsa Ondandır və Ona doğrudur.”

ALLAHABƏNDƏLİK SAYƏSİNDƏ AĞALIQ

Həzrət Əlinin (ə) düzgün İslam dünyagörüşünün əsasını təşkil edən baxışına əsasən ,məqam və rəyasət gücü ,mə’nəvi nüfuz ,bir sözlə ,ağalıq (qarət və sitəmkarlıq yox ,həqiqi ağalıq) Allaha bəndəlik sayəsində mümkündür.

Həzrət Əli (ə) bu mövzunu bəyan etmək üçün “əmr” sözündən sonra “Allahın bəndəsi” tə’birini qeyd edir və bu bəyanla həqiqi ağalıq səbəbini ,yə’ni bir olan xaliqin varlığını önə çəkir.

VALİNİNMƏS’ULİYYƏTLƏRİ

جِبْوةَ خَرَاجِهَا، وَجِهَادَ عَدُوِّهَا، وَاسْتِصْلاَحَ أَهْلِهَا، وَعِمَارَةَ بِلاَدِهَا

“Misir vilayətində Malikin vəzifələri bunlardır: Xərac (vergi) toplamaq ,düşmənlərlə cihad ,əhali arasında sülh və əmin-amanlıq yaratmaq ,şəhərlərin abadlığı.”

Həzrət Əli (ə) bu bəyanla Malik Əştərə həvalə olunan hakimiyyətin çərçivəsini dörd məsələ əsasında müəyyənləşdirir: Xərac ,müdafiə ,islah ,abadlıq. 

XƏRACTOPLANMASI

“Xərac” dedikdə xüsusi bir vergi nəzərdə tutulur. Bildiyimiz kimi ,Misir camaatı İslamı könüllü şəkildə qəbul etməmişdi. Onlar müsəlmanlara müqavimət göstərə bilmədiklərindən təslim olub İslamı qəbul etmişdilər.

Fiqhi terminalogiyada İslam qoşununun sülh-sazişsiz ,hərbi qələbə ilə əldə etdiyi torpaqlar “əraziyyu məftuhətil-ənva” adlanır. Belə torpaqlar bütün müsəlmanlara məxsusdur və hamının bu torpaqlarda payı var. Bu əsasla İslam dövləti və İslam hakimi uyğun torpaqları müsəlmanlar arasında bölüşdürür. Pay torpağın müqabilində illik icarə alınır. Belə bir icarə haqqı fiqhi terinalogiyada “xərac” adlanır.

DÜŞMƏNLƏRDƏNMÜDAFİƏ

“Cihadə əduvviha” tə’birindən aydın olur ki,  həzrət cihad dedikdə müdafiə savaşını nəzərdə tutmuşdur. Əhli-beyt (ə) rəvayətlərinə əsasən (eləcə də şiə fəqihləri icmasına görə),ibtidai cihad ,yə’ni müsəlmanların ilkin olaraq hücum çəkməsi yalnız mə’sum imamın hüzuru ilə mümkündür. Qeyb dövründə ibtidai cihada icazə verilmir. Aydın olur ki ,mə’sum imamın birbaşa nəzarətindən xeyli uzaq məntəqəyə göndərilən Malik qeyb dövründəki kimi hərəkət etməli ,hərbi yürüşlərdən çəkinib ,müdafiə işləri ilə məşğul olmalı idi. Mə’sum imamdan uzaqda olan valinin ibtidai cihad icazəsi yox idi.

XALQINİSLAHI

Deyilənlərdən aydın olur ki ,valinin vəzifəsi təkcə xalqın iqtisadi və dünyəvi işləri ilə məşğul olmaq deyil. Xalqın islah və tərbiyəsi də valinin əsas vəzifələrindəndir.

Beləcə ,mə’sumlar diqqət yetirməlidirlər ki ,onların işi küçələri asfaltlamaq ,əhaliyə məişət xidmətləri göstərməklə başa çatmır. İslam cəmiyyətində hər bir məs’ul insanların mə’nəvi durumuna diqqət yetirməli ,mə’nəvi məsələlərin tənzimində aparıcı rol oynamalıdır. Onlar “bu iş ruhanilərin vəzifəsidir və bizə aid deyil” deyib uyğun insani və islami məs’uliyyətdən qaça bilməzlər.

ŞƏHƏRLƏRİNABADLIĞI

Valinin mühüm vəzifələrindən biri şəhər və kəndlərin öhdəsində olan ərazilərin abadlığını tə’min etməkdir.

Tarix boyu İslamın ünvanına yazılmış böhtan və iftiralara baxmayaraq ,İslam xristian rahibliyindən fərqli olaraq İslam cəmiyyətinin maddi və rifah problemlərinə yetərincə diqqət ayırmış və ayırmaqdadır. İslam Allahı yaddan çıxarmayacaq həddə ,zülm-sitəm və istismara səbəb olmayan qədər dünyəvi ne’mətlərdən və maddi ləzzətlərdən faydalanmağı qanuni sayır.

CƏMİYYƏTİNİSLAH VƏ TƏRƏQQİSİ ÜÇÜN ÖZÜNÜTƏRBİYƏ ZƏRURƏTİ

أَمَرَهُ بِتَقْوَى اللهِ

(Həzrət Əli (ə))Maliki ilahi təqvaya(Allahdan qorxmağa) çağırır.

Əgər təqva əmri əvvəlki cümlələrlə əlaqəli nəzərdən keçirilsə ,aydın məfhum və yetərli mə’na kəsb edər. Ötən cümlələrdə həzrət Əli (ə) xalqın islah və tərəqqisini bir vali vəzifəsi kimi Malikin nəzərinə çatdırır. Mə’lum məsələdir ki ,təqvası olmayan ,nəfs istəkləri və heyvani hisslər sorağınca gedən bir vali tabeçiliyində olan xalqı doğru yola sövq edə bilməz. Çünki hidayətçi (doğru yola çağıran) insanın təbliğdə ilk rabitəsi özü ilədir. Əgər bu insan azğın nəfs istəklərini cilovlayıb ,ağıl və mə’nəviyyata tabe edə bilsə ,özünü hidayət etmiş olacaq. Yalnız bu işdən sonra o vücudundan xaricdə ,tə’sirli olub ,cəmiyyəti xeyirə sövq edə bilər. Amma özü ilə rabitədə azğın nəfs istəklərinə tabe olan ,öz tərbiyəsində müvəffəqiyyət əldə edə bilməyən insan başqalarını doğru yola sövq edə bilməz. Təbii ki ,həmişə yanında olan nəfslə mübarizədə müvəffəqiyyət qazana bilməyən insan arabir rastlaşdığı fərdlərlə rabitədə ,həm də cəmiyyət səviyyəsində qalib gələ bilməyəcək.

Mə’sum imamların təqva mövzusundakı bəyanatlarından mə’lum olur ki ,təqva insanın özünə baxışı ,nəfsə nəzarəti və hakimiyyəti mə’nasındadır. Təqva bir qrup rahattələb xanənişinin özünə şüar etdiyi kimi ,mübarizə meydanını tərk edib ,İslam cəmiyyəti və ümmətdən uzaqlaşmaq deyil.

SƏADƏTVƏ BƏDBƏXTÇİLİK YOLU

İslam dünyagörüşündə ilahi göstərişlərə itaət səadət ,ilahi göstərişlərə itaətsizlik bədbəxtçilikdir. Bu islami me’yarı ətraflı şəkildə açıqlamazdan öncə həzrət mövlanın buyuruqlarına nəzər salaq:

أَمَرَهُ بِتَقْوَى اللهِ، وَإِيثَارِ طَاعَتِهِ، وَاتِّبَاعِ مَا أَمَرَ بِهِ فِي كِتَابِهِ: مِنْ فَرَائِضِهِ وَسُنَنِهِ، الَّتِي لاَ يَسْعَدُ أَحَدٌ إِلاَّ بِاتِّبَاعِهَا، وَلاَ يَشْقَى إِلاَّ مَعَ جُحُودِهَا وَإِضَاعَتِهَا

“(Həzrət Əli (ə) hər şeydən öncə Malikə aşağıdakı işləri əmr edir:) İlahi təqva ,Allaha itaət yolunu seçmək ,Allahın öz kitabında əmr etdiyi sünnə və vacibatlara əməl etmək!

Çünki kimsə bu əmrlərə itaət etməmiş səadətə nail olmayacaq ,kimsə bu göstərişləri tərk etməmiş bədbəxtliyə uğramayacaq.”

Kitab dedikdə təkcə Qur’an nəzərdə tutulmur. Nəzərdə tutulan həm Qur’an ,həm də Əhli-beyt (ə) rəvayətləridir. İslamda bütün dini sünnə və qaydalar “kitabullah” adlandırılır. Səbəb budur ki ,bütün vaciblər ,haramlar ,məkruhlar və müstəhəblər Allah yazısıdır. Yə’ni Allah insanların əməl etməsi üçün təqdir qələmi ilə bütün bunları yazıya almışdır. Belə ki ,uyğun buyuruqlar şəriətdə öz əksini tapmışdır.

Varlıq aləmində Allah əmrlərinə itaət etmədən heç bir şə’n və məqam sahibi xoşbəxtliyə çata bilməz. Bu iş yalnız vaciblərə əməl ,haramların tərki ilə mümkündür. Əksinə ,vacib əmrlərə itaətsizlik və e’tinasızlıqla Allah göstərişlərindən çıxan ,qoyulmuş hədləri pozan fərd bədbəxt olur.

Aydın olur ki ,heç bir elmi dərəcə insanı xoşbəxtliyə çatdıra bilməz. Amma elm və bilik sayəsində Allaha itaət yolunu seçən insan daha sür’ətli hərəkət edib ,daha uca məqama yüksələ biləcək.

TƏQVANINYÖNÜMLƏRİ

Təqvanın iki yönümü var: dini vaciblərə əməl və haramların ,bəyənilməyən işlərin tərki.

Həzrət mövlanın buyuruğunda “isari taətihi” tə’biri təqvanın birinci yönümünü, “ən yəksir nəfsəhu indəş-şəhəvat” tə’biri təqvanın ikinci yönümünü bəyan edir.

BÖYÜKCİHAD (“CİHADİ-ƏKBƏR”)

Bə’zi rəvayətlərdə nəfslə mübarizə cihad kimi xatırlanır. Bu mövzuda “Vəsailuş-şiə” müəllifi imam Sadiqdən (ə) nəql edərək yazır: “Girami İslam peyğəmbərinin düşmənlə savaşa göndərdiyi dəstə qələbə ilə geri döndü. Onlar vətənə qayıtdıqdan sonra hamılıqla həzrət Peyğəmbərin (s) hüzuruna gəldilər. Həzrət bu qalib dəstəyə xitabən buyurdu: “Əhsən kiçik cihadı başa çatdıranlara! Amma böyük cihad hələ ki ,öndədir.” Bir şəxs soruşdu: “Ya rəsuləllah ,böyük cihad hansıdır?” Həzrət buyurdu: “Nəfslə mübarizə!”[2]Qur’ani-məciddə behiştə daxil olmaq üçün azğın nəfs istəklərini cilovlamağın şərt qoyulması bu mübarizənin əzəmətini təsdiqləyən yetərli nümunədir. Qur’an bu barədə buyurur: “Rəbbinin məqamından qorxan ,nəfsini azğın istəklərdən uzaq saxlayanın yeri behiştdir.”[3]

Gördüyümüz kimi ,bu ayədə behiştə daxil olmaq üçün iki əsas şərt qoyulur: Allahın əzəmətindən qorxu və azğın istəklərdən çəkinmək.

ALLAHYOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

Bu gün İslam cəmiyyətində başqa dövrlərdən daha çox ilahi və qeybi yardımlardan danışılır. Xüsusilə haqqın batil əleyhinə savaşında mücahidlər başqalarından daha çox bu qeybi yardımları hiss etmişlər.

Qur’an və “Nəhcül-bəlağə”də ilahi və qeybi yardımlara çatmaq üçün müəyyən şərtlər bəyan olunur:

وَأَنْ يَنْصُرَ اللهَ سُبْحَانَهُ بَيَدِهِ وَقَلْبِهِ وَلِسَانِهِ، فَإِنَّهُ، جَلَّ اسْمُهُ، قَدْ تَكَفَّلَ بِنَصْرِ مَنْ نَصَرَهُ، وَإِعْزَازِ مَنْ أَعَزَّهُ.

وَأَمَرَهُ أَنْ يَكْسِرَ نَفْسَهُ عِنْدَ الشَّهَوَاتِ، وَيَزَعَهَا عِنْدَ الْجَمَحَاتِ، فَإِنَّ النَّفْسَ أَمَّارَةٌ بِالسُّوءِ، إِل مَا رَحِمَ اللهُ

“(Qeybdən faydalanar) Sübhan Allaha əli və dili ilə yardım edən. Çünki Allah Ona yardım edib əziz tutana yardım göstərməyi və əziz tutmağı öhdəsinə götürmüşdür. Ona əmr edər ki ,öz nəfsini azğın istəklərin tərki ilə sındırsın ,azğınlıq etdiyi vaxt cilovunu çəksin. Nəfs daim pisliyə çağırır. Yalnız Allahın mərhəmət nazil etdiyi nəfs istisnadır.”

Deyilənlərdən tam aydın olur ki ,əgər insan özünü tanımaq və özünü tapmaq ,insanların hidayəti və cəmiyyətin islahı üçün hətta kiçik bir addım atarsa ,əslində Allaha yardım sorağınca getmiş olur. İndi baxaq görək ,Allaha necə və hansı yollarla yardım edə bilərik? Həzrət Əlinin (ə) Malik Əştərə xitabına əsasən ,üç yolla uyğun məqsədə çata bilərik: qəlblə yardım ,əllə yardım ,dillə yardım.

QƏLBLƏYARDIM

Qəlb vasitəsilə Allaha yardım etmək üçün hər şeydən öncə özünütərbiyə və nəfsin paklığına çalışmalıyıq. Bu istiqamətdə hərəkət edən insan özünü paklamaq üçün çalışmalıdır. Çünki Allaha qəlb vasitəsi ilə yardım daxili saflaşdırmaqdan ,insanın özünə ilahi rəng vurmasından ,fitrətə qayıdışdan ibarət insanlıq mərhələsinə çatmaqdan ,aləmlərin Rəbbi qarşısında müt’ilik göstərib təslim olmaqdan fərqli bir şey deyil.

Beləcə , özünütərbiyədə ilk addım qəlb və ruhu düzgün e’tiqada hazırlamaq ,ilahi hökm və qanunlara möhkəm iman əldə etməkdir. Başqa sözlə ,öz qəlbi ilə Allaha yardım fikrinə düşən insan çalışmalıdır ki ,qəlbində kamil e’tiqad və xalis iman üçün zəmin hazırlasın. Bu yol elə bir eşq ,iman ,ixlasla adlanmalıdır ki ,hər gün insanın e’tiqadı daha da kamilləşsin. Nəhayət ,insanın hər günü onun əvvəlki günündən bir addım öndə olur ,e’tiqad və imanı daha da dərinləşir. Beləcə ,insan bir nöqtəyə çatır ki ,tutduğu yolda növbəti addımlar atmaq üçün güc tapır ,mərhələ-mərhələ daha yeni və daha tə’sirli addımlara müvəffəq olur.

ƏLİLƏ YARDIM

Həzrət Əlinin (ə) dəyərli buyuruğunda Allaha əl ilə yardım məsələsi bəyan olunarkən əslində əl yox ,qüdrət nəzərdə tutulur. Belə bir təşbehlə Qur’ani-kərimdə də rastlaşırıq: “Allahın əli bütün əllərin fövqündədir”, yə’ni Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. Heç bir qüdrətdə ilahi qüdrətlə qarşılaşmaq imkanı yoxdur. Ürfi (el arası) danışıqlarda da çox vaxt “əl” sözü “qüdrət” mə’nasını bildirir. Məsələn ,deyirlər ki ,filankəsin əlindən bir iş gəlmir. Yə’ni filankəsin bir iş görməyə qüdrəti yoxdur. Bə’zən deyirlər: “Zəmanənin əli zalımdan məzlumun intiqamını aldı.” Hər iki cümlədə “əl” sözü qüdrət və güc mə’nasını bildirir.

Deyilənlərə əsasən ,həzrət mövlanın Malik Əştərə buyuruğundakı “Allaha yardım” ifadəsinin həqiqi mə’nası anlaşılır. Nəzərdə tutulur ki ,Malik (həm də xitab tərəfi olaraq biz) Allaha yardım yolunda var qüvvəsi ilə çalışmalı ,ilahi hökm və qanunların həyata keçməsi üçün bütün gücündən istifadə etməli ,hamını İslamın müqəddəs hədəflərinə sövq etməlidir.

DİLİLƏ YARDIM

Bu günkü dünyamızda təbliğatın aparıcı rolunu kimsə inkar etmir. Təbliğ silahı istənilən bir silahdan tə’sirli və güclüdür. Ən mühüm təbliğ vasitəsi insanın dilidir. Bu tə’sirli və güclü vasitə hansı istiqamətdə fəaliyyət göstərməsindən asılı olaraq öz rolunu müəyyənləşdirir. Əgər insanın ,xüsusi ilə bəyan qüdrəti və tə’sirli nitqi olan fərdin dili bəşər düşüncəsini azdırmağa xidmət edirsə ,azdırıcı təbliğat vasitəsinə çevrilir. Allah və Allah hökmlərinin təbliğinə xidmət edən dil ,daha doğrusu ,dildən bu yolda istifadə edən insan əslində Allaha yardım etmiş olur.

ALLAHINDƏYİŞMƏZ VƏ’Dİ

Əgər insan öz qəlbi ,əli ,dili və nəhayət ,bütün gücü ilə Allaha yardıma qalxsa ,onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa ,şübhəsiz ,özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım və’d edir.[4]Həzrət Əli (ə) də həmin əsasla uyğun və’di xatırladır.

Bu ilahi və’di daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:

Əvvəla ,və’d edən Allahdır və Allahın və’di əksər insanların və’di kimi əsassız və puç deyil. Bu və’d dəyişməz bir və’ddir ,Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.

İkincisi ,Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki ,Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə ,kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.[5]

ÖZÜNÜUNUTMAQ

Bə’zi mö’min ,məs’uliyyətli və qayğıkeş fərdlər canıyananlıq səbəbindən dövlət məs’ullarını tənqid edib onların əməl və rəftarlarını diqqətlə araşdırsalar da ,özləri vəzifə kürsüsünə qalxıb ,iş sahibi olan kimi bir növ özlərini unudur ,əməl və rəftarlarına nəzarət etmirlər. Sanki onların vəzifə kürsüsünə oturması ilə bütün problemlər həll olunur ,bütün müşküllər aradan qaldırılır.

Həzrət Əli (ə) təkəbbür və eqoistliyə səbəb olan bu sayaq özünü unutmağın qarşısını almaq üçün Malikin diqqətini bir o qədər də uzaq olmayan keçmişə yönəldir. Xatırladır ki ,dünənədək sən və sənin kimilər məs’ulların əməl və rəftarlarına nəzarət edir ,onlara eyb tuturdu. Bu gün isə sənin də əməl və rəftarların sual altına alınacaq. Həzrət buyurur:

ثُمَّ اعْلَمْ يَ مَالكُ، أَنِّي قدْ وَجَّهْتُكَ إِلَى بِلاَد قَدْ جَرَتْ عَلَيْهَا دُوَلٌ قَبْلَكَ، مِنْ عَدْل وَجَوْر، وَأَنَّ النَّاسَ يَنْظُرُونَ مِنْ أُمُورِكَ فِى مِثْلِ مَا كُنْتَ تَنْظُرُ فِيهِ مِنْ أُمُورِ الْوُلاَةِ قَبْلَكَ، وَيَقُولُونَ فِيكَ مَ كُنْتَ تَقُولُ فِيهِمْ

“Ey Malik ,bil ki ,mən səni səndən öncə həm ədalətli və insaflı ,həm də zalım və sitəmkar hakimləri olmuş şəhərlərə göndərdim. Şübhəsiz ,bundan öncə sən hakimlərin işinə diqqətli olduğun kimi ,xalq da sənin işlərinə diqqətli olacaq. Sən başqaları haqqında nə demisənsə ,indi həmin sözlər sənin haqqında deyiləcək.”

Aydındır ki ,məs’ullar həzrət mövlanın yalnız bu sifarişini diqqət mərkəzində saxlasalar ,xalq onlarla hesab aparmamış ,özləri özləri ilə hesab aparsalar ,bu hesab-kitabda yalnız Allahı nəzərə alsalar (nəfsə uymasalar),bütün bu nöqsanlar aradan qalxar.

SALEHLƏRİNDÜNYA MÜKAFATI

İslam məktəbində heç bir əməl mükafatsız qalmasa da ,xeyirxah və salehlərə Qiyamətdə savab və mükafat verilsə də ,onlar bu dünyada da Allah tərəfindən mükafatlandırılırlar. Salehlərin dünya mükafatı salam və salavat ,yaxşı addır. Bu mükafat onların bir neçə günlük hakimiyyət və həyatına aid deyil. Onların adı əbədi olaraq tarixin səhifələrinə qeyd olunur. Tarixin güzgüsündə sitəmkarlar və zalım qüvvələr salehlər və allahpərəstlərlə tam zidd cəhbhədə əks olunur. Salehlərin adı tarix boyu salam və salavatla yad edilir. Digər cəbhə isə əbədi olaraq lə’nət və nifrinə düçardır. Həzrət Əli (ə) bu ilahi mükafatın bəyanında buyurur:

إِنَّمَ يُسْتَدَلُّ عَلَى الصَّالِحِينَ بِمَا يُجْرِي اللهُ لَهُمْ عَلَى أَلْسُنِ عِبَادِهِ. فَلْيَكُنْ أَحَبَّ الذَّخَائِرِ إِلَيْكَ ذَخِيرَةُ الْعَمَلِ الصَّالِحِ

“Fərdlərin Allah tərəfindən xalqın dilinə salınmış yaxşılıq və pislikləri əsasında salehləri günahkarlardan seçə bilərsən. Bəli ,sənin üçün ən sevimli ehtiyat saleh əməl ehtiyatı olmalıdır.”

YAXŞIAD–SALEHLƏRİN AXİRƏT VƏSİQƏSİ!

Əməllərin bir-bir nəzərdən keçiriləcəyi ,Qur’an tə’birincə ,hər bir insanın öz ən kiçik əməlinin mükafat və cəzasını alacağı Qiyamətdə salehlərin xüsusi imtiyazı var. Belə ki ,sübhan Allah onların xeyir zikrini və yaxşı adını salehliklərinə şahid gətirər və xırdalıqlara varmaz. Bu yolla salehlərin azadlığı tə’min olunar ,onlar behişt ne’mətlərindən bəhrələnər.

BATİNƏDİQQƏT VƏ NƏFSƏ AĞALIQ

İslam hökuməti pak və hər növ nəfsani əsarətdən azad valilər tələb etdiyindən həzrət Əli (ə) İslam hökumətinin kamil nümunəsini təşkil edib ,Malik Əştəri Misirə vali göndərir və ona xitabən buyurur:

فَامْلِكْ هَوَاكَ

“(Ey Malik) Öz qəlb istəklərinin ağası ol.”

Nəfs üzərində hakimiyyət ən mühüm saleh əməllərdən biridir. Bu nöqtə o qədər əhəmiyyətlidir ki ,girami İslam peyğəmbəri buyurur: “Əgər danışıqda həddi aşıb qəlbinizi boş-boş işlərə məşğul etməsəydiniz ,mənim gördüyümü görər ,eşitdiyimi eşidərdiniz.”[6]

NƏFSİSTƏKLƏRİNİN TƏNZİMİ

İslam dini cinsi azadlığı tarixin qurucu amili sayan Freydin və həqiqətə doğru hərəkəti nəfs istəklərini tamam boğmaqda görən yalançı rahiblərin əksinə olaraq inanır ki ,insan vücudunda Allah tərəfindən əmanət qoyulmuş bütün istəklər şər və fəsad səbəbi deyildir və o həqiqətə çatmağa mane olmur. Bəli ,İslam nəzərincə ,insan nəfsani meyllərindən qanuni yolla istifadə edib ,bütün maddi ləzzətlərdən İslami qaydada bəhrələnə bilər. Təbii ki ,şər’i üsullara və qaydalara əməl üçün nəfsani meyllər arasında tarazlıq yaratmaq ,qeyri-qanuni meyllərin qarşısını almaq bir şərtdir.

Bir sözlə ,İslam nəfs istəklərinin tam boğulmasını yox ,tənzimlənib tarazlanmasına çağırır. Buna görə də İslamın həm mütləq cinsi azadlıqla ,həm də rahibliklə mübarizə apardığını görürük. Həzrət Əli (ə) həqiqətin bəyanında buyurur:

وَشُحَّ بِنَفْسِكَ عَمَّا لاَ يَحِلُّ لَكَ، فَإِنَّ الشُّحَّ بِالنَّفْسِ الاِْنْصَافُ مِنْهَا فَيَم أَحْبَبْتَ وَكَرِهْتَ

“Özünü sənə halal olmayandan uzaqlaşdır. Çünki xoşladığın və ya xoşlamadığın şeylərlə rabitədə özünü saxlamaq (dayanıb düşünmək) eynən insafdır.”

İSLAMVƏ DİNİ AZLIQLAR

İnsan haqları deyib yalandan səs-küy salanlar yer üzündəki bütün insanların eyni hüquqa malik olduğunu iddia edirlər. Əməldə isə nəinki insanlar arasında bərabərlik prinsipini gözləmir ,hətta öz ölkələrinin azlıqda qalan sakinlərini dəyərləndirmirlər. Əgər tarixi səhifələsək ,görəcəyik ki ,hazırkı əsrdə Fələstini işğal edənlər təkcə evlərə ,əkin sahələrinə sahib durmamış ,hətta Fələstin əhalisinə əzab-əziyyət içində yaşama haqqı da verməmişlər. Məzlum fələstinlilər günaşırı qəsbkarlar tərəfindən qətlə yetirilir ,doğma torpağından çıxarılıb didərgin salınır.

İslamda isə vəziyyət tamam başqa cürdür. İslam respublikasında dini azlıqlara münasibət deyilənləri tam təsdiqləyir. Bu azlıqlar digər müsəlmanlar kimi həqiqi azadlıq və bərabərlik ne’mətindən faydalanır. Mövla Əli (ə) buyurur:

وَأَشْعِرْ قَلْبَكَ الرَّحْمَةَ لِلرَّعِيَّةِ، وَالْـمَحَبَّةَ لَهُمْ، وَاللُّطْفَ بِهِمْ، وَل تَكُونَنَّ عَلَيْهِمْ سَبُع ضَارِياً تَغْتَنِمُ أَكْلَهُمْ، فَإِنَّهُمْ صِنْفَانِ: إِمَّ أَخٌ لَكَ فِي الدِّينِ، وَإمّ نَظِيرٌ لَكَ فِي الْخَلْقِ، يَفْرُطُ مِنْهُمُ الزَّلَلُ، وَتَعْرِضُ لَهُمُ الْعِلَلُ،يُؤْتَى عَلَى أَيْدِيهِمْ فِي الَعَمْدِ وَالْخَطَاَ، فَأَعْطِهِمْ مِنْ عَفْوِكَ وَصَفْحِكَ مِثْلَ الَّذِي تُحِبُّ أَنْ يُعْطِيَكَ اللهُ مِنْ عَفْوِهِ وَصَفْحِهِ، فَإِنَّكَ فَوْقَهُمْ، وَ وَالِي الاَْمْرِ عَلَيْكَ فَوْقَكَ، وَاللهُ فَوْقَ مَنْ وَلاَّكَ! وَقَدِ اسْتَكْفَاكَ أَمْرَهُمْ، وَابْتَلاَكَ بِهِمْ

“Xalqa mehr-məhəbbəti ,onlarla dostluğu və hüquqlarına riayət olunmasını qəlbində şüar et. Əhali üçün yediyini qənimət sayan yırtıcı heyvan kimi olma. Çünki əhali iki qismdir: ya sənin din qardaşlarındır ,ya da yaranışda həmnövlərin.  Onlarda büdrəmələr olur ,hansısa çətinliklərlə rastlaşırlar ,bilərəkdən və ya bilməyərəkdən pis işlərə yol verirlər. Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et ,bağışla. Çünki sən onlardan yuxarısan ,səndən yuxarı sənə vilayət verən və ondan yuxarı Allahdır. Odur səndən xalqa xidmət istəyən və bu yolla səni sınağa çəkən.”

Gördüyümüz kimi ,həzrət Əli (ə) hakimiyyəti altında olan insanların bölgüsü ilə bağlı Malikə tövsiyə verir ,bütün fərdlərə bərabər yanaşaraq bir gözlə baxır ,millətin hüquqlarını bərabər şəkildə ,zərrəcə pozmadan onların ixtiyarına verir.

FƏSADVƏ GÜNAH AMİLLƏRİ

Həzrətin “və tə’rizu ləhumul-iləl” cümləsi bizi günah və xəta amilləri ilə tanış edir. İnsan bə’zən bilərəkdən günaha yol versə də ,bə’zən müəyyən səbəblər onu günaha sürükləyir. Misal olaraq zina günahını və onun yayılmasını nəzərdən keçirsək görəcəyik ki ,iman zəifliyi zinaya bais olsa da ,ailə rabitələrinin zəifliyi ,ərlə arvad arasındakı diqqətsizlik də uyğun günahı doğuran səbəblərdəndir.

XALQAQARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR.

Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Qarşıdakı söhbətlərimizdə qeyd edəcəyik ki , sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. Həzrət buyurur:

وَلاَ تَنْصِبَنَّ نَفْسَكَ لِحَرْبِ اللهِ، فَإِنَّهْ لاَيَدَيْ لَكَ بِنِقْمَتِهِ، وَلاَ غِنَى بِكَ عَنْ عَفْوِهِ وَرَحْمَتِهِ. وَلاَ تَنْدَمَنَّ عَلَى عَفْو، وَلاَ تَبْجَحَنَّ بِعُقُوبَة، وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَة وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً

“Xalqla amansız davranıb ,Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur ,onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma ,heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma),olsun ki ,çıxış yolu tapasan.”

MÜSTƏBİDLİK (DİKTATORLUQ)

Arxayınlıqdan , özünəvurğunluqdan ,təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa ,despotizmə ,əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.

Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor ,yalan ,hüquqları pozmaq yox ,həm də onun müqəddəs İslam ayinlərini viran qoyması ,müsəlmanları izzətdən zillətə qaytarması ,insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət buyurur:

وَلاَ تَقُولَنَّ: إِنِّي مُؤَمَّرٌ آمُرُ فَأُطَاعُ، فَإِنَّ ذلِكَ إِدْغَالٌ فِي الْقَلْبِ، وَمَنْهَكَةٌ لِلدِّينِ، وَتَقَرُّبٌ مِنَ الْغِيَرِ

“Demə ki ,bu gün mən onlara hakiməm ,mənim işim əmr etmək ,onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması ,dində zəiflik və ne’mətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

MÜSTƏBİDLİYƏQARŞI

Qeyd etdik ki ,müstəbidlik ,diktatorluq özünəvurğunluqdan ,mənəm-mənəmçilikdən ,ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki ,bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan ,Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan ,bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir , özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək ,Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:

وَإِذَا أَحْدَثَ لَكَ مَا أَنْتَ فِيهِ مِنْ سُلْطَانِكَ أُبَّهَةً أَوْ مَخِيلَةً، فَانْظُرْ إِلَى عِظَمِ مُلْكِ اللهِ فَوْقَكَ، وَقُدْرَتِهِ مَنْكَ عَلَى مَ لاَ تَقْدرُِ عَلَيْهِ مِنْ نَفْسِكَ، فَإِنَّ ذلِكَ يُطَامِنُ إِلَيْكَ مِنْ طِمَاحِكَ، وَيَكُفُّ عَنْكَ مِنْ غَرْبِكَ،يَفِيءُ إِلَيْكَ بِمَ عَزَبَ عَنْكَ مِنْ عَقْلِكَ!

“Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa ,səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü ,şübhəsiz ,səni yerində oturdar ,tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”

ƏDABAZLIQVƏ MƏNƏM-MƏNƏMLİK

Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki ,Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. Əmirəl-mö’minin Əli (ə) insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

إِيَّاكَ وَمُسَامَاةَ اللهِ فِي عَظَمَتِهِ، وَالتَّشَبُّهَ بِهِ فِي جَبَرُوتِهِ، فَإِنَّ اللهَ يُذِلُّ كُلَّ جَبَّار، وَيُهِينُ كُلَّ مُخْتَال

“Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

İNSAFVƏ ƏDALƏTƏ RİAYƏT ,ZÜLMLƏ MÜBARİZƏ

Allaha qarşı insafın nə olması və necəliyi ,xalqla insaf mövzularını aydınlaşdırmaq üçün öncə həzrətin buyuruğunun davamını oxuyacaq ,sonra uyğun mövzuları nəzərdən keçirəcəyik:

أَنْصِفِ اللهَ وَأَنْصِفِ النَّاسَ مِنْ نَفْسِكَ، وَمِنْ خَاصَّةِ أَهْلِكَ، وَمَنْ لَكَ فِيهِ هَوىً مِنْ رَعِيَّتِكَ، فَإِنَّكَ إِلاَّ تَفْعَلْ تَظْلِمْ

“Allahla insaflı rəftar et. Xalqa ,ailənin yaxın üzvlərinə ,yaxın qohumlara ,rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən ,sitəm qılmış olacaqsan.”

ALLAHAQARŞI İNSAFIN MƏFHUMU

Adi həyatda elələri var ki ,fiziki və ruhi sağlamlığa malik olmalarına baxmayaraq bu böyük ne’mətin dəyəri haqqında düşünmürlər. Bəli ,insan nə qədər ki sağlamdır ,sağlamlığın qədrini bilmir. Sağlam dişləri olan və gündəlik qidasını heç bir çətinlik çəkmədən dişləri altında əzib udan insan çox vaxt diş kimi ne’mət haqqında bir anlıq olsun fikirləşmir. Sağlam ayaqlarla daim rahat hərəkət edən ,saatlarla bir yerdə dayanan insan sağlam ayaqların necə böyük ne’mət olduğunu adətən düşünmür. Amma elə ki dişlərdən birində problem yaranır ,həmin an sanki bütün dünya zülmətə bürünür. Dişi ağrıyan insan nəinki rahat qidalana bilmir ,hətta uyğun ağrılar onu divara qısır. Bu ağrı kəsilənədək insan heç bir işlə rahat məşğul ola bilmir. Dişi ağrıyan insanın nə qulaqları yaxşı eşidir ,nə də gözləri yaxşı görür. Əslində onun beyni düzgün işləmir. Yalnız bu ağrılardan ,əzab əziyyətdən sonra insan sağlam dişin nə qədər böyük ne’mət olduğunu anlayır. Amma həmin ağrılaradək ixtiyarında qoyulmuş bu misilsiz ne’mətlər haqqında düşünə bilmirdi. Məsələn ,ayağı əzilmiş ,yeriyə bilməyən insan məcbur olub yerində oturduqda anlamağa başlayır ki ,sağlam ayaqlar necə böyük ne’mət imiş!

Müxtəsər işarələrimizdən nəticə çıxarıb qalan saysız-hesabsız ne’mətlər haqqında özünüz düşünün. Bu gün ixtiyarınıza verilmiş hər bir ne’məti diqqət mərkəzində saxlayın. Təsəvvür edin ki ,bir gün həmin ne’mət əlinizdən alınacaq və ya həmin ne’mətə hansısa nöqsan gələcək. Düşünün ki ,həmin kiçik nöqsan sizin üçün həyatda necə viranedici böyük problemlər yaradacaq. Bu çətinlik həm cisminizə ,həm də ruhunuza öz tə’sirini göstərəcək. Bu yolla sizin təbii həyat yolunuz qırıla bilər.

Məhz bu məqamda Allaha qarşı insaflı olmaq məsələsi ortaya çıxır. Allaha qarşı insafın  bir qismi Onun ne’mətlərinə qədərincə şükür etməkdir. Bu iş üçün də əsas yol ilahi göstərişlərə və hökmlərə əməl edilməsidir. İnsafdandırmı ki ,insan Allahın onun ixtiyarına verdiyi saysız-hesabsız ne’mətlər müqabilində nankorluq etsin və ilahi göstərişlərdən boyun qaçırsın?! Hansı ki bu göstərişlər olduqca sadədir və insanların öz xoşbəxtliyinə xidmət edir. Axı Allahın bizə nə ehtiyacı var?! Bizim kimi zəif mövcudların ilahi göstərişlərə əməl edib-etməməsinin Onun üçün əhəmiyyəti yoxdur.

Maraqlıdır ki ,biz insanlar bə’zən özümüz kimi bəndələrə təşəkkür etdiyimiz qədər ,Allaha şükür etmirik. Məsələn ,bizə kiçik bir ehsan etmiş şəxsə təşəkkür edir və həmin ehsanı ömrümüzün sonunadək unutmamağı əxlaqi vəzifə sayırıq. İstənilən bir məqamda həmin yaxşılığın əvəzini çıxmağa çalışırıq. Bəs necə olur ki ,Allah tərəfindən ixtiyarımıza verilmiş bir bu qədər ne’mətə ,bütün həyatımızı əhatə etmiş ilahi lütflərə görə təşəkkürü əxlaqi vəzifə saymırıq?

Nə üçün bizim xoşbəxtlik və qurtuluşumuz üçün nəzərdə tutulmuş ilahi qanunlara əməl etməklə təşəkkürü özümüzə vəzifə saymırıq? Qeyd etməliyik ki ,bu göstərişlər həm olduqca sadədir ,həm də Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim ilahi göstərişlərə əməl edib-etməməyimizin Allah dərgahında fərqi yoxdur. Bu göstərişlərə əməlin bütün faydası öz təkamülümüz və tərəqqimizə yönəlmişdir.

Uyğun bəyanatdan belə bir nəticə əldə edirik ki ,Allahın bəxşiş və lütfləri müqabilində istənilən bir nankorluq ,Onun göstərişlərinə qarşı istənilən növ itaətsizlik bir növ Allaha qarşı insafsızlıqdır.

XALQAQARŞI İNSAF

Xalqa qarşı insaf dedikdə hər bir fərdin hüquqlarına yetərincə riayət etmək nəzərdə tutulur. Hakim xalqla iki baxımdan insaflı rəftar etməlidir: Şəxsi və dövləti məsələlərdə ,özü ilə rabitədə ,qohumlar ,dostlar və yaxınlarla rabitədə.

İslam hökumətində ümumi mal bölüşdürülərkən müsəlmanları bir-birindən fərqləndirməmək ,hamıya eyni gözlə baxmaq hakim üçün insaf sayılır. Şəxsi münasibətlərdə hakim qonşuluğa görə tabeliyində olanı nəyəsə məcbur edə bilməz. Məsələn ,bir şeyi alarkən və ya satarkən məcburiyyətə yol verilmir. Hakim öz malını baha satmağa ,qarşı tərəfin malını ucuz almağa sə’y göstərməməlidir. O ,hər iki halda ədalət və insafı gözləməlidir.

VALİNİN (HAKİMİN) QOHUMLAR VƏ YAXINLARA MÜNASİBƏTDƏ VƏZİFƏSİ

Yuxarıda xalqa qarşı insaf mövzusunda iki hal nəzərdən keçirildi. Üçüncü hal hakimin qohumları və yaxınları ilə bağlıdır. Hakim yol verməməlidir ki ,onun qohumları hakimin himayəsinə sığınıb xalqa qarşı insafsızlıq etsin. Hər bir insanda öz yaxınlarına ,xüsusi ilə ailə-övladına təbii bağlılıq var. Bu bağlılıq səbəbindən insanın haqsız yerə öz yaxınlarının tərəfini saxlaması mümkündür. Hakim belə olmamalıdır. Yaxınlarının başqalarına münasibətdə insafsızlığına şahid olan hakim xalqın haqqını müdafiə etməlidir.

ZÜLMVƏ ONUN NƏTİCƏSİ

وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْب حَتَّى يَنْزعَ وَيَتُوبَ

Həzrət buyurur: “Hər kəs Allahın bəndələrinə sitəm qılsa ,Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə ,Allah onun məntiqini alar ,belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

ZALIMLAKİM HESAB ÇƏKƏCƏK?

Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki ,Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər ,onun başına əzab yağışı yağdırar. Necə ki ,körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli ,ata-övlad rabitəsi belə bir himayə doğurur.

Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.”[7]Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki ,zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.

Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

ZALIMINLABÜD MƏĞLUBİYYƏTİ

Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.[8]O zalımın simasını ifşa etməklə sübuta yetirir ki ,onun hərəkəti məntiq və dəlilə yox ,quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki ,Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.

ZALIMINTÖVBƏSİ

İslam zülmü qəti şəkildə məhkum edib ,onu çirkin və günah əməllərdən saysa da ,Allah özü dərhal zülmə cavab versə də ,zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır ,hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.

Bu səbəbdən həzrət buyurur ki ,zalım şəxs Allaha qarşı qalxmış ,özü eynən savaş ocağı olmuşsa da ,onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir ,Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi ,Allah onun günahlarını bağışlayır ,onunla düşmənçilikdən daşınır.

Əlbəttə ki ,tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki ,bundan sonra həmin işi görməyəcək ,bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı ,Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.

MƏZLUMNALƏSİNİN TƏ’SİRİ

İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir.

Həzrət Əlinin (ə) nəzərincə ,Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən ,digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid),həm də dünyəvi ola bilər. Demək ,bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib ,onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur:

وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ

“Allahın ne’mətlərini zillətə çevirməkdə ,Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.”

HAKİMİNQƏRARINDA ƏN ÜSTÜN ME’YAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR.

İslamda hakim İslam me’yarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında me’yar haqq-ədalətin bərqərar olması ,ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir. Həzrət buyurur:

وَلْيَكُنْ أَحَبَّ الاُْمُورِ إِلَيْكَ أَوْسَطُهَ فِي الْحَقِّ، وَأَعَمُّهَا فِي الْعَدْلِ، وَأَجْمَعُهَا لِرِضَى الرَّعِيَّةِ، فَإِنَّ سُخْطَ الْعَامَّةِ يُجْحِفُ بِرِضَى الْخَاصَّةِ، وَإِنَّ سُخْطَ الْخَاصَّةِ يُغْتَفَرُ مَعَ رِضَى الْعَامَّةِ

“Haqda ən mö’tədil və ən orta ,ədalətdə ən əhatəli ,xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz ,xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını tə’sirdən salır. Hansı ki ,xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.”

Haqq-ədaləti gözləmək o demək deyil ki ,xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir ,hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət “əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə ,cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət buyurur ki ,haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin ,mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məs’uliyyətdən qaçmasın.

XALQINRAZILIĞINI BİR BU QƏDƏR ÖNƏ ÇƏKMƏYİN SƏBƏBİ NƏDİR?

Hökm altında olan cəmiyyət iki zümrəyə bölünür: Əksəriyyət və azlıqlar. Cəmiyyətdə əksəriyyəti adi insanlar ,başqa sözlə ,ümumi xalq kütləsi təşkil edir. Bu zümrə rifah imkanlarından qismən bəhrələnir. Cəmiyyətdəki digər bir zümrə əksər maddi imkanlardan bəhrələnən azlıqdır. Onlar tutduqları məqam əsasında özlərini üstün və xüsusi sayırlar. Onların nəzərincə ,onları xalq kütlələrindən hansısa imtiyazlar fərqləndirir. Heç bir hakim əksəriyyət və azlığın tam razılığını əldə edə bilməz. Çünki əksəriyyətin xeyirinə çıxarılan qərar azlığı ,azlığın xeyirinə çıxarılan qərar əksəriyyəti narazı salacaq. Müqayisə etdikdə mə’lum olur ki ,əksəriyyətin razılığını qazanmaq hökumət və hakim üçün daha faydalıdır. Azlığın narazılığı aparıcı rola malik deyil.

ƏKSƏRİYYƏTİNVƏ AZLIĞIN XÜSUSİYYƏTLƏRİ ,ONLARDAN HƏR BİRİNİN HÖKUMƏTDƏ ROLU

Qeyd olundu ki ,hiylə və fırıldaqsız həm əksəriyyəti ,həm də azlığı razı salmaq mümkünsüzdür.

Çünki bir zümrənin razı salınması o birinin narazılığı ilə şərtlənmişdir.

Bəs həzrət Əli (ə) bu zümrələri necə xarakterizə edir ,onların hökumətdə hansı rola malik olduğunu bildirir? Həzrət buyurur:

وَلَيْسَ أَحَدٌ مِنَ الرَّعِيَّةِ، أَثْقَلَ عَلَى الْوَالِي مَؤُونَةً فِي الرَّخَاءِ، وَأَقَلَّ مَعُونَةً لَهُ فِي الْبَلاَءِ، وَأَكْرَهَ لِلاِْنْصَافِ، وَأَسْأَلَ بِالاِْلْحَافِ، وَأَقَلَّ شُكْراً عِنْدَ الاِْعْطَاءِ، وَأَبْطَأَ عُذْراً عِنْدَ الْمَنْعِ، وَأَضْعَفَ صَبْر عِنْدَ مُلِمَّاتِ الدَّهْرِ مِنْ أَهْلِ الْخَاصَّةِ

“Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir.”

ÜMUMİTOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ

Yuxarıdakı bəyanatlardan ümumi toplu vəcəmiyyətdəki müstəzəflərin (haqqı ödənməyənlərin) xüsusiyyətləri mə’lum olur:

1. Ağırlığı az, köməyi çox

Adi insanların və cəmiyyətdəki müstəzəflərin ilkin xüsusiyyəti daim orta həddə qida ,geyim və sair imkanlarla kifayətlənməsidir. Onlar qənaət əhlidir ,az xərcləyir və dolanışıqlarını idarə edirlər. Bu baxımdan adi rəiyyət hökumət və vali üçün ağır yük olmur. Hansı ki cəmiyyətin rifah içində yaşayan xüsusi zümrəsi öz dəbdəbələrinə uyğun ehtiyacları ilə hakim üçün yük olur. Onlar öz israfçılıqlarının tə’mini üçün hökuməti və valini sıxıntıya salır. Bəla və savaş vaxtı müstəzəflərdən daha çox və daha tez meydandan qaçırlar. Hansı ki müstəzəflər savaş və çətinlik zamanı daha səbrli ,daha müqavimətli ,daha qənaətçildirlər. Onlar öz kömək və yardımlarını əsirgəmirlər.

2. Ədalət və insafın qəbulu

Xalq arasında ədalətin mövcudluğu ilahi ,İslami və insani dəyərlərdən biridir. Hər bir hakim Qur’an əmri əsasında ədalətə diqqət yetirir ,cəmiyyətdəki təbəqələr arasında insafı gözləyir.

Müstəzəflər və məhrumlar fitrətlərinin və İslamın hökmü ilə ədalətin icrasından xoşhaldırlar. Rifah içində yaşayanları isə ədalətin icrası razı salmır. Onlar bilirlər ki ,ədalətin icrası və bərabərliyin tə’mini ilə bütün israf və dəbdəbəçilik yolları bağlanasıdır.

3. Ne’mətlər müqabilində təşəkkür

İnsan öz fitrətinin hökmü ilə ehsan və ne’mətə görə təşəkkürü özünə vəzifə bilir. Məhrumlar fitrətlərini dinləyərək şükr edir ,hakimin ehsanı müqabilində qədrdanlıq edir ,heç bir yaxşılıq və ən’amı unutmurlar. Rifah içində yaşayanlar üçün isə böyük intizar müqabilində hakimin ehsanları əhəmiyyətsizdir və hər hansı təşəkkürü öz şə’nlərinə sığışdırmırlar.

4. Üzürün qəbulu və isrardan uzaqlıq

Hökumətdə xalqın dolanışıq xərclərinin tə’mini hakim və İslam dövlətinin vəzifəsidir. Təbii ki ,bu vəzifə fərqli şəraitlərdə fərqli şəkildə icra olunasıdır. Böyük imkanlar və münasib şərait olduqda dövlət öz vəzifəsini daha sür’ətlə və daha yaxşı yerinə yetirəcək və xalqı razı salacaq. Bə’zən isə müəyyən çətinliklər və böhranlar səbəbindən hökumət öz vəzifəsini layiqincə yerinə yetirə bilmir. Bəli ,dövlətin qarşısına proqnozlaşdırılmamış çətinliklər çıxa bilər. Belə məqamlarda özünü xalqınkı sayan dövlət xalqı vəziyyətdən xəbərdar etməklə üzr diləyir.

Bu sayaq çətin şəraitlərdə cəmiyyətin məhrum təbəqəsi adətən dövlətin üzrünü qəbul edir və çox tə’kid göstərmir. Rifah içində yaşayanlar isə dövlətin üzürünü qəbul etmir ,öz tələbləri üzərində israr göstərirlər.

5. Bəlalar qarşısında səbir və dözüm

Hər bir millət öz ictimai həyatında bir mərhələ rifah və əmin-amanlıq ,digər bir mərhələ çətinliklər içərisində yaşayır. Heç bir millət və heç bir hakim iddia edə bilməz ki ,heç vaxt çətinlik görməyəcək və daim rifah və əminamanlıqda yaşayacaq.

Cəmiyyətin məhrum təbəqəsi daim çətinlik içində yaşadığından bəlaları səbr və dözümlə qarşılayır. Amma daim rifah və asayişdə olmuş təbəqə çətinlik qarşısında dözümsüzlük göstərir. Bütün bu deyilənlər dövlət və hakimi müstəzəflərə ,məhrurmalara yaxınlaşdıran xüsusiyyətlərdir. Bu nöqtələri nəzərə alan hakim məhrumların xeyiri ,onların razılıq və asayişi üçün addım atır. Həzrət buyurur:

وَإِنَّمَا عَمُودُ الدِّينِ، وَجِمَاعُ الْمُسْلِمِينَ، وَالْعُدَّةُ لِلاَْعْدَاءِ، الْعَامَّةُ مِنَ الاُْمَّةِ، فَلْيَكُنْ صِغْوُكَ لَهُمْ، وَمَيْلُكَ مَعَهُمْ

“Dinin arxası müsəlman toplumu ,düşmən üçün ehtiyat qüvvə yalnız xalq kütləsidir. Beləsə ,üzünü xalqa tut ,onlara yaxınlaş.”

XƏBƏRÇİLƏRİNRƏDD OLUNMASI HÖKUMƏTİ DAVAMLI EDİR.

İslamda xəbərçilik sifəti ən alçaq və ən çirkin sifətlərdəndir.

Bildiyimiz kimi ,yalnız mə’sumlar bütün eyb və nöqsanlardan uzaqdır. Adi insanda az-çox nöqsan müşahidə olunur. Xəbərçilik sifəti olan insan həm insanlar arasındakı ,həm də xalqla dövlət arasındakı rabitələrə kölgə salır. Çirkin əməllərinin mühakiməsindən qorxmayan xəbərçi insanda kiçik bir nöqsan müşahidə etdikdə bu nöqtəni dərhal onun dostuna çatdırır. Belə bir xəbər dostluğun qırılmasına ,arada kin-küdurət yaranmasına ,dostluğun düşmənliyə çevrilməsinə səbəb olur. Xəbərçi fərd dövlət aparatına yol tapdıqda ,dövlət işçiləri ilə yaxınlıq etdikdə öz çirkin xəbərləri ilə hakimdə xalqa ,xalqda hakimə qarşı bədbinlik yaradır. Nəticədə xalqın e’timadını və xalqa e’timadını itirən hakim çarəsiz bir vəziyyətə düşür. Bütün bunları nəzərə alan həzrət Əli (ə) e’timad və əminlik fəzası yaratmaq üçün Malikə tapşırır ki ,xəbərçiləri rədd etsin. Həzrət buyurur:

وَلْيَكُنْ أَبْعَدَ رَعِيَّتِكَ مِنْكَ، وَأشْنَأَهُمْ عِنْدَكَ، أَطْلَبُهُمْ لِمَعَائِبِ النَّاسِ، فإنَّ في النَّاسِ عُيُوباً، الْوَالِي أَحَقُّ مَنْ سَتَرَهَا، فَلاَ تَكْشِفَنَّ عَمَّا غَابَ عَنْكَ مِنْهَا، فَإنَّمَا عَلَيْكَ تَطْهِيرُ مَ ظَهَرَ لَكَ، وَاللهُ يَحْكُمُ عَلَى مَا غَابَ عَنْكَ، فَاسْتُرِ الْعَوْرَةَ مَ اسْتَطَعْتَ يَسْتُرِ اللهُ مِنْكَ ما تُحِبُّ سَتْرَهُ مِنْ رَعِيَّتِكَ.

أَطْلِقْ عَنِ النَّاسِ عُقْدَةَ كُلِّ حِقْد، وَاقْطَعْ عَنْكَ سَبَبَ كُلِّ وِتْر، وَتَغَابَ عَنْ كلِّ مَ لاَ يَضِحُ لَكَ، وَل تَعْجَلَنَّ إِلَى تَصْدِيقِ سَاع، فَإِنَّ السَّاعِيَ غَاشٌ، وَإِنْ تَشَبَّهَ بِالنَّاصِحِينَ

“İnsanlarda daha çox eyb axtaran rəiyyət səndən ən uzaqda dayanmalıdır. Aydın məsələdir ki, (mə’sumlardan savay) hamının eybi var. Eybləri örtmək daha çox hakimə layiq olan sifətdir. Xəbərsiz qaldığın eybləri üzə çıxarmağa çalışma. Sənin vəzifən yalnız üzdə olan eybləri aradan qaldırmaqdır. Səndən gizlin qalan işlər haqqında Allah özü hökm verəcək (Qiyamət günü günahkarların örtülü qalmış günahları mühakimə olunacaq.) Bəli ,bacardığın qədər xalqın eyblərini ört. Belə etsən ,Allah da gizli qalmasını istədiyin eyblərini örtər.

Xalqın qəlbində olan kin düyününü aç ,daxilində tənhalıq amillərini qır ,sənə aydın olmayan məsələdən özünü xəbərsiz göstər ,hər xəbərçinin sözünü təsdiqləməyə tələsmə. Xəbərçi nəsihətçi  və xeyirxah libasında gəlsə də xaindir.”

SİRSAXLAMAQ VƏ EYBİ ÖRTMƏK

Sir saxlamaq və insanların eyblərini örtmək İslamın həyatverici və insanpərvər üsullarından biri ,hakimin vəzifələrindəndir. Həzrət Əli (ə) bu İslami prinsipi bəyan edərkən eyblərin örtülməsini vali üçün zəruri sayır. Malik tabeçiliyində olanların eyblərini örtməyə çağırılır. Həzrət Əli (ə) Maliki eyb axtarmaqdan çəkindirərək buyurur ki ,öz sirlərinin açılmasını istəmədiyin kimi xalqın da sirlərini ifşa etmə.

İmam Sadiq (ə) həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Mö’minlərin nöqsanlarını araşdırma. (Din) qardaşında eyb axtaran kəsdə Allah eyb axtarar. Allahın eyb axtardığı kəs isə hətta evinin içində rüsvay olar.”

FƏSADVƏ GÜNAH TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ

Müxtəlif cəmiyyətlərdə fəsad və günahın genişlənməsi imperializmin ən bariz təlaşlarındandır. Materializm və kommunizm də xalqı dindən ayırmaq istəmiş ,Allahsızlığı yaymaq üçün sə’y göstərmişdir. Onların son məqsədi dini və insani dəyərləri aradan qaldırmaqdır. Dünya imperializmi də iffət və paklığı aradan qaldırmaqla fəsad və günahı yaymaq ,müstəzəf ,məhrum xalqları mə’nəviyyatdan ayırmaq əzmindədir. Bəli ,dünya imperializmi insanların şəxsiyyətini puça çıxartmağı qarşısına məqsəd qoymuşdur. Onlar insanları o qədər biganələşdirirlər ki ,heç bir inanc yeri qalmasın və bəşəriyyət özünü zəhərli fəsad və günah girdabına atsın.

Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Amma bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır. Son 2-3 əsrdə təcrübədə sübuta yetmişdir ki ,millətlərin biganələr qarşısında ən möhkəm sipəri onların iffət və paklığıdır. İffət və paklığını itirmiş millət azğın nəfs istəkləri və şəhvətə məğlub olub insani şəxsiyyətini itirir. Nəticədə dini və mə’nəvi əsaslar laxlayır və möhkəm bir qala uçulub tökülür. Bundan sonra imperializm üçün nüfuz yolu açılır.

İslam bu sayaq fəsadların qarşısını almaq üçün ciddi mübarizə aparır. Aşkar şəkildə günaha yol verənlər və gizli şəkildə günah yaymaqla məşğul olanlar ən sərt şəkildə cəzalandırılır. Həzrət Əli (ə) Maliki günah təzahürləri ilə mübarizəyə ,çirkin işlərin qarşısının alınmasına çağırır. Yalnız bu şərtlər ödəndikdə İslam cəmiyyəti süqutdan yaxa qurtara bilir.

PROBLEMLƏRİNHƏLLİ VƏ XALQIN ÇƏTİNLİKLƏRİNƏ DİQQƏT

Həzrət Əlinin (ə) “ətliq ənin-nasi uqdətə kulli hiqd” buyuruğundan mə’lum olur ki ,problemlərin həlli ,maddi və mə’nəvi ehtiyacların tə’mini hökumətin vəzifələrindəndir.

Aydın məsələdir ki ,insanlar öz bəşəri fitrətlərinə uyğun olaraq ,istəklərinə nail olmadıqda hökumət mə’murlarını müqəssir sayırlar. Onlar elə düşünürlər ki ,hökumət problemləri aradan qaldırmaq ,onların istəklərini tə’min etmək gücündədir. Təbii ki ,hökumət xalqın istəklərini ödəyə bilmədikdə məs’ullara qarşı kin-küdurət baş qaldırır və belə bir münasibət hökumətin bünövrəsini süstləşdirir.

Hakim xalqın istəklərini yerinə yetirə bilmədikdə islami ədəb və əxlaqla xalqın qarşısına çıxmalı ,onları mövcud imkansızlıqlarla tanış etməlidir. O problemlərin həlli üçün xalqdan məsləhət istəməli ,bir sözlə ,istənilən bir yolla onların razılığını qazanmalıdır.

İSLAMDAMƏSLƏHƏT–MƏŞVƏRƏT

İslam dinində istibdadın , fərdiyyətçiliyin və təkəbbürün qarşısını almaq üçün ,həm də başqalarının ağıl və düşüncəsindən faydalanmaq məqsədi ilə müşavirə və məşvərət nəzərdə tutulmuşdur. Qarşıda dayanan məsələ ciddiləşdikcə həmin məsələ ətrafında müşavirə də həssas və zərif olacaq. Məsləhət və əməldə məşvərətə əməl edilməsi iki baxımdan zəruri görünür:

Həyatın müxtəlif sahələrində siyasi ,mədəni ,əxlaqi ,iqtisadi problemlərin tenpi onların mahiyyətcə qavranmasında çətinlik yaradır. Belə ki çox vaxt mütəxəssislərlə məsləhətləşməkdən başqa yol qalmır.

İnsan fiziki və əqli baxımdan nə qədər üstün olsa da o bir insandır və bir düşüncəyə sahibdir. Məsləhətləşən insan isə ətrafdakıların da düşüncəsindən bəhrələnib daha e’tibarlı və daha qənaətbəxş nəticə əldə edir.

İslamın müşavirə prinsipinə riayət etməyin zəruriliyini bildikdən sonra kiminlə məsləhətləşməli olduğumuzu müəyyənləşdirək. Görən rastlaşdığımız hər şəxslə məsləhətləşə bilərikmi?

MÜŞAVİRİNƏXLAQİ KEYFİYYƏTLƏRİ

Bu gün dünyanın müxtəlif nöqtələrində ətrafdakıların təcrübəsindən faydalanmaq üçün müşavirələr keçirilir. Amma bir nöqtəyə yetərincə diqqət olunmur ki ,müşavirin xüsusi əxlaqi səciyyələri olmalıdır.

Qeyri-islami məmləkətlərdə dərin elm və biliyi ,təcrübə və bacarığı olanlar yaxşı müşavir sayılır. İslam məktəbində isə ağıl və təcrübədən əlavə əxlaqi me’yarlar da var.

Müşavirin şərtləri ilə ətraflı tanış olmaq üçün İslam baxımından müəyyənləşdirək ki ,müşavir hansı sifətlərə sahib ,hansı sifətlərdən uzaq olmalıdır.

ZƏRURİVƏ QEYRİ-MƏQBUL ŞƏRTLƏR

Qısa şəkildə qeyd edə bilərik ki ,müşavirdə aşağıdakı keyfiyyətlər olmalıdır: İslam ,əql ,helm ,nəsihət ,təqva ,təcrübə.

Şərtlərdən aydın olur ki ,İslam müsəlman ,aqil ,xoşxasiyyət ,nəsihətçi ,təqvalı və təcrübəli müşaviri bəyənir və qeyri-müsəlman ,günahkar ,nadan ,paxıl ,tamahkar ,qaba ,təqvasız ,münafiq ,axmaq ,qorxaq ,inadkar ,təcrübəsiz insanla müşavirədən çəkindirir. Həzrət buyurur:

وَلاَ تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيل يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ، وَيَعِدُكَ الْفَقْرَ، وَل جَبَاناً يُضعِّفُكَ عَنِ الاُْمُورِ، وَلاَ حَرِيص يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ، فَإِنَّ الْبُخْلَ وَالْجُبْنَ وَالْحِرْصَ غَرَائِزُ شَتَّى يَجْمَعُهَ سُوءُ الظَّنِّ بِاللهِ

“Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər ,yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə. O sitəmkarlıqla sənin nəzərində tamahı bəzəyər. Xəsislik ,qorxaqlıq ,tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir.”

GÜNAHKARLARINDÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ

Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə ,həm də süquta apara bilər. Hökumətin e’tibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən ,onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki ,hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır.

Aydın məsələdir ki ,belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə e’tibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır ,çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət buyurur:

شَرُّ وُزَرَائِكَ مَنْ كَانَ لِلاَْشْرَارِ قَبْلَكَ وَزِيراً، وَمَنْ شَرِكَهُمْ فِي الاْثَامِ، فَل يَكُونَنَّ لَكَ بِطَانَةً، فَإِنَّهُمْ أَعْوَانُ الاَْثَمَةِ، وَإِخْوَانُ الظَّلَمَةِ، وَأَنْتَ وَاجِدٌ مِنْهُمْ خَيْرَ الْخَلَفِ مِمَّنْ لَهُ مِثْلُ آرَائِهِمْ وَنَفَاذِهِمْ، وَلَيْسَ عَلَيْهِ مِثْلُ آصَارِهِمْ وَأَوْزَارِهِمْ وَ آثَامِهِمْ، مِمَّنْ لَمْ يُعَاوِنْ ظَالِم عَلَى ظُلْمِهِ، وَلاَ آثِم عَلَى إِثْمِهِ

“Sənin üçün ən pis nazir o nazirdir ki ,səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı , sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə ,onlar günaha batmayıb , sitəmkarlarla həmkarlıq etməyib ,günahda onlara şərik olmayıb.”

Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim mə’murlarının münasibətini son incəliyinədək araşdırıb Malikə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə ,Malikin diqqəti inqilabi ,nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki ,uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir.

ALLAHPƏRƏSTLƏRİNDÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ

Həzrət Əli (ə) Maliki əmin edir ki ,sabiq rejimin günahkar mə’murları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir:

أُولئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً، وَأَحْسَنُ لَكَ مَعُونَةً، وَأَحْنَى عَلَيْكَ عَطْفاً، وَأَقَلُّ لِغَيْرِكَ إِلْفاً، فَاتَّخِذْ أُولئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَحَفَلاَتِكَ

“Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün ,sənə məhəbbətləri artıq ,biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et ,nazir seç.”

ÜSTÜNİNSANLARIN SEÇİMİ

Qeyd olundu ki ,sabiq rejimin qalıqlarını uzaqlaşdırıb ,allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəst insanlar zalım rejim mə’murlarından üstün olsalar da ,onların da arasında məs’uliyyət hissi eyni deyil. Həzrət Əli (ə) allahpərəst qüvvələrin də müəyyən me’yarlarla ,tutumlarına uyğun vəzifələrə seçilməsini zəruri sayır. Elə olmamalıdır ki ,ləyaqətli insanlar kənarda qalsın ,layiq olmayanlar vəzifə tutsun. Həzrət buyurur:

ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ، وأَقَلَّهُمْ مُسَاعَدَةً فِيَم يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللهُ لاَِوْلِيَائِهِ، وَاقِع ذلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ.

وَالْصَقْ بِأَهْلِ الْوَرَعِ وَالصِّدْقِ، ثُمَّ رُضْهُمْ عَلَى أَلاَّ يُطْرُوكَ وَلاَ يُبَجِّحُوكَ بِبَاطِل لَمْ تَفْعَلْهُ، فَإِنَّ كَثْرَةَ الاْطْرَاءِ تُحْدِثُ الزَّهْوَ، وَتُدْنِي مِنَ الْعِزَّةِ

“(Allahpərəstlər arasından),meylin istəsə də ,istəməsə də ,hamıdan tez haqqı deyən ,Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver.

Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki ,səni hədsiz tə’rifləməsinlər ,pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tə’rif xudpəsəndlik gətirir və insanı təkəbbürə yaxınlaşdırır.”

Görən həzrətin bu göstərişlərinə əməl olunsa mə’mur seçimində ləyaqət yox ,yaxınlıq əsas götrülərmi? Hakimiyyətdə yaltaqlığa ,özünü nümayişə ,riyakar qayğıkeşliyə yer qalarmı? Münafiqlər ,yalançılar , fırıldaqçılar vəzifə kürsüsünə qalxarmı? Pak və məs’uliyyətli insanlar guşənişin olarmı? Əlbəttə ki yox!

Belə bir hökumətdə mühakimə və dəyərləndirmələrdə mehvər hakimin yox ,Allahın razılığıdır. Uyğun nizamda acı da olsa haqqına danışan mə’mur mö’təbərdir. Uyğun şəraitdə yaltaq və riyakar yox ,sədaqətli və pak işçi qabağa çəkilir. Bu səbəbdən də hakimin vəzifəsi pak və haq yola yaxın insanları araşdırıb üzə çıxarmaqdır.

TƏŞVİQVƏ TƏNBEHİN ZƏRURİLİYİ VƏ ME’YARLARI

İslam ayinləri ədalət prinsipinə əsaslanır. Ədalət hər şeyin öz yerində qərar tutmasıdır. Bu əsasla düzgün və İslami müdiriyyətdə əvvəla sadiq işçi ilə xain işçiyə eyni gözlə baxılmayacaq ,xain tənbeh ediləcək ,sadiq təşviq olunacaq. İkincisi ,fərdlərin təşviq me’yarı yalnız onların işi və işin nəticəsidir.

Əgər bir müdiriyyətdə təşviq olmasa ,sadiqlərlə xainlərə eyni gözlə baxılsa ,onlar eyni maaş alsa ,bir müddət sonra işçilər arasında  elə bir təsəvvür yaranacaq ki ,yaxşı işləyən lazımınca dəyərləndirilmir. Beləcə ,iste’dadların iflic olması ilə nizam süquta uğrayacaq. Yox əgər təşviqlər ədalətə yox ,hansısa münasibətlərə əsaslansa tabeçilikdə olanlar müdiriyyətə qarşı e’tinasız olacaq və səmimiliyini itirəcək. Həzrət buyurur:

وَلاَ يَكُونَنَّ الْـمُحْسِنُ وَالْمُسِيءُ عِنْدَكَ بِمَنْزِلَة سَوَاء، فَإِنَّ فِي ذلِكَ تَزْهِيد لاَِهْلِ الاِْحْسَانِ فِي الاِْحْسَانِ،تَدْرِيباً لاَِهْلِ الاِْسَاءَةِ عَلَى الاِْسَاءَةِ، وَأَلْزِمْ كُلاًّ مِنْهُمْ مَ أَلْزَمَ نَفْسَهُ

Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən ,bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver!”

XALQAE’TİMAD

Zalım hökumətlərin əsasını xalqa e’timadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında mə’lumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir ,müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.

Əksinə ,İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa e’timad və xoşgümanlıq hakim olur ,vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür ,daim xalqı razı salmağa çalışıb ,xalq arasından casusluğa sə’y göstərmir. Həzrət buyurur:

وَاعْلَمْ أَنَّهُ لَيْسَ شَيْءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ وَال بِرَعِيَّتِهِ مِنْ إحْسَانِهِ إِلَيْهِمْ، وَتَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ، وَتَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لهُ قِبَلَهُمْ، فَلْيَكُنْ مِنْكَ فِي ذلِكَ أَمْرٌ يَجَتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ، فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلاً،

 وَإِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْحَسُنَ بَلاَؤُكَ عِنْدَهُ، وَإِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلاَؤُكَ عِنْدَهُ

“Bil ki ,rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı ,dolanışıq xərclərini yüngülləşdirməsi ,vəzifələri olmayan işə məcbur etməməsi ən tə’sirli amildir. Demək ,sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.

Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən ,sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”

Xalqa e’timadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan ,dolanışıq xərclərinin yüngülləşdirilməsi ,məcburi işlərin qarşısının alınması.

Növbəti fəsillərdə bu üç tədbirdən hər biri haqqında ayrıca danışacağıq. Buna görə də təkrardan çəkinirik.

ŞƏR’İ (QANUNİ) VƏ QEYRİ-ŞƏR’İ (QEYRİ-QANUNİ) SÜNNƏLƏR (QAYDA-QANUNLAR)

İslam xalq arasındakı sünnə və adət ən’ənələri iki qismə bölür: Şər’i sünnələr və qeyri-şər’i sünnələr.

İslam əsaslarına və me’yarlarına zidd olan sünnələr qeyri-şər’i sünnə adlanır. Hakim qeyri-şər’i sünnələrlə mübarizə aparmalıdır. Həzrət Peyğəmbərin (s) risalətinin başlanğıcında xalq arasında bütpərəstlik rəvac tapmışdı. Bütpərəstlik İslam prinsiplərinə və tövhidə zidd olduğundan həzrət Peyğəmbər (s) Qur’anın “deyin yoxdur Allahdan başqa bir mə’bud və qurtulun” buyuruğunu şüar edib bütpərəstliklə mübarizəyə başladı və bu yolda şəhadətdən də çəkinmədi.

İslam əsaslarına zidd olmayan sünnələr şər’i sünnələr adlanır. İslam hökuməti bu sayaq sünnələrlə mübarizə aparmamalı ,əksinə onları qoruyub müsbət ən’ənələri istiqamətləndirməlidir. Həzrət buyurur:

وَلاَ تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَ صُدُورُ هذِهِ الاُْمَّةِ، وَاجْتَمَعتْ بِهَا الاُْلْفَةُ، وَصَلَحَتْ عَلَيْهَ الرَّعِيَّةُ،لاَ تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيء مِنْ مَاضِي تِلْكَ السُّنَنِ، فَيَكُونَ الاَْجْرُ بِمَنْ سَنَّهَا، وَالْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا

“Ümmət böyüklərinin əməl etdiyi ,ülfət və birliyə səbəb olan ,millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq ,sünnəni pozduğun üçün sənə günah yazılacaq.”

DÖVLƏTXADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU

Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından və vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq və bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar.

Bu bəla o vaxt zirvə həddinə çatır ki ,dövlət mə’muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai rə’yə ifrat bağlılıq təhlükəsi də hədələyəcək. Beləcə ,dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq ,həm də şəxsi ,ibadi məsələlərinə e’tinasız qalacaq.

Bu bəlanın qarşısını almaq üçün elm və təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur:

وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ

“(Din) alimləri ilə ünsiyyətdə çox ol ,hikmət sahibləri və mütəxəssislərlə də çox söhbət et! O ,sənin məmləkətinin sahmana düşməsi səbəbidir və səndən əvvəlkilər üçün də belə olmuşdur.”

İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK?

Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə də tanış olur. Bu gün İslam cəmiyyətində bə’ziləri ixtisasdan dəm vurur və mütəxəssisliyi seçim me’yarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) “əksir mədarəsətəl-uləma” cümləsi ilə Maliki İslam alimləri və din biliciləri ilə ünsiyyətə də’vt edir. Amma “munafəsətəl-hukəma” cümləsində ixtisas və təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki ,həzrət dövlət işlərinə tə’yinatda din və ixtisası birlikdə me’yar götürməyi tövsiyə edir.

CƏMİYYƏTDƏKİFƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ VƏ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI

Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur və müştərək taleyə malikdir.

İstər-istəməz onların əməlləri bir-birinə tə’sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə də onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər də onların işığından faydalanır. Bəli ,istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir.

Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı ,hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki ,hər təbəqəni dəqiq tanısın və onların sağlamlığına diqqət yetirsin. O buyurur:

وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ ل يَصْلُحُ بَعْضُهَا إل بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَ عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَ الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَ مَحْفُوظاً

“(Ey Malik) bil ki ,xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu ,ümumi və xüsusi yazarlar (katiblər),ədalətli qazilər ,kargüzarlar və qulluqçular ,cizyə və xərac əhli. İslamın pənahına sığınan və ya müsəlman olan tacir ,sənətkar və aşağı təbəqə üçün Allah pay ayırmış ,onu Qur’an və peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu ,bir əhd olaraq bizdə hifz olunur.”

Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı və rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı və peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur.

İCTİMAİTƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ

Fərdlərin cəmiyyətdə müştərək taleyindən və ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki ,həzrət Əlinin (ə) nəzərincə ,cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə ,heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki ,onun varlığı başqalarının məhvindən asılıdır.

 

Əfsus, dərdimizin əsil dəvası,

Pərişanlıqların əsil şəfası

Bir əllərdədir ki, güman edirlər

Xeyir tapacaqlar məhv olsaq əgər.

Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət və əkinçilik süquta uğrayar. Ticarət və əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin də büdcəsi boş qalır. Hakimlər və qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər.

Cəmiyyətin bir hissəsi də yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki ,fərd yoxdursa cəmiyyət də yoxdur. Buna görə də həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki ,bir təbəqə məhv olub getsə digər təbəqə də zərər görəcək. Həzrət buyurur:

فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِل بِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَ يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَم أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِل بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا.

وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِل بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَم يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّ لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ.

ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ

“Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası ,keşikçisidir. Onlar hakimlərin zinəti ,dinin izzəti və əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini tə’min etmək mümkünsüzdür.

Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki ,qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur və onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

Bu iki dəstə hakim və dövlət mə’murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri və müamilələri möhkəmləndirir ,vergi toplayır ,xüsusi və ümumi işlər qeydiyyatında onlara e’timad göstərilir.

Bütün bu dəstələr tacirlər və sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə tə’min edir. Başqalarında bu işi görmək gücü yoxdur.

Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar və iş qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım və həmkarlığından bəhrələnəsidir.”

LƏYAQƏTƏSASINDA GÜC SEÇİMİ VƏ İŞ BÖLGÜSÜ

Qeyd etdik ki ,bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə tə’min olunur. Belə ki ,cəmiyyət və ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa iş bölgüsü və güc seçimi İslam hakiminin zəruri və mühüm vəzifələrindəndir.

Şübhəsiz ki ,iş istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar və müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli ,ikincisi ,ləyaqət əsasında iş bölgüsü aparmalıdır. Nəticədə me’yar hansısa münasibətlər yox ,ləyaqət olasıdır. Düzgün iş bölgüsü və güc seçimi hakimin ən mühüm və ən çətin məs’uliyyətlərindəndir. O yalnız ardıcıl təlaş və Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur:

وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَ يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَ أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ

“Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü iş qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş və Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa ,çətin də olsa ,özünü ,haqqın müdafiəsinə ,səbr və dözümə hazırlamalıdır.”

İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli ,İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.

Başqa sözlə ,insan yalnız imanlı ,pak ,təqvalı ,fədakar ,mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun tə’yinində dəqiq və incə şərtlər ödənməli ,bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.

İslam qoşununa komandan tə’yin olunmuş insan iman ,təqva ,şücaət ,fədakarlıq ,iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh ,vüqar ,mətanət ,səbr və dözüm ,tutum ,əxlaqi mö’tədillik ,yerində hiddət və qəzəb ,yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa ,o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz ,ixtiyarına verilmiş gücdən sui-istifadə etməz ,yersiz qətillər törətməz.

Əhdnamədən mə’lum olur ki ,həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:

1. Allahın hökmlərinə ,peyğəmbər ,imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət ,rəhbərə itaət və səmimi yardım;

2. Qəlbigenişlik və ruhi aramlıq;

3. Paklıq ,təqva;

4. Müsbət keçmiş;

5. Çətinliklər qarşısında səbir və dözüm;

6. Həlimlik ,nəfsə ağalıq ,qəzəb və əsəbiliyi biruzə verməmək;

7. Əfv ruhiyyəsi ,peşiman olmuş xətakarların bağışlanması;

8. Savaş meydanında şücaət və öncüllük;

9. Səxavət;

10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;

11. Dərin ağıl və düşüncə;

12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət ,azğınlara qarşı sərtlik.

Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:

فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْم مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ ل يُثِيرُهُ الْعُنْفُ، وَل يَقْعُدُ بِهِ الضَّعْفُ.

ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ

“Ordu komandanlığına elə birini tə’yin et ki ,o , ətrafındakılar arasında Allaha ,peyğəmbər və imamlara hamıdan xeyirxah ,daha pak və daha ağıllı olsun. Elə biri ki ,gec qəzəblənsin ,üzri qəbul etsin ,zəiflərə mehriban ,azğınlara sərt olsun. Elə biri ki ,çətinliklər ona diz çökdürməsin.

Sonra ərbablarla mürüvvətli ,kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla ,saleh və müsbət keçmişli ailələrlə ,şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”

İSLAMKOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ

Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O ,İslam qoşunu və komandan üçün vəzifələr və səciyyələr tə’yin etdikdən sonra qoşun və komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır.

Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan və qoşun qarşısında rəhbərin vəzifələri sadalanır ,onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur:

1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər də komandanlarla mehriban olmalıdır;

2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir.

3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən ,həyat durumundan xəbər tutmalı ,onlara lütf və mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur və nəticədə səmimiyyətlə xidmət edib ,can-qəlbdən çalışır.

4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli ,zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət və məhəbbətini cəzb etməkdə çox tə’sirlidir.

Komandanları rəhbərin böyük lütfləri kimi ,kiçik lütfləri də sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur:

ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَ يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَل يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَل تَحْقِرَنَّ لُطْف تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ.

وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِع لاَ يَسْتَغْنُونَ عَنْهُ

“Hərbiçilərə elə diqqət yetir ki ,valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa və xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir.

Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var ,ondan fayda götürüblər. Böyük işlərin də öz yeri var və özlərini həmin işlərdən ehtiyacsız saymırlar.”

ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi ,komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar bə’zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki ,belə komandanlarla rəhbər arasında xüsusi təmaslar və səmimi rabitələr olur.

Bu sayaq xüsusiyyət və imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş və ali komandanları sayılır. Başqa sözlə ,vali və ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir ,məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə ,tam arxayınlıqla savaş və ordunun ixtiyarı onlara verilir.

Həzrət Əlinin (ə) nəzərincə ,bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir.

1.Yaşayış səviyyəsi ,maddi imkanlar ,ev və ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir ,həm də komandan döyüşçülərin həyat problemlərini hiss edir.

2.Diqqət ,canıyananlıq və proqram əsasında qoşunun ehtiyacları və çatışmazlıqları ilə məşğul olmaq. Belə ki ,döyüşçü savaşa gedərkən öz ailə-övladının tə’minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür və ilahi məqsəd izləyir.

3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki ,döyüşçü öz ailəsinin tə’minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir ,yalnız ilahi hədəflə cihad edir.

Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir:

وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ

“Sənin üçün ən üstün komandan o kəsdir ki , döyüşçülərinə bərabər həddə kömək edir ,öz imkanlarından onlara daha çox əl tutur. Belə ki ,onların və ailələrinin işləri idarə olunur və yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir ,onları sənə mehribanlaşdırır.”

ƏDALƏTİNBƏRQƏRAR OLMASI ,XALQLA DOSTLUQ

Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət və bərabərliyin tə’minində görür. O Maliki təşviq edir ki ,ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə ,dövlət və nizam ədalətin bərpası və bərabərliyi özünə şüar seçsə və bu prinsipləri işə sala bilsə ,həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm və istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki ,haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə ,zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək ,bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur:

وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ ل تَظْهَرُ مَوَدَّتُهُمْ إِل بَسَلاَمَةِ صُدُورِهِمْ، وَل تَصِحُّ نَصِيحَتُهُمْ إِل بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ،

“Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı ,rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz ,xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki ,öz meylləri ilə hakimin başına toplansınlar və hakimiyyət onlar üçün yük olmasın ,hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə ,onların istəklərinə meydan ver.”

TƏŞVİQİNZƏRURİLİYİ VƏ ONUN ORDUNUN RUHİYYƏSİNƏ TƏ’SİRİ

Döyüşçülərin ən mühüm ruhi və mə’nəvi ehtiyaclarından biri onların vali və hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən ,bu qəbil təşviqlər tənbəl və süst insanların özünə gəlməsinə səbəb olur ,onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur:

وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ

“Daim (qoşunu) təşviq et ,onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla ,tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah”

AYRISEÇKİLİKBƏLASI

Həzrət Əlinin (ə) nəzərincə ,təşviq və qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək də böyük və tale yüklü əhəmiyyət daşıyır.

Layiqli başçı bilməlidir ki ,heç bir bəla ədalətsizlik və ayrıseçkilik kimi xalq arasında ümidsizlik və soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə ,islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər də əhəmiyyətli iş görməyənlərin daha çox lütf və məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik və İslamdan uzaq bir iş olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur ,çalışqan insanları süstləşdirib guşənişin edir.

Buna görə də ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı ,həddi aşanlara lütf və mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir və ədalətdən uzaqdır.

Bu əsasla hakim vəzifəlidir ki ,fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq və qədirdanlıqda insanların təlaş və ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın ,böyük-kiçikliyin ,məşhurluq və adsızlığın ,varlılıq və yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur:

ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَ أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَل تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَ كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً

“Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki ,onun kiçik işi böyük sayılsın. Eləcə də ,bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.”

İSLAMCƏMİYYƏTİNDƏ QUR’AN VƏ SÜNNƏNİN YERİ

İslam cəmiyyətində Qur’an və sünnənin uca məqamı və geniş yeri var. Bu məqam təkcə Qur’an və sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi ,islami məsələlərdə Qur’an və sünnənin aparıcılığıdır.

Başqa sözlə ,Qur’an və sünnə əvvəla bütün ictimai-siyasi ,iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi ,ixtilaf və parçalanma zamanı Qur’an və sünnə haqqın batildən seçilmə me’yarı olur. Həzrət buyurur:

وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَ أَيُّهَا الَّذِينَ آمَنُو أَطِيعُوا اللهَ وَأَطِيعُو الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ

“Qarşına müsibət çıxdıqda ,bir iş sənə çətin gəldikdə Allah və Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

 “Ey mö’minlər Allaha ,Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda  ixtilafa səbəb olan məsələni Allah və Onun rəsulunun ixtiyarına verin.”

Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək ,rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti və yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.”

MÜHAKİMƏNİNƏHƏMİYYƏTİ VƏ İSLAMDA QAZİNİN ŞƏXSİYYƏTİ

Cəmiyyətdə zülm-sitəm və fəsad olmadıqda hökumətin əsasları möhkəmlənir və titrək olmur. Zülm-sitəmlə və fəsadın kökü o zaman kəsilir ki ,ədalət və haq mühakimə bütün cəmiyyətdə möhkəmlənsin ,istənilən bir təcavüz aradan qaldırılsın. Bəli ,bütün bu məqsədlərə nail olmaq üçün məhkəmə orqanlarında saleh mühakimə hakim olsun.

Layiqli və saleh qaziləri (hakimləri) olmayan hökumətin məhkəmə orqanları fəsada sürüklənir. Beləcə ,hər yerdə zor ,təcavüz və xilaf hakim olur. Qanunun hökmü aradan qalxır ,hərc-mərclik cəmiyyətin bünövrəsini laxladır ,fəsad baş qaldırır.

Demək ,qanunun işləməsi ,sağlam məhkəmə sisteminin fəaliyyəti üçün hər şeydən öncə saleh qazilərə ehtiyac var. Bəs saleh qazi üçün hansı şərtlər nəzərdə tutulur? Həzrət Əlinin (ə) nəzərincə ,ləyaqətli qazidə müəyyən şərtlərin olması zəruridir. O cümlədən:

1.Fərdlərin ən üstün və ən yaxşısı olsun;

2.Hövsələli və geniş qəlbli olsun. Düzgün mühakimə üçün tələb olunan bütün mə’lumatları hər tərəfdən əldə etsin;

3.Alicənablıqla öz səhvlərini qəbul etsin və onları aradan qaldırsın;

4.Tez qəzəblənməsin ,xüsusi ilə ixtilafda olan tərəflərin təzyiqləri zamanı özünə nəzarət etsin;

5.Güclü ruhu olsun ,güc sahiblərindən qorxmasın;

6.Nəfs izzəti və ali himmət sahibi olsun ,dünyaya hərislik göstərməsin ,varlılar tərəfindən tamaha salınmasın;

7.Həqiqəti axtaranlardan olsun ,səhlənkarlıq göstərməsin ,yetərincə mə’lumat toplamamış mühakimə yürütməsin ,səthi və ilkin dinləmələr əsasında hökm çıxarmasın.

8.Dolaşıq ,çətin işlərlə rastlaşdıqda ehtiyat və səbri əldən verməsin ,qəti dəlillər əsasında həqiqətin müəyyənləşdirilməsində diqqətli və möhkəm olsun.

9.Mühakimədə tərəflərlə nikbin rəftar etsin ,sözünü demək üçün hər iki tərəfə fürsət versin.

10.Hiyləgərlərə aldanmasın ,yaltaqlıq və şirin dil müqabilində iradəsini əldən verməsin.

11.Bütün bu şərtlər ödəndikdən sonra tam qətilik göstərsin ,həqiqəti müəyyənləşdirdikdən sonra kimsəyə imkan verməsin ki ,ədalətli hökmə mane ola. Yə’ni öz hökmünü tam qəti şəkildə ,heç bir tərəfdarlıqsız e’lan etsin ,hökmə mane olacaq heç nəyi və heç kimi nəzərə almasın.

Sonra həzrət Malik və bütün digər hakimlərə xəbərdarlıq edir ki ,bu xüsusiyyətlərə malik adamlar çox azdır. Layiqli və saleh qazi hakim üçün böyük hədiyyədir və onun qədrini bilmək lazımdır. Həzrət buyurur:

ثُمَّ اخْتَرْ لِلْحُكْمِ بَيْنَ النَّاسِ أَفْضَلَ رَعِيَّتِكَ فِي نَفْسِكَ، مِمَّنْ لاَ تَضِيقُ بِهِ الاُْمُورُ، وَل تُمَحِّكُهُ الْخُصُومُ، وَل يَتَمادَى فِي الزَّلَّةِ، وَل يَحْصَرُمِنَ الْفَيْءِ إِلَى الْحَقِّ إذَا عَرَفَهُ، وَل تُشْرِفُ نَفْسُهُ عَلَى طَمَع،وَلاَ يَكْتَفِي بِأَدْنَى فَهْم دُونَ أَقصَاهُ، أَوْقَفَهُمْ فِي الشُّبُهَاتِ، وَآخَذَهُمْ بِالْحُجَجِ، وَأَقَلَّهُمْ تَبَرُّم بِمُرَاجَعَةِ الْخَصْمِ، وَأَصْبَرَهُمْ عَلَى تَكَشُّفِ الاُْمُورِ، وَأَصْرَمَهُمْ عِنْدَ اتِّضَاحِ الْحُكْمِ، مِمَّنْ لاَ يَزْدَهِيهِ إطْرَاءٌ، وَلاَ يَسْتَمِيلُهُ إِغْرَاءٌ،أُولئِكَ قَلِيلٌ

“Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun ,mübahisə tərəfləri onu qəzəb və sərtliyə vadar etməsin ,səhvə yol verdikdə inad göstərməsin ,səhv etdiyini gördükdə haqqa qayıdış və e’tiraf ona çətin gəlməsin ,qəlbində tamahkarlığa yola verməsin ,bir məsələni anlamaq üçün cüz’i araşdırma ilə kifayətlənməsin ,ən çox ehtiyat yolunu tutan olsun ,dəilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin , müraciətlərin çoxluğu onu yormasın ,işlərin açılmasında hamıdan dözümlü olsun ,həqiqət mə’lum olduqda qəti hökm versin ,həddi aşan tə’rif onu aldatmasın ,həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli ,belə insanlar çox azdır.”

RƏHBƏRİNLAYİQLİ QAZİ QARŞISINDA VƏZİFƏLƏRİ

Qeyd etdik ki ,həzrət Əlinin (ə) nəzərincə ,qazi üçün zəruri olan bütün şərtlərə malik insanlar çox az tapılır. Rəhbərlər və hakimlər belə insanları tapıb üzə çıxarmaq üçün ciddi çalışmalıdır. Amma məsələ bundadır ki ,hakimin işi layiqli hakimi tapıb tərbiyələndirmək və iş başına qoymaqla başa çatmır. Saleh qazi tapıldıqdan sonra rəhbərin qarşısında iki mühüm vəzifə dayanır. Qazi ilə necə rəftar etmək ,onları vəzifədə saxlamaq onları tapıb üzə çıxarmaqdan da çətin məsələlərdir.

Əvvəla ,hakim qazini maddi cəhətdən sıxıntı keçirməyə qoymamalıdır. Maddi ehtiyacları ödənməyən qazi ya işdən kənarlaşacaq ,ya işə soyuqluq göstərəcək ,ya da rüşvətxorluğa düçar olub haqqı ayaq altına alacaq.

İkincisi ,rəhbər qazinin mövqeyini möhkəmləndirməli ,ona öz yanında xüsusi məqam verməlidir. Belə ki ,hakimiyyətdə kimsə qazidən üstün olub ona tə’sir göstərməyə ,onu tamaha salmağa ,onu işdən uzaqlaşdırmağa ,ona qarşı xəbərçilik etməyə qadir olmamalıdır. Hamı bilməlidir ki ,qazi saleh və ədalətlidir ,rəhbərin himayəsi onu bütün pisliklərdən qoruyur.

Həzrət Əli (ə) qazi qarşısında rəhbərin vəzifələrini sadaladıqdan sonra

DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ

Bundan öncə də müxtəlif mövzularda aparılan söhbətlərdə hazırkı mövzuya toxunuldu. İslam dini böyük insani məktəb və ilahi ayin olaraq fərdlərin rifahı və maddi ehtiyaclarının tə’mini məsələsinə də yetərincə diqqət göstərmiş ,bu istiqamətdə tə’sirli tədbirlər müəyyənləşdirmişdir.

Bir İslam hakiminin dövlət işçiləri qarşısında daşıdığı vəzifələrlə bağlı həzrət Əlinin (ə) dəqiq və incə yanaşmaları var. Həzrət maddi müşküllərin həllini ,dövlət işçilərinin ehtiyaclarının tə’minini mühüm müdiriyyət üsullarından biri ,mə’murların xəyanətinin qarşısını alan ,onları beytül-mala təcavüzdən və rüşvətxorluqdan çəkindirən mühüm amil sayır. Həzrət xəbərdarlıq edir ki ,işçilərin maddi ehtiyacları tə’min olunarsa ,hətta xətakar fərdlər də oğurluq ,xəyanət və rüşvət üçün bəhanə tapmaz. Onlar xilafa yol verdikdə isə hakim qarşısında özlərini müdafiə etməyə bəhanə tapmayıb ,susacaqlar.

Amma işçilərin maddi ehtiyacları tə’min olunmadıqda maddi sıxıntı onları yolundan azdırır ,onların əmanətdarlıq ruhiyyəsini süquta uğradır. Belə bir halda hakimin də deməyə sözü olmur. Çünki onlar öz oğurluq və xəyanətləri üçün dəlil göstərir ,hakimi qınayırlar ki ,onları ehtiyac içində saxlayıb xalqın malını ixtiyarlarında qoyan hakimdir. Həzrət buyurur:

ثُمَّ أَسْبِغْ عَلَيْهِمُ الاَْرْزَاقَ، فَإِنَّ ذلِكَ قُوَّةٌ لَهُمْ عَلَى اسْتِصْلاَحِ أَنْفُسِهِمْ، وَغِنىً لَهُمْ عَنْ تَنَاوُلِ مَا تَحْتَ أَيْدِيهِمْ، وَحُجَّةٌ عَلَيْهِمْ إِنْ خَالَفُوا أَمْرَكَ أَوْ ثَلَمُو أَمَانَتَكَ

“Sonra onlara yetərincə maaş ver! Bu iş onların şəxsiyyətini gücləndirər ,xalqın malına əl uzatmaqdan çəkindirər. Bundan əlavə ,itaətsizlik göstərsələr və ya əmanətə xəyanət etsələr bəhanələri olmaz.”

İSLAMDAMƏ’MURLARA NƏZARƏT VƏ BU İSTİQAMƏTDƏ RƏHBƏRİN ROLU

Dövlət işçilərinə münasibətdə rəhbərin vəzifəsi təkcə onları seçib ehtiyaclarını ödəmək deyil. Rəhbər işə tə’yin etdikdən sonra ardıcıl şəkildə mə’murların əməl və rəftarlarına nəzarət etməlidir.

Rəhbərin nəzarətdə saxlamalı olduğu sahələri sadalayaq: Mə’murların iş üsulu ,onların xalqla rəftarı ,işin gedişi və vəzifənin icrası ilə bağlı verilən mə’lumatların düzgünlüyü ,xalqın mə’murlardan şikayətlərinin düzgünlüyü və onlarla başqa sahə. Bəli ,bütün bunlar rəhbərin mühüm və aparıcı vəzifələrindəndir. Əgər rəhbər öz işçilərinin əməl və rəftarlarına nəzarət etməsə bə’ziləri bundan sui-istifadə edib xalqa sitəm qılacaq ,xəyanətə əl atacaq ,ədalətsizlik və fəsada yol verəcək. Beləcə ,xalq mövcud hakimiyyətdən ümidini üzəcək ,cəmiyyətin nizamı pozulacaq. Bu vəziyyətin qarşısını almaq üçün dövlət işçilərinə daimi nəzarət zəruridir. Dəqiq nəzarət mexanizminin qurulması ,işçilər haqqında düzgün mə’lumatların əldə olunması mövcud nizamı möhkəmləndirən vəzifələrdəndir.

Təbii ki ,nəzarət mexanizmində çalışan işçilər rəhbərin ən yaxın və ən e’tibarlı adamları olmalıdır. Onların təqvalı ,mö’min ,allahpərəst ,əmanətdar və sədaqətli olması mühümdür. Rəhbər yalnız belələrinin verdiyi mə’lumatlardan arxayın ola bilər. Rəhbər əmin olmalıdır ki ,ona mə’lumat verənlərin məqsədi yalnız Allaha ,İslama ,İslam nizamına xidmət etməkdir.

GİZLİNƏZARƏT

Nəzarət mexanizmi ilə bağlı bəyan olunmuş məsələlərdən biri budur ki ,İslam dövlət nəzarətçilərini (təhlükəsizlik xidmətini) “dövlətin gözü” adlandırır. Doğrudan da ,dövlət mə’murlarına nəzarət edən şəxs dövlətin və hakimin gözüdür. Düzgün nəzarət mexanizmi olmayan dövlət eybləri görməyən kor kimidir. Buna görə də həzrət Əli (ə) İslam hakiminə göstəriş verir ki ,bu gözləri (xəfiyyəni) məxfi şəkildə ölkənin müxtəlif nöqtələrinə yönəlt. Gizli nəzarət dövlət mə’murlarını sui-istifadədən və xəyanətdən çəkindirir ,onlar xalqla mehriban rəftar edir , süründürməçiliyə yol verməyib insanların problemini həll edir.

Həzrət Əli (ə) bunu da nəzərə çatdırır ki ,nəzarətçilər hakim tərəfindən e’timad qazanmalıdır. Onların verdiyi mə’lumat dəlil olmalı və bu mə’lumat əsasında tədbir görülməlidir. Əgər nəzarətçinin verdiyi mə’lumat şübhə altına alınarsa və tədbir görülməzsə bütün nəzarət mexanizmi e’timadını itirər və azğın insanlar qorxu-hürküsüz cəmiyyətdə fitnə-fəsada rəvac verər.

XAİNLƏRİN CƏZALANDIRILMASI

Həzrət Əli (ə) xainlərin cəzalandırılması ilə bağlı qeyd edir ki ,hökumət işçilərindən ,hətta hakimə ən yaxın adamlardan biri fəsad və xəyanətə əl atarsa və məxfi nəzarətçilər belə bir mə’lumat verərsə ,xəyanətin sübutu üçün uyğun mə’lumat kafidir və tə’cili tədbir görülməlidir.

Sonra həzrət Əli (ə) rəhbərin xain fərdlərlə necə rəftar etməli olduğunu açıqlayır: Xaini cəzasına çatdır! Günahına uyğun şər’i cəzanı əskildib-artırmadan ona tətbiq et! Xaini rüsvay edib zillətə sal! Onun alnına xəyanət dağı vur ,bədnamlıq boyunduruğunu başına sal. Belə ki ,xalq onu barmaqla göstərsin və onun aqibəti başqaları üçün ibrət olsun. Belə etsən ,xalq arasında xəyanət və fəsad üçün fürsət və imkan tapılmaz.

MƏXFİMƏ’MURLARIN HƏMFİKİRLİYİ

Həzrət Əli (ə) məxfi mə’murların dəqiq seçimi ,onların ruhi və əxlaqi sağlamlıqlarının nəzərə alınması ilə bağlı tövsiyələrdən sonra hakimi də’vət edir ki ,istənilən bir işi bir neçə yöndən araşdırsın. Əgər müxtəlif nöqtələrdən eyni bir mə’lumat gələrsə hakimdə verilən mə’lumatlara şəkk qalmaz. Məxfi mə’mur nə qədər diqqətlə seçilsə də yalnız onun tərəfindən verilən mə’lumat höccət (dəlil) sayılmır. Əgər bir məsələ ilə bağlı müxtəlif məxfi mə’murlar müxtəlif mə’lumat verərsə bu məsələ araşdırılmalıdır. Öz növbəsində yalan mə’lumat verən məxfi mə’mur cəzalandırılır. Həzrət buyurur:

ثُمَّ تَفَقَّدْ أَعْمَالَهُمْ، وَابْعَثِ الْعُيُونَ مِنْ أَهْلِ الصِّدْقِ وَالوَفَاءِ عَلَيْهِمْ، فَإِنَّ تَعَاهُدَكَ فِي السِّرِّ لاُِمُورِهِمْ حَدْوَةٌ لَهُمْ عَلَى اسْتِعْمَالِ الاَْمَانَةِ، وَالرِّفْقِ بِالرَّعِيَّةِ.

وَتَحَفَّظْ مِنَ الاَْعْوَانِ، فَإِنْ أَحَدٌ مِنْهُمْ بَسَطَ يَدَهُ إِلَى خِيَانَة اجْتَمَعَتْ بِهَ عَلَيْهِ عِنْدَكَ أَخْبَارُ عُيُونِكَ، اكْتَفَيْتَ بِذلِكَ شَاهِداً، فَبَسَطْتَ عَلَيْهِ الْعُقُوبَةَ فِي بَدَنِهِ، وَأَخَذْتَهُ بِمَا أَصَابَ مِنْ عَمَلِهِ، ثُمَّ نَصَبْتَهُ بِمَقَامِ الْمَذَلَّةِ، وَ وَسَمْتَهُ بِالْخِيانَةِ، وَقَلَّدْتَهُ عَارَ التُّهَمَةِ

“Sonra doğruçu və vəfalı məxfi mə’murlar göndərməklə onların da işini nəzarət altına al! Çünki işlərindəki son araşdırma onları əmanətdarlığa və xalqla mülayim rəftara vadar edər.

Böyük diqqətlə öz yaxınlarına nəzarət et! Əgər onlardan biri xəyanətə əl atsa və məxfi mə’murlar yekdilliklə bu xəyanəti təsdiqləsə deyilənlərlə kifayətlənib tə’xirə salmadan xəyanətkarı cəzalandırmalısan. Ona xəyanətinə münasib cəza ver! Sonra onu xar edib oturt ,alnına xəyanət damğası vur ,boynundan rüsvayçılıq boyunduruğu as!”

ƏKİNÇİLİYİNƏHƏMİYYƏTİ VƏ XƏRACIN LÜĞƏT MƏ’NASI

İlkin İslam dövründə sənət məhdudiyyətlər səbəbindən ,dünyadakı ticari əlaqələrin nizamsızlığı ,rabitələrin zəifliyi ,ticarət yollarının pisliyi və təhlükəliliyinə görə cəmiyyətin iqtisadi əsaslarına tə’sir göstərə bilmirdi. Cəmiyyətin iqtisadiyyatı yalnız əkin torpaqları və əkinçilikdən götürülən məhsuldan asılı idi. Buna görə də vergi yalnız torpaqdan və əkin məhsullarından alınırdı. Bu sayaq vergi xərac adlanırdı. Əkçinçilik ona görə əhəmiyyətlidir ki ,şəhər əhalisinin əksəriyyəti öz ehtiyaclarını əkin məhsulları ilə tə’min edir. Əgər əkinçilik rövnəq taparsa şəhər əhlinin də ehtiyacları ödənər. Əks-təqdirdə heç bir şəhərli qida məhsullarına olan ehtiyacını birbaşa tə’min etməyə qadir deyil. Buna görə də əkinçilik heç bir vaxt əhəmiyyətini itirəsi deyil və daim insanların ilkin ehtiyaclarının tə’minatçısı olaraq qalacaq.

Digər bir tərəfdən ,şəhər əhalisi öz ehtiyaclarını bilavasitə ödəyə bilmir. Ticari vasitələrlə onlar heyvan və bitki mənşəli məhsulları əldə edir. Əkinçilər də öz növbəsində geyim və məişət əşyalarını məhsuldan götürdükləri qazancla əldə edirlər. Belə bir alış-veriş cəmiyyətin iqtisadi çiçəklənməsinə səbəb olur. Uyğun mübadilələr isə ilk növbədə əkinçiliyə bağlıdır. Bu səbəbdən də əkinçiliyin tənəzzülü təkcə əkinçilərə ziyan vurmur. Belə bir tənəzzül bütün fəaliyyətlərə tə’sir göstərib cəmiyyəti iqtisadi böhrana ,sonda isə məhvə aparır. Həzrət buyurur:

وَتفَقَّدْ أَمْرَ الْخَرَاجِ بِمَا يُصْلِحُ أَهْلَهُ، فَإِنَّ فِي صلاَحِهِ وَصلاَحِهِمْ صَلاَحاً لِمَنْ سِوَاهُمْ، وَلاَ صَلاَحَ لِمَنْ سِوَاهُمْ إِلاَّ بِهِمْ، لاََنَّ النَّاسَ كُلَّهُمْ عِيَالٌ عَلَى الْخَرَاجِ وَأَهْلِهِ

“Xərac məsələsini elə qaydaya sal ki ,xərac ödəyənlərin vəziyyəti düzəlsin. Xərac isə qaydaya düşsə ,cəmiyyətin müxtəlif təbəqələri asayiş və rahatlıq içində yaşayar. Xərac ödəyənlər asayişdə olmasa cəmiyyətin digər təbəqələrinin də rahatlığı pozulur. Çünki xalq vergidən yeyənlərdən və vergi ödəyənlərdən ibarətdir.”

ƏKİNÇİLİYİNİNKİŞAFINDA DÖVLƏT SƏ’YLƏRİNİN ZƏRURİLİYİ

Əgər dövlət vergi və xərac intizarındadırsa ,bundan ötrü zəmin hazırlamalıdır. Torpaqların mühafizəsi ,su ilə tə’minat ,suvarma sistemləri ,quyuların qazılması ,körpülər tikilməsi ,bəndlərin çəkilməsi ,əkinçilik məntəqələri arasında yollar salınması ,zəhmətkeş kəndlilərə yardım ,bir sözlə ,əkinçiliyə rövnəq vermək dövlətin qarşısında duran vəzifələrdəndir.

Yalnız bu işlərdən sonra hökumət xalqdan vergi gözləyə bilər. Əkinçiliyin rövnəq tapmadığı bir ölkədə istənilən bir vergi xalq üçün ağır yükdür. Çünki onlar yetərincə qazanıb öz ehtiyaclarını tə’min edə bilmirlər. Öz ehtiyacını ödəyə bilməyən kəndlilərə vergi tətbiq olunması xalqı narazı salır ,ölkədə sabitliyi pozur. Nəhayət ,hökumət üçün süqut təhlükəsi yaranır. Bu səbəbdən də həzrət Əli (ə) vergi toplanması üçün xalqa qazanc şəraiti yaradılmasını tövsiyə edib buyurur ki ,hakim vergi ödəmək fikrinə düşməzdən öncə məmləkəti abadlaşdırmaq barədə düşünməlidir. Həzrət buyurur:

وَلْيَكُنْ نَظَرُكَ فِي عِمَارَةِ الاَْرْضِ أَبْلَغَ مِنْ نَظَرِكَ فِي اسْتِجْلاَبِ الْخَرَاجِ، لاَِنَّ ذلِكَ ل يُدْرَكُ إِلاَّ بَالْعِمَارَةِ، وَمَنْ طَلَبَ الْخَرَاجَ بِغَيْرِ عِمَارَةأَخْرَبَ الْبِلاَدَ، وَأَهْلَكَ الْعِبَادَ، وَلَمْ يَسْتَقِمْ أَمْرُهُ إِلاَّ قَلِيلاً

“Sən vergi toplanmasına diqqət ayırırsan. Amma məmləkətin abadlığına daha çox diqqət yetirməlisən. Çünki torpaqlar abadlaşmamış xərac toplamaq mümkün olmur. Abadlaşdırmaq üçün zəhmət çəkməyib xalqdan xərac tələb edən kəs şəhərləri viran qoymuş ,Allah bəndələrini həlak etmiş olur. Belə bir hökumət qısa bir müddət yaşaya bilər.”

VERGİLƏRİN YÜNGÜLLƏŞDİRİLMƏSİ

Əkinçilər bütün digər təbəqələrdən daha zəhmətkeş ,daha çalışqandırlar. Onların həyatı təbii amillərdən asılıdır. Təbiət aləminə kiçik bir diqqətsizlik böyük zərərlərlə nəticələnir. Bu səbəbdən də əkinçi il boyu bütün günü vaxtını əkin sahəsinə sərf etməyə məcburdur. Amma baş və təbəqələrin nümayəndələri həyatlarını istədikləri kimi tənzimləyir ,istədikləri formada iş qururlar.

Əgər iş bir bu qədər üzücüdürsə ,onun qazancı da münasib olmalıdır. Yaxşı qazanan və qazancının başqa ciblərə axmadığını görən əkinçi işindən möhkəm yapışır. Əkinçi torpağı özününkü bilməli ,əmin olmalıdır ki ,kimsə onun ruzisini əlindən ala bilməz.

Bütün bu məsələlərlə yanaşı əkinçinin torpaq və torpağın məhsuldarlığı barədə fikirləri nəzərə alınmalıdır.

Əgər əkinçi tə’yin olunmuş vergini qazancına uyğun saymırsa ,hadisələr və məhsuldarlıqdan şikayətlənirsə ,nəticədə tə’yin olunmuş vergini ödəmək imkanında olmadığını bildirirsə ,hökumət məs’ulları onun çətinliklərini dərk etməli ,vergini ya azaltmalı ,ya da tamamilə dayandırmalıdır. Vergilərin azaldılması dövlətin öz xeyrinədir. Vergi az olduqda əkinçi həvəslə çalışır. Nəticədə məntəqə abadlaşır və cəmiyyət xeyir görür.

Bu işin digər bir nəticəsi əkinçilərin qəlbində mövcud hökumətə məhəbbət yaradan arxayınlıq və razılıq hissidir. Belə ki ,dövlət çətinliyə düşdükdə əkinçilər ona yardım edir ,böhran vaxtı onun himayəsinə qalxır. Həzrət Əli (ə) buyurur:

َإِنْ شَكَوْ ثِقَلاً أَوْ عِلَّةً، أَوِ انْقِطَاعَ شِرْب أَوْ بَالَّة، أَوْ إِحَالَةَ أَرْض اغْتَمَرَهَا غَرَقٌ، أَوْ أَجْحَفَ بِهَا عَطَشٌ، خَفَّفْتَ عَنْهُمْ بِما تَرْجُو أَنْ يصْلُحَ بِهِ أَمْرُهُمْ،

وَلاَ يَثْقُلَنَّ عَلَيْكَ شَيْءٌ خَفَّفْتَ بِهِ الْمَؤُونَةَ عَنْهُمْ، فَإِنَّهُ ذُخْرٌ يَعُودُونَ بِهِ عَلَيْكَ فِي عِمَارَةِ بِلادِكَ، وَتَزْيِينِ وِلاَيَتِكَ، مَعَ اسْتِجْلاَبِكَ حُسْنَ ثَنَائِهِمْ، وَتَبَجُّحِكَ بِاسْتِفَاضَةِ الْعَدْلِ فِيهِمْ، مُعْتَمِداًفَضْلَ قُوَّتِهِمْ، بِمَا ذَخَرْتَ عِنْدَهُمْ مِنْ إِجْمَامِكَ لَهُمْ، وَالثِّقَةَ مِنْهُمْ بِمَا عَوَّدْتَهُمْ مِنْ عَدْلِكَ عَلَيْهِمْ فِي رِفْقِكَ بِهِمْ،

 فَرُبَّمَا حَدَثَ مِنَ الاُْمُورِ مَا إِذَ عَوَّلْتَ فِيهِ عَلَيْهِمْ مِنْ بَعْدُ احْتَمَلُوهُ طَيِّبَةً أَنْفُسُهُمْ بِهِ، فَإِنَّ الْعُمْرَانَ مُحْتَمِلٌ مَ حَمَّلْتَهُ

“Əgər xalq xəracın ağırlığından ,suyun kəsilməsindən ,quraqlıqdan ,sel və quraqlıq nəticəsində toxumun çürüməsindən şikayətlənsə ,sən onların vergisini o qədər azalt ki ,işlərini sahmana sala bilsinlər.

Vergini yüngülləşdirmək sənə ağır gəlməsin. Çünki bu yüngülləşdirmə şəhərlərin abadlığı ,məmləkətinin rifahı şəklində sənə qayıdasıdır. Bundan əlavə ,onlarda özünə qarşı razılıq yaradarsan ,onlara münasibətdə ədaləti gözlədiyindən özün də xoşhal olarsan. (Bütün bunlar səbəb olar ki) güclü vaxtlarında sənə kömək edəcəklərinə bel bağlayarsan. Çünki sən onların rifahına səbəb olmusan ,onları öz ədalətinə öyrətmisən ,onlarla mülayim rəftar etmisən.

Çox olsun ki ,müxtəlif cərəyanlarla bağlı baş vermiş hadisələrin həllini onlara tapşırsan ,qəlbən qəbul edərlər. Çünki məmləkəti istədiyin qədər abadlaşdırmaq mümkündür.”

ƏKİNÇİLƏRƏ DİQQƏTSİZLİYİN NƏTİCƏLƏRİ

Həzrət Əlinin (ə) ötən buyuruqlarından anlaşılır ki ,əkinçilərə ağır vergi tətbiq olunduqda ,digər bir tərəfdən ,əkinçiliyin inkişafı üçün dövlət tərəfindən addım atılmadıqda əkinçi qərara gəlir ki ,o özü üçün işləmir ,üzücü zəhmətlərindən qənaətbəxş əvəz götürmür ,zəhmətindən başqaları bəhrələnir. Bu sayaq qənaətlər əkinçiləri yalana , fırıldaqçılığa ,qaçaqçılığa ,oğurluğa və digər azğın addımlara sövq edir. Nəticədə əkinçi öz ehtiyaclarını torpaqda işləməklə tə’min etmək əvəzinə cinayətə əl atır və ya insanların əlində olana göz tikir.

Belə bir vəziyyətin nəticələrindən biri də fəal işçi qüvvələrin ,gənclərin şəhərə üz tutmasıdır. Belələri şəhərdə adətən baş qatmaqla məşğul olur. Təbii sonluq işsiz gənclərin günah və fəsada aludə olmasından ,dövlət və hökumətin tənəzzülündən ibarətdir.

DÖVLƏTİNTƏNƏZZÜL AMİLLƏRİ

Həzrət Əlinin (ə) nəzərincə ,dövlətin süquta uğramasının üç amili var: Dövlət mə’murlarında sərvət toplamaq ruhiyyəsi ,hakimiyyətin uzun sürməyəcəyi ilə bağlı bədbinlik ,hadisələrdən nəticə çıxarılmaması.

Əgər dövlət xadimləri hakimiyyətin möhkəmliyinə əmin olmasalar ,onun müvəqqəti olduğunu düşünsələr ,var-dövlət toplamaqla məşğul olsalar ,qarşıya çıxan hadisələrdən ibrət götürməsələr ,əslində dövlət və hökumətin süqutu üçün zəmin hazırlamışlar. Belə bir dövlət yaşayası və hökm verəsi deyil ,istər-istəməz bir gün varlığı ilə vidalaşasıdır. Həzrət buyurur:

وَإِنَّمَا يُؤْتَى خَرَابُ الاَْرْضِ مِنْ إِعْوَازِ أَهْلِهَا،إِنَّمَا يُعْوِزُ أَهْلُهَا لاِِشْرَافِ أَنْفُسِ الْوُلاَةِ عَلَى الْجَمْعِ، وَسُوءِ ظَنِّهِمْ بِالْبَقَاءِ، وَقِلَّةِ انْتِفَاعِهِمْ بِالْعِبَرِ

“Torpağı xaraba qoyan onun üzərində işləyənlərin yoxsulluğudur. Dövlət mə’murları var-dövlət toplamaq fikrində olduqda ,hadisələrdən ibrət götürmədikdə torpaq əhlinin (əkinçilərin) vəziyyəti pisləşir.”

MÜAVİNSEÇİMİ ME’YARLARI

İslamın əsas və ali məqsədlərindən biri ümmət arasında ,İslam cəmiyyətində haqq-ədalətin bərpası ,tarazlığın gözlənilməsidir.

Əgər hakim müavin seçimində ədalətli olmaq istəsə ,ən əxlaqlı ,ilahi sifətlərə malik insana üstünlük verər. Təbii ki ,ilahi əxlaqı qulağında sırğa etmiş insanda aşağıdakı sifətlər də olasıdır: Elm və düşüncə ,əmanətdarlıq ,güc , mütəxəssislik ,hesab-kitablılıq ,diqqət və yaradıcılıq ,kamil ədəb və tutum ,yaxşılarla dostluq , sitəmkarlardan uzaqlıq ,təvazökarlıq.

Bir sözlə ,bütün insani fəzilətlər və kamilliklər nəzərdə tutulmalıdır. Bunlardan bə’zilərinə imamın buyuruqlarında işarə olunmuşdur:

ثُمَّ انْظُرْ فِي حَالِ كُتَّابِكَ، فَوَلِّ عَلَى أُمُورِكَ خَيْرَهُمْ، وَاخْصُصْ رَسَائِلَكَ الَّتِي تُدْخِلُ فِيهَا مَكَائِدَكَ وأَسْرَارَكَ بِأَجْمَعِهِمْ لِوُجُودِ صَالِحِ الاَْخْلاَقِ مِمَّنْ ل تُبْطِرُهُ الْكَرَامَةُ، فَيَجْتَرِىءَ بِهَا عَلَيْكَ فِي خِلاَف لَكَ بِحَضْرَةِ مَلاَ،وَلاَ تُقَصِّرُ بِهِ الْغَفْلَةُ عَنْ إِيرَادِ مُكَاتَبَاتِ عُمَّالِكَ عَلَيْكَ، وَإِصْدَارِ جَوَابَاتِهَا عَلَى الصَّوابِ عَنْكَ، وَفِيَما يَأْخُذُ لَكَ وَيُعْطِي مِنْكَ، وَلاَ يُضعِفُ عَقْداً اعْتَقَدَهُ لَكَ، وَل يَعْجِزُ عَنْ إِطْلاَقِ مَ عُقِدَ عَلَيْكَ، وَلاَ يَجْهَلُ مَبْلَغَ قَدْرِ نَفسِهِ فِي الاُْمُورِ، فَإِنَّ الْجَاهِلَ بِقَدْرِ نَفْسِهِ يَكُونُ بَقَدْرِ غَيْرِهِ أَجْهَلَ

“Sonra müavinlərinə diqqət yetir ,işlərini onların ən ləyaqətlisinə tapşır. Sənin siyasət və sirlərinin qeyd olunduğunu məhrəmanə məktubları onların əxlaq baxımından ən salehinə e’tibar et. O elə bir kəs olsun ki ,sonralar tutduğun mövqe onu xudpəsəndliyə sövq etməsin ,heç vaxt xalqın gözü qabağında sənə qarşı çıxmasın. Hakimlərin məktubunu sənə çatdırmaqda və sənin məsləhətin əsasında onları cavablandırmaqda qəflətə uğramasın. Əhd-peymanların tənzim qaydasını bilsin ,sənin ziyanına olan müqavilələrin qarşısını almaqda aciz olmasın ,həm də öz dəyər və mövqeyini yaxşı dərk etsin. Çünki öz dəyərini bilməyən insan başqalarını dəyərləndirə bilməz və naçar qalıb onlardan çəkinər.”

İSLAMNİZAMINDA SEÇİM ME’YARLARI

Qeyd etdik ki ,həzrət Əlinin (ə) nəzərincə müavin seçimində ən üstün me’yar insanın ilahi rəngdə olmasıdır. Həzrət Əli (ə) müavinin seçim me’yarını bəyan etdikdən sonra diqqəti digər bir nöqtəyə yönəldib özünəməxsus dahiyanə bir baxışla insan vücudundakı gizli səciyyələrdən qaynaqlanan bir sirr üzərindən pərdəni qaldırır.

Hamımız bilirik ki ,vəzifə başına keçən şəxsin ətrafında xeyli adam toplanır. Bu növ dostların əksəri zahirən gözəl əxlaq sahibi olur. Bəli ,onlar bə’zən zahid libasında yaxınlaşıb ibadətdən dəm vurur ,bə’zən ağız dolusu şücaətdən danışıb İsfəndiyar və Rüstəmin qəhrəmanlığını məsxərəyə qoyur. Onlar bə’zən özünü Hatəmtək səxavətli sayır ,bə’zən əsrin dahisi kimi təsəvvür edir. Əslində isə bu qəbil sözlər diqqəti cəlb edib vəzifəyə çatmaq üçün cızılmış planlardandır.

Bu səbəbdən həzrət Əli (ə) Malikə tövsiyə edir ki ,yalnız şəxsi tanışlığı seçim me’yarı götürməsin ,başqa nöqtələrə də nəzər salsın. Həzrət buyurur:

ثُمَّ لاَ يَكُنِ اخْتِيَارُكَ إِيَّاهُمْ عَلَى فِرَاسَتِكَ وَاسْتِنَامَتِكَ وَحُسْنِ الظَّنِّ مِنْكَ، فَإِنَّ الرِّجَالَ يَتَعَرَّفُونَ لِفِرَاسَاتِ الْوُلاَةِ بِتَصَنُّعِهِمْ وَحُسْنِ خِدْمَتِهِمْ، لَيْسَ وَرَاءَ ذلِكَ مِنَ النَّصِيحَةِ وَالاَْمَانَةِ شَيْءٌ، وَلكِنِ اخْتَبِرْهُمْ بِمَا وَلُو لِلصَّالِحِينَ قَبْلَكَ، فَاعْمِدْ لاَِحْسَنِهِمْ كَانَ فِي الْعَامَّةِ أَثَراً، وَأَعْرَفِهِمْ بِالاَْمَانَةِ وَجْهاً، فَإِنَّ ذلِكَ دَلِيلٌ عَلَى نَصِيحَتِكَ لله وَلِمَنْ وَلِيتَ أَمْرَهُ

“Müavin seçimində sırf öz nikbinliyinə və e’tibarına əsaslanmamalısan. Çünki bə’ziləri yaltaqlıq və xidmətkarlıqla özünü hakimlərə tədbirli və mütəxəssis tanıtdırmaq istəyir. Hansı ki bu görüntülərin arxasında düzlük ,əmanətdarlıq , canıyananlıqdan əsər-əlamət yoxdur. Onları özündən qabaqkılarla həmkarlıqları əsasında qiymətləndir ,xalq arasında doğruçu və pak kimi tanınanlarını seç. Bu iş sənin Allaha və öz imanına itaətinin dəlili olacaq.”

İŞBÖLGÜSÜ VƏ MƏS’UL TƏ’YİNATI

Öncə qeyd etdik ki ,İslam hakimi üçün iş bölgüsü zəruri ,qüvvə seçimi mühüm və əsas məsələdir.

İmam əhdnamənin bu hissəsində iş bölgüsünü yada salaraq Malikə tapşırır ki ,hər iş üçün xüsusi məs’ul tə’yin etsin. Həzrət buyurur ki ,işin əzəməti ona nəzarət edən məs’ula üstün gəlməməli ,işdəki dolaşıqlıqlar onu heyrətə salmamalıdır. Çünki bütün bu nöqsanlar sonda valinin hesabına yazılacaq. Həzrət buyurur:

وَاجْعَلْ لِرَأْسِ كُلِّ أَمْر مِنْ أُمُورِكَ رَأْساً مِنْهُمْ، لاَ يَقْهَرُهُ كَبِيرُهَا، وَلاَ يَتَشَتَّتُ عَلَيْهِ كَثِيرُهَا، وَمَهْمَ كَانَ فِي كُتَّابِكَ مِنْ عَيْب فَتَغَابَيْتَ عَنْه أُلْزِمْتَهُ

“Hər bir işin üçün məs’ul seç. Elə bir məs’ul ki ,işin böyüklüyü onu çarəsiz etməsin ,işin çoxluğu və çeşidliliyi onu heyrətə salmasın. Əgər müavinlərində olan eybi görməsən xalq nöqsanı sənin hesabına yazacaq.”

TACİRLƏR, SƏNƏTKARLAR ,FƏHLƏLƏR

Sağlam həyat vasitəsi olan ,insanın ehtiyaclarını tə’min edən ,xalqın ümumi vəziyyətini sahmana salan ,insanların üzünə haqqın yolunu açan bir ticarət İslamda təsdiq və təşviq olunur. Amma ticarət və sənətkarlıq həyat məqsədinə çevrildikdə ,kübarlıq və dəbdəbə üçün vasitə olduqda İslam tərəfindən məzəmmət olunur və bədbəxtlik səbəbi sayılır.

Həzrət Əli (ə) öz bəyanatının bu hissəsində o qəbil tacir və sənətkarları nəzərdə tutur ki ,ticarət və sənəti həyat məqsədi yox ,ehtiyacların tə’minat vasitəsi sayır. Onlar ticarət və sənəti insan həyatına ilahilik verən vasitə kimi tanıyırlar. İslamda bu sayaq ticarət təşviq olunur. Həzrət Əli (ə) buyurur:

ثُمَّ اسْتَوْصِ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، وَأَوْصِ بِهِمْ خَيْراً: الْمُقِيمِ مِنْهُمْ، وَالْمُضْطَرِبِ بِمَالِهِ، وَالْمُتَرَفِّقِ بِبَدَنِهِ، فَإِنَّهُمْ مَوَادُّ الْمَنَافِعِ، وَأَسْبَابُ الْمَرَافِقِ، وَجُلاَّبُهَا مِنَ الْمَباعِدِ وَالْمَطَارِحِ، فِي بَرِّكَ وَبَحْرِكَ، وَسَهْلِكَ وَجَبَلِكَ، وَحَيْثُ ل يَلْتَئِمُ النَّاسُ لِمَوَاضِعِهَا، وَل يَجْتَرِئُونَ عَلَيْهَا، فَإِنَّهُمْ سِلْمٌ لاَ تُخَافُ بَائِقَتُهُ، وَصُلْحٌ ل تُخْشَى غَائِلَتُهُ، وَتَفَقَّدْ أُمُورَهُمْ بِحَضْرَتِكَ وَفِي حَوَاشِي بِلاَدِكَ

“İndi isə tacirlər və sənaye sahibləri haqqındakı vəsiyyətimi qəbul et və sən də onları yaxşılığa çağır! İstər şəhərdə məskunlaşanlar olsun ,istər məhsulları dövriyədə olanlar ,istərsə də fiziki gücündən istifadə edənlər. Bütün bunlar fayda qaynağı ,həyat rövnəqinin əsasıdır. Onlar xalqın ehtiyaclarını ödəmək üçün uzaq şəhərlərdən ,dəniz ,səhra ,hamar və dağlıq ərazilərdən ,xalqın gedə bilmədiyi və getməyə cür’əti çatmadığı nöqtələrdən əldə edib gətirir. Demək onlar dostluq və məhəbbətə layiqdir və onlardan təhlükə gözlənilmir. İstər hüzurunda olsun ,istər digər şəhərlərdə ,onlardan hal-əhval tut ,işlərini həll et.”

TİCARİ MƏHDUDİYYƏTLƏR

İslam ticarəti azad bilib tacirləri təşviq etsə də ,ticarət üçün hökm və qaydalar nəzərdə tutmuşdur. Tacir ticarətdən öncə ticarət qaydalarını öyrənməlidir ki ,onun işi cəmiyyətdə fəsad yaratmasın ,özü də harama düçar olmasın.

Böyük fəqihlər mə’sum imamların ticarət haqqındakı buyuruqlarına istinad edərək alış-verişlə məşğul olanlar üçün qaydalar nəzərdə tutmuşlar:

●Alış-verişdə satıcı alıcı ilə sərt olmasın;

●Müştərilər arasında qiymət fərqi qoyulmasın;

●İstənilən bir növ anddan ,hətta doğru anddan pəhriz olunsun;

●Malda olan nöqsan müştəriyə bildirilsin;

●Alıcı peşiman olduqda satıcı imkan həddində malı geri götürsün;

●Satıcı malı həddən artıq tə’rif etməkdən çəkinsin;

●Əskik satılmasın;

●Möhtəkirliyə yol verilməsin;

●Zor göstərilməsin və s.

Uyğun mövzu ilə bağlı həzrət Əli (ə) Malik Əştərə buyurur:

وَاعْلَمْ ـ مَعَ ذلِكَ ـ أَنَّ فِي كَثِير مِنْهُمْ ضِيقاً فَاحِشاً، وَشُحّاً قَبِيحاً، وَاحْتِكَار لِلْمَنَافِعِ، وَتَحَكُّماً فِي الْبِيَاعَاتِ، وَذلِكَ بَابُ مَضَرَّة لِلْعَامَّةِ، وَعَيْبٌ عَلَى الْوُلاَةِ

فَامْنَعْ مِنَ الاْحْتِكَارِ، فَإِنَّ رَسُولَ اللهِ(صلى الله عليه وآله) مَنَعَ مِنْهُ وَلْيَكُنِ الْبَيْعُ بَيْعاً سَمْحاً: بِمَوَازِينِ عَدْل، وَأَسْعَار لاَ تُجْحِفُ بِالْفَرِيقَيْنِ مِنَ الْبَائِعِ وَالْمُبْتَاعِ، فَمَنْ قَارَفَ حُكْرَةً بَعْدَ نَهْيِكَ إِيَّاهُ فَنَكِّلْ،وَعَاقِبْ فِي غَيْرِ إِسْرَاف

“Bütün bunlarla yanaşı ,bil ki ,onların çoxu alış-verişdə çox sərtlik edir ,xəsislik göstərir ,daha çox qazanmaq üçün möhtəkirliyə əl atır ,alış-verişdə zor göstərir. Bu işlər xalq üçün zərər ,hakimlər üçün ləkədir.

Buna görə də möhtəkirliyin qarşısını al! Çünki həzrət Peyğəmbər (s) buna yol verməmişdir. Alış-veriş sadə şəkildə ,ədalətlə yerinə yetirilməlidir. Qiymətlər heç bir tərəfə (satıcı və alıcıya) sıxıntı gətirməməlidir. Sənin xəbərdarlığından sonra yenidən möhtəkirliyə əl atanları cəzalandır. Amma cəzalandırarkən həddi aşma!”

MÖHTƏKİRLİKVƏ İNHİSARÇILIQ

Həzrətin buyuruqlarından anlaşılır ki ,islami ticarətdə həm möhtəkirlik ,həm də inhisarçılıq haramdır.

Hamımıza mə’lumdur ki ,bu gün sərmayə sahibləri xalqı iki yolla sıxıntıya salır:

Çalışırlar ki ,xalqın ehtiyac duyduğu məhsulları anbara yığıb satışa çıxarmasınlar. Onların məqsədi məhsul bahalaşdıqdan sonra onu qara bazarda satmaqdır. Bu əməl möhtəkirlik sayılır. İslam möhtəkirliyi haram bilir ,möhtəkir tə’qib olunur , cəzalandırılır.

Bə’zən isə sərvət sahibləri bir araya gəlib hansısa malı inhisara alır. Belə ki ,bu razılıqda iştirak etməyənlər nəzərdə tutulmuş malı yalnız inhisarçıların əli ilə sata bilir. İnhisarçılıq İslam prinsipləri ilə bir araya sığmır.

Həzrət Əli (ə) hər iki işin çirkinliyini açıqlayaraq Malikə buyurur ki ,mallara qiymət qoysun ,tacirləri tam azad buraxmasın. Tapşırılır ki ,möhtəkirləri və inhisarçıları cəzalandırmaqla onların sui-istifadəsinin qarşısı alınsın.

İSLAMCƏMİYYƏTİNDƏ FƏHLƏLƏRİN VƏ MÜSTƏZƏFLƏRİN YERİ

İstənilən bir cəmiyyətdə müxtəlif səbəblərdən işləyə bilməyənlər var. Əgər belə insanlara əl tutulmasa onların gəncləri günaha sürüklənər ,zəifləri aclıqdan ölər.

Belə bir vəziyyətin davamı təhlükəli və alçaldıcıdır. Dövlət bu sayaq çarəsiz təbəqəyə əl tutmalı ,onların gənclərini işə cəlb etməli ,düşdükləri vəziyyətdən çıxarmalıdır.

Bugünki mütərəqqi dünya uyğun missiyanı öz üzərinə götürərək şüar verir ki ,qanunlar tənzimləməklə fəhlələrin haqlarını tə’min etmiş ,biçarələri fəlakətdən qurtarmışdır. Bizim nəzərimizcə ,bugünki dünyada fəhlələr və çarəsizlər öz təzyiqləri ilə nəyəsə nail olmuşlarsa da ,uyğun iddialar şüar səviyyəsindən yuxarı qalxmamışdır. Çünki hazırda da fəhlələr və çarəsizlər inkişaf etmiş ölkələrdə (məsələn Amerikada ,Rusiyada ,İngiltərədə ,Almaniyada ,Fransada) olduqca çətin vəziyyətdədirlər və imperializmə qarşı mübarizə mövqeyində dayanmışlar. Onlar düşdükləri vəziyyətdən qurtuluş üçün yardım gözləyirlər.

Əksinə ,həzrət imamın 1300 il öncəyə aid uyğun fərmanında uyğun iddialar şüar mərhələsindən əməl mərəhələsinə qaldırılmış ,Malikə konkret göstərişlər verilmişdir:

ثُمَّ اللهَ اللهَ فِي الطَّبَقَةِ السُّفْلَى مِنَ الَّذِينَ لاَ حِيلَةَ لَهُمْ وَالْمَسَاكِين وَالْـمُحْتَاجِينَ وَأَهْلِ الْبُؤْسَى وَالزَّمْنَى، فإِنَّ فِي هذِهِ الطَّبَقَةِ قَانِع وَمُعْتَرّاً، وَاحْفَظْ لله مَ اسْتَحْفَظَكَ مِنْ حَقِّهِ فِيهِمْ، وَاجْعَلْ لَهُمْ قِسمْاً مِنْ بَيْتِ مَالِكَ، وَقِسماً مِنْ غَلاَّتِ صَوَافِي الاِْسْلاَمِ فِي كُلِّ بَلَد، فإِنَّ لِلاَْقْصَى مِنْهُمْ مِثْلَ الَّذِي لِلاَْدْنَى،

وَكُلٌّ قَدِ اسْتُرْعِيتَ حَقَّهُ، فَل يَشْغَلنَّكَعَنْهُمْ بَطَرٌ، فَإِنَّكَ لاَ تُعْذَرُ بِتَضْيِيعِ التَّافِهَ لاِِحْكَامِكَ الْكَثِيرَ الْمُهِمَّ فَلاَ تُشْخِصْ هَمَّكَ عَنْهُمْ، وَل تُصَعِّرْ خَدَّكَ لَهُمْ،

 وَتَفَقَّدْ أُمُورَ مَنْ لاَ يَصِلُ إِلَيْكَ مِنْهُمْ مِمَّنْ تَقْتَحِمُهُ الْعُيُونُ، وَتَحْقِرُهُ الرِّجَالُ، فَفَرِّغْ لاُِولئِكَ ثِقَتَكَ مِنْ أَهْلِ الْخَشْيَةِ وَالتَّوَاضُع، فَلْيَرْفَعْ إِلَيْكَ أُمُورَهُمْ، ثُمَّ اعْمَلْ فِيهِمْ بَالاِْعْذَارِ إِلَى اللهِ تَعَالَى يَوْمَ تَلْقَاهُ، فَإِنَّ هؤُلاَءِ مِنْ بَيْنِ الرَّعِيَّةِ أَحْوَجُ إِلَى الاِْنصَافِ مِنْ غَيْرِهِمْ، وَكُلٌّ فَأَعْذِرْ إِلَى اللهِ تَعَالَى فِي تَأْدِيَةِ حَقِّهِ إِلَيهِ.

وَتَعَهَّدْ أَهْلَ الْيُتْمِ وَذَوِي الرِّقَّةِ فِي السِّنِّ مِمَّنْ لاَ حِيلَةَ لَهُ، وَل يَنْصِبُلِلْمَسْأَلَةِ نَفْسَهُ، وَذلِكَ عَلَى الْوُلاَةِ ثَقِيلٌ، وَالْحَقُّ كُلُّهُ ثَقِيلٌ، وَقَدْ يُخَفِّفُهُ اللهُ عَلَى أَقْوَام طَلَبُو الْعَاقِبَةَ فَصَبَرُو أَنْفُسَهُمْ، وَوَثِقُو بِصِدْقِ مَوْعُودِ اللهِ لَهُمْ

“Cəmiyyətin çarəsizlərdən ,yoxsullardan ,əldən düşmüşlərdən ,əlillərdən ibarət olan aşağı təbəqəsinə münasibətdə (onların arasında iffətli ,abır-həyalı insanlar var) Allahı nəzərdə saxla ,Allahın öz haqqından onlar üçün nəzərdə tutduğunu ixtiyarlarına ver ,beytül-maldan və qənimət torpaqlardan hər şəhərdə onlar üçün pay ayır. Çünki ən uzaqda olan müsəlmanın da ən yaxında olan müsəlman kimi payı var.

Hər bir müsəlman harada olur olsun paya malikdir və sən hamının haqqını ödəməyə məs’ulsan. Məbada firavanlıq sənə onların vəziyyətini unutdursun. Çünki sən böyük işlərə görə kiçik işləri nəzərdən qaçırsan üzürlü sayılmazsan. Fikrin onlardan yayınmasın ,onlardan üz çevirmə!

Səninlə görüş imkanı olmayan və xalqın gözündə fəqir olanların işinə bax. Bu zümrənin çətinliklərinin həlli üçün Allahdan qorxan təvazö əhlindən seç ki ,onların çətinliklərini sənə çatdırsın. Sonra onlarla elə rəftar et ki ,Qiyamət günü üzrün olsun. Çünki bu zümrə başqalarına nisbətən ədalət və insafa daha çox ehtiyaclıdır. Xalqın haqqını yerinə yetirməkdə Allah yanında üzrün olmalıdır.

Yetimlərə nəvaziş göstər ,çarəsiz qocaları yaddan çıxarma! Hakimlərin bu vəzifəsi çətin və yorucudur. Amma Allah bu işi axirət istəyən ,Allah yolunda səbr göstərən ,Allahın və’dlərinə inananlar üçün asan edər.”

Qeyd etdik ki ,bugünki dünyada fəhlələr təzyiq və sıxıntılara dözərək müəyyən imtiyazlar qazanmışlar. İş saatı azaldılmış ,əmək haqqı qaldırılmış ,ixrac olunan üçün müavinət tə’yin edilmiş ,ictimai sığorta bankları yaradılmışdır. Bilməliyik ki ,əvvəla bu nəticələr fəhlələrin uzun-uzadı sə’yləri nəticəsində əldə olunmuşdur. Heç bir parlament fəhlələr səsini qaldırmamış onların xeyrinə qanun çıxarmamış ,əksinə ,fəhlələrə müqavimət göstərilmişdir. İkincisi ,mövcud qanunlarda bir çox zəruri məqamlar əks olunmamışdır. Üçüncüsü ,uyğun qanunlarda iş qabiliyyəti olmayan qocalara ,yetimlərə , himayəsizlərə və uşaqlara diqqət verilməmişdir. Hansı ki ,həzrət Əlinin (ə) əhdnaməsində yoxsulların heç bir tələbi olmadan onlar yada salınmışdır. İkicisi ,əhdnamədə bütün ehtiyaclılar nəzərdə tutulmuşdur. Üçüncüsü ,dövlət özünü bu qanunların icrasına məs’ul saymış , ehtiyaclıların müəyyənləşdirilməsi üçün məs’ullar seçmişdir.

XALQHAKİMİNİN XÜSUSİYYƏTLƏRİ

Xalq hakimi xalqı özündən ,özünü xalqdan bilir. Buna görə də özü ilə xalq arasında səd qoymur ,xalqla birlikdə ,yanaşı yaşamaq istəyir.

Bu xüsusiyyət hakimi xalqa sevdirir ,fəsad və xəyanət məqsədində olan qüvvələrə xalqı bədbinləşdirmək ,hakim və xalq arasında ziddiyyət yaratmaq imkanı vermir. Bu səbəbdən həzrət Əli (ə) Maliki xalqla daimi rabitəyə çağırır. Malikdən elə bir şərait yaratmasını istəyir ki ,cəmiyyətin bütün təbəqələri heç bir çətinliksiz ,qorxu-hürküsüz öz problemlərini valiyə çatdıra bilsin. Əgər xalqa zülm olmuşsa zalım rüsvay edilsin ,xain əməlinin cəzasına çatdırılsın.

Həzrət buyurur:

وَاجْعلْ لِذَوِي الْحَاجَاتِ مِنْكَ قِسْم تُفَرِّغُ لَهُمْ فِيهِ شَخْصَكَ، وَتَجْلِسُ لَهُمْ مَجْلِس عَامّاً، فَتَتَواضَعُ فِيهِ لله الَّذِي خَلَقَكَ، وَتُقعِدُ عَنْهُمْ جُنْدَكَ وَأَعْوَانَكَ مِنْ أَحْرَاسِكَ وَشُرَطِكَ، حَتَّى يُكَلِّمَكَ مُتَكَلِّمُهُمْ غَيْرَ مُتَعْتِع، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ(عليه السلام)يَقُولُ فِي غَيْرِ مَوْطِن: "لَنْ تُقَدَّسَ أُمَّةٌ لاَ يُؤْخَذُ لِلضَّعِيفِ فِيهَ حَقُّهُ مِنَ الْقَوِيِّ غَيْرَ مُتَعْتِع"

 ثُمَّ احْتَمِلِ الْخُرْقَمِنْهُمْ وَالْعِيَّ، وَنَحِّ عَنْكَ الضِّيقَ وَالاَْنَفَ، يَبْسُطِ اللهُ عَلَيْكَ بَذلِكَ أَكْنَافَ رَحْمَتِهِ، وَيُوجِبُ لَكَ ثَوَابَ طَاعَتِهِ، وَأَعْطِ مَ أَعْطَيْتَ هَنِيئاً، وَامْنَعْ فِي إِجْمَال وَإِعْذَار!

“Günün bir hissəsini ehtiyaclılara həsr et! Onlarla şəxsən görüş ,ümumi məclislərdə iştirak et ,səni yaratmış Allahın razılığı üçün təvazökar ol! Bu məclislərdə mühafizəçilər və yaxınlarına de ki ,xalqa mane olmasınlar ,istəyən səninlə rahat danışa bilsin. Çünki peyğəmbərdən dəfələrlə belə eşitmişəm: Haqqı qorxu-hürküsüz deyə bilməyən ümmət heç vaxt paklanmayacaq.

Çalış ki ,onların tünd rəftarına agahlıqla dözə biləsən. Hövsələsizliyi  və xüdpəsəndliyi özündən uzaqlaşdır ki ,Allah rəhmət qapılarını üzünə açsın ,itaətinin savabını sənə ruzi buyursun. Bağışlamadığını açıq qəlblə bağışla. Müəyyən səbəbdən qadağa qoymaq istədikdə mehribanlıq və üzürxahlıqla qadağa qoy!”

Görün ,hökumət geniş ədalət prinsiplərindən yalnız bu prisipə əməl etsə , fürsəttələblər ,xainlər və fəsadçılar bir iş görüb ,xalqı və hökuməti doğru yoldan azdıra bilərmi?! Yalnız bu prinsipə riayət olunsa xalq və hökumət fəsaddan qorunar ,məs’ullar xalqın ziddinə qərarlar çıxarmaz ,xalq çarəsiz vəziyyətdə yol ölçməz!

İCRAİŞLƏRİNDƏ MƏS’ULLARIN QƏLƏBƏ RƏMZİ

Əvvəlki söhbətlərdə iş bölgüsü və qüvvə seçimindən danışdıq. Əlavə edək ki ,icra işlərində mə’sumların müvəffəqiyyət rəmzi iki əsas nöqtədə müəyyənləşir:

1.Aydındır ki ,dövlət məs’ulları bütün vəzifələri öz üzərinə götürə bilməz və onların çox işini müavinlər yerinə yetirir. Əlbəttə ki ,bə’zi işlərə onlar bilavasitə müdaxilə etməlidir. Məs’ulun həm öz işini ləyaqətlə görməsi ,həm də müavinlərin işindən xəbərdar olması üçün o önəmli işləri qeyri-zəruri işlərdən fərqləndirməlidir. Məs’ul önəmli işləri özü yerinə yetirməli ,qeyri-zəruri işləri müavinlərə tapşırmalıdır.

2.Vəzifələr aydınlaşdıqda və birinci dərəcəli işlər müəyyənləşdikdən sonra hər iş üçün münasib vaxt tə’yin etmək zəruridir. Yə’ni bu günün işi sabaha ,sabahın işi o biri günə saxlanılmamalıdır. Həzrət buyurur:

ثُمَّ أُمُورٌ مِنْ أُمُورِكَ لاَ بُدَّ لَكَ مِنْ مُبَاشَرَتِهَا: مِنْهَ إِجَابَةُ عُمَّالِكَ بِمَ يَعْيَاعَنْهُ كُتَّابُكَ، وَمِنْهَا إِصْدَارُ حَاجَاتِ النَّاسِ عِنْدَ وَرُودِهَ عَلَيْكَ مِمَّا تَحْرَجُ بِهِ صُدُورُ أَعْوَانِكَوَأَمْضِ لِكُلِّ يَوْم عَمَلَهُ، فإِنَّ لِكُلِّ يَوْم مَا فِيهِ

“İşlərin arasında elələri var ki ,onları hökmən özün yerinə yetirməlisən. Katiblik öhdəsindən gəlmədikdə müavinlərin işinə özün nəzarət etməlisən. Bu işlərdən biri də müavinlər aciz qalan halda xalqın ehtiyaclarının tə’mini ilə məşğul olmaqdır. Hər gün həmin günün işini gör. Çünki iş tə’yin olunduğu günə bağlıdır.”

İŞƏALDANMAMAQ ÜÇÜN ƏN YAXŞI YOL ÖZÜNÜTƏRBİYƏDİR.

Paklanma və özünütərbiyə İslamın tərbiyə üsullarındandır. Paklanmada məqsəd budur ki ,insan özünü kamillik və kəramətə mane olan pis sifətlərdən uzaqlaşdırsın ,bu yolla müsbət sifətlərin qəbulunu hazırlıq görsün. Nəticədə daha yaxşı insan olmaq və Allaha yaxınlaşmaq üçün zəmin əldə olunur.

İslamda pak ilahi niyyətlə həyata keçən bütün xeyir işlər ibadət sayılır. Əgər dövlət mə’murları Allahın razılığına xatir iş görsələr onların bütün işləri ibadət yazılacaq. Ola bilər ki ,işini ibadət sayan məs’ul işə aldanıb vacib ibadətləri yaddan çıxarsın. Həzrət Əli (ə) belə bir halın qarşısını almaq üçün Malikə buyurur ki ,ən yaxşı vaxtlarını ibadətə sərf et ,insanın varlıq qaynağına yüksəlişi olan namazı kamil və əyri-əskiksiz ,bütün qüvvənlə işlərinə sərlövhə seç. Həzrət buyurur:

وَاجْعَلْ لِنَفْسِكَ فِيَما بَيْنَكَ وَبَيْنَ اللهِ تعالى أَفْضَلَ تِلْكَ الْمَوَاقِيتِ، وَأَجْزَلَ تِلْكَ الاَْقْسَامِ، وَإِنْ كَانَتْ كُلُّهَا لله إِذَ صَلَحَتْ فيهَا النِّيَّةُ، وَسَلِمَتْ مِنْهَا الرَّعِيَّةُ.

وَلْيَكُنْ فِي خَاصَّةِ مَا تُخْلِصُ لله بِهِ دِينَكَ: إِقَامَةُ فَرَائِضِهِ الَّتي هِيَ لَهُ خَاصَّةً، فَأَعْطِ اللهَ مِن بَدَنِكَ فِي لَيْلِكَ وَنَهَارِكَ، وَوَفِّ مَا تَقَرَّبْتَ بِهِ إِلَى اللهِ مِنْ ذلِكَ كَاملاً غَيْرَ مَثْلُوم وَلاَ مَنْقُوص، بَالِغاً مِنْ بَدَنِكَ مَ بَلَغَ

“Pak və xalis niyyətlə ,xalqın xeyrinə gördüyün bütün işlər Allah üçün olsa da ən yaxşı vaxtı ibadət (nəfsin paklanması) üçün qərar ver.

Yalnız Allah üçün olan vacib ibadətlər xüsusi vaxtda yerinə yetirilməlidir. Gün uzunu cismini və canını ona tapşır ,Allaha yaxınlıq vasitəsi olan vəzifələri cisminə əziyyət olsa belə ,qədərincə yerinə yetir.”

CƏMİYYƏTNAMAZINDA MƏ’MUMLARA (İQTİDA EDƏNLƏRƏ) ÇƏTİNLİK YARATMAMAQ

İslamda fərdi ibadət üçün incəliklər nəzərdə tutulsa da ,cəmiyyət namazında mə’mumların halını nəzərə almaq ciddi tapşırılır. İslam dini insanların bir yerə toplanmasını çox əhəmiyyətli saydığından belə bir nöqtəyə xüsusi diqqət ayırır. Müqəddəs İslam şəriətində cümə və cəmiyyət namazlarında iştirak üçün qat-qat artıq savab nəzərdə tutulur. Məqsəd budur ki ,müsəlmanlar daim toplum şəklində səhnədə olsun , parçalanmadan amanda qalsın. Həzrət buyurur:

وَإِذَا قُمْتَ فِي صلاَتِكَ لِلنَّاسِ، فَل تَكُونَنَّ مُنَفّرِاً وَل مُضَيِّعاً، فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَلَهُ الْحَاجَةُ. وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) حِينَ وَجَّهَنِي إِلَى الَيمنِ كَيْفَ أُصَلِّي بِهِمْ؟ فَقَالَ: "صَلِّ بِهِمْ كَصَلاَةِ أَضْعَفِهِمْ، وَكُنْ بِالْمُؤْمِنِينَ رَحِيماً

“(Ey Malik) Cəmiyyətlə namaza dayandığın vaxt namazı o qədər uzatma ki ,insanlar yorulsun ,nə də sən tələsməklə namazı zay etmə. Namaz qılanlar arasında xəstələr və tələsənlər ola bilər. Həzrət Peyğəmbər (s) məni Yəmənə göndərdiyi vaxt ondan soruşdum ki ,onlarla necə namaz qılım? Həzrət buyurdu: “Elə düşün ki ,onların ən zəifi ilə namaz qılırsan və mö’minlərlə mehriban ol.”

XALQLAOLMAĞIN SƏMƏRƏSİ VƏ ONLARDAN UZAQLIĞIN FƏSADLARI

Xalqla yaxın hakimin xüsusiyyətləri haqqında danışarkən qeyd olundu ki ,belə bir hakim həmişə xalqladır və özü ilə xalq arasında səd qoymur.

Həzrət Əli (ə) fərmanın bu hissəsində xalqdan ayrılığın fəsadlarını qeyd etməklə yanaşı xalqla olmağın səmərələrindən danışır. Həzrət buyurur:

وَأَمَّا بَعْدَ هذا، فَلاَ تُطَوِّلَنَّ احْتِجَابَكَ عَنْ رَعِيَّتِكَ، فَإِنَّ احْتِجَابَ الْوُلاَةِ عَنِ الرَّعِيَّةِ شُعْبَةٌ مِنَ الضِّيقِ، وَقِلَّةُ عِلْم بِالاُْمُورِ، وَالاِْحْتِجَابُ مِنْهُمْ يَقْطَعُ عَنْهُمْ عِلْمَ مَا احْتَجَبُوا دوُنَهُ فَيَصْغُرُ عِندَهُمْ الْكَبِيرُ، وَيَعْظَمُ الصَّغِيرُ، وَيَقْبُحُالْحَسَنُ، وَيَحْسُنُ الْقَبِيحُ، وَيُشَابُ الْحَقُّ بِالْبَاطِلِ، وَإِنَّمَ الْوَالِي بَشَرٌ لاَ يَعْرِفُ مَا تَوَارَى عَنْهُ النَّاسُ بِهِ مِنَ الاُْمُورِ، وَلَيْسَتْ عَلَى الْحَقِّ سِمَاتٌ تُعْرَفُ بِهَا ضُرُوبُ الصِّدْقِ مِنَ الْكَذِبِ، وَإِنَّمَا أَنْتَ أَحَدُ رَجُلَيْنَِ: إِمَّ امْرُؤٌ سَخَتْ نَفْسُكَ بِالْبَذْلِ فِي الْحَقِّ، فَفِيمَ احْتِجَابُكَ مِنْ وَاجِبِ حَقٍّ تُعْطِيهِ، أَوْ فِعْل كَرِيم تُسْدِيهِ، أَوْ مُبْتَلَىً بِالْمَنعِ، فَمَ أَسْرَعَ كَفَّ النَّاسِ عَنْ مَسْأَلَتِكَ إِذَا أَيِسُوا مِنْ بَذْلِكَ! مَعَ أَنَّ أَكْثَرَ حَاجَاتِ النَّاسِ إِلَيْكَ مـ م لاَ مَؤُونَةَ فِيهِ عَلَيْكَ، مِنْ شَكَاةِ مَظْلِمَة، أَوْ طَلَبِ إِنْصاف فِي مُعَامَلَة

“Məbada xəlvətə çəkiləsən və rəiyyətdən uzaqlığın uzun sürə! Çünki hakimin xalqdan kənarlığı bir növ sıxıntı ,işlərdən xəbərsizlikdir. Bundan əlavə ,pərdədə qalmaq rəiyyəti baş verənlərdən xəbərsiz qoyur. Bu səbəbdən onların nəzərində böyük kiçik ,kiçik isə böyük görünür. Onlar yaxşını pis ,pisi yaxşı sayır ,haq batilə qarışır. Vali (hakim) bir insandır və xalqın gizli saxladığı işləri öyrənə bilməz. Belə bir xüsusi nişanları da yoxdur ki ,onlarla doğrunu yalandan seçsin.

Sən istənilən halda iki nəfərdən birisən: Ya haq yolda bağışlayansan-beləsə ,nə üçün bağışladığın vacib haqqı ,gördüyün yaxşı işi gizlədəsən? Ya da xəsis bir fərdsən ,xalq tezliklə səndən ümidini üzər və bir daha sənə ağız açmaz. Əslində xalqın bir çox istəklərini həyata keçirməyin xərci yoxdur. Onlar ya düçar olduqları sitəmdən şikayətlənir ,ya da müəyyən bir müamilə və ya işdə səndən ədalət gözləyirlər.”

Həzrət mövlanın buyuruqlarının bu hissəsində aşağıdakı nöqtələrə xüsusi diqqət ayrılır:

1. Mə’lumat əldə etmək üçün ən yaxşı yol

Mə’lumat əldə etmək üçün iki yol təsəvvür olunur: Birinci yol budur ki ,hakim məxfi və aşkar qüvvələr ,müxtəlif kanallar vasitəsi ilə ölkədə baş verən hadisələrdən xəbər tutur. İkinci yol budur ki ,hakim arabir bilavasitə xalqla görüşür ,xalqın özündən müəyyən hadisələr haqqında mə’lumat əldə edir. Həzrət Əlinin (ə) nəzərincə ,ən yaxşı yol xalqla bilavasitə rabitədir. Çünki xalq hakimlə görüşdə həqiqətləri açıqlayır ,gizli işlərin üzərindən pərdəni qaldırır. Hakim bu yolla mə’lumat əldə edib müxtəlif kanallarla daxil olmuş mə’lumatları dəyərləndirə bilər.

2. Firqə və dəstələri tanımağın yaxşı yolu

Yalnız götür-qoy və toplanmış mə’lumatlar əsasında ictimai məsələlərdən xəbər tutub haqqı batildən seçmək mümkünsüzdür. Çünki insanlar müxtəlif səbəblərdən öz iç fikirlərini müxbirlərə açıqlamırlar. Amma hakimlə bilavasitə görüşdükdə ona e’timad göstərdiklərindən həqiqətləri olduğu kimi çatdırırlar.

DÜZYOLDA OLMAYAN QOHUMLAR VƏ ƏTRAFLA GÖRÜŞÜN ZƏRURİLİYİ

İslam nizamının məqsədi ilahi hökmlərin həyata keçirilməsidir. Hakim insan haqlarının keşikçisi sayılır.

Bu islami prinsip həm hakimin ,həm də hakimin yaxın dairəsinin və qohumlarının vəzifələrini müəyyənləşdirir. Hakimin vəzifəsi budur ki ,hakimiyyəti ov saymasın ,var-dövlət əsiri olmasın. Onun yeganə məqsədi ilahi hökmlərin həyata keçirilməsi olmalıdır. Hakimin qohumları da hakimdən sui-istifadə etməməli ,onun adı ilə zülm-sitəmə əl atmamalıdır. Amma qohumlar belə hərəkət etdikdə hakim ictimai ədalətin və insan haqlarının müdafiəsinə qalxıb qohumların yanlış hərəkətinin qarşısını almalı ,sui-istifadələrin kökünü kəsməlidir. Ədalətsizliyin , fərdiyyətçiliyin ,qarətçiliyin qarşısını almaq hakimin vəzifələrindəndir. Həzrət buyurur:

ثُمَّ إِنَّ لِلْوَالِي خَاصَّةً وبِطَانَةً، فِيهِمُ اسْتِئْثَارٌ وَتَطَاوُلٌ، وَقِلَّةُ إِنْصَاف فِي مُعَامَلَة، فَاحْسِمْ مَادَّةَ أُولئِكَ بِقَطْعِ أَسْبَابِ تِلْكَ الاَْحْوَالِ،

 وَلاَ تُقْطِعَنَّ لاَِحَد مِنْ حَاشِيتِكَ وَحَامَّتِكَ قَطِيعةً، وَل يَطْمَعَنَّ مِنْكَ فِي اعْتِقَادِعُقْدَة، تَضُرُّ بِمَنْ يَلِيهَا مِنَ النَّاسِ، فِي شِرْب أَوْ عَمَل مُشْتَرَك، يَحْمِلُونَ مَؤُونَتَهُ عَلَى غَيْرِهِمْ، فَيَكُونَ مَهْنَ ذلِكَ لَهُمْ دُونَكَ، وَعَيْبُهُ عَلَيْكَ فِي الدُّنْيَ وَالاْخِرَةِ

“Hakimin özbaşınalıq ,itaətsizlik ,əli uzunluq ,alış-verişdə insafsızlıq yolunu tutmuş yaxınları və qohumları var. Məzəmmət olunmuş bu hərəkətləri doğuran səbəbləri aradan qaldırmaqla onları yerində oturt!

Ətrafındakılar və qohumlarından kimsəyə torpaq tapşırma və heç vəchlə torpağa sahib olub qonşulara ziyan yetirməsinə icazə vermə. Belə olmasın ki ,onların əkin xəzinəsi kəndliləri sıxıntıya salsın. Belə olsa ,faydasını onlar götürəcək ,həqarət və məzəmməti dünya və axirətdə sənin olacaq.”

Hazırkı cümlələrdə həzrət müəyyən sui-istifadə amilləri üzərində dayanır , aydınlaşdırır ki ,qohumlar və yaxınlar müxtəlif adlarla başqalarının malını necə qarət edir. Onlar mülklərinə yaxın çarəsizlərin mülklərinə sahib durur ,müştərək görüləsi işləri boyunlarından atırlar.

QANUNQARŞISINDA BƏRABƏRLİK

İslam qanunlarında mühüm və həyati üsullardan biri bütün fərdlərin qanun qarşısında bərabərliyidir. Müqəddəs İslam şəriəti eyni bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutur ,bütün insanlar ictimai mövqeyindən , şəxsiyyətindən ,mövcud dostluq və qohumluq rabitələrindən asılı olmayaraq eyni cür cəzalandırılır. Heç bir məsələ o bərabərliyə mane ola bilməz. Həzrət Əli (ə) buyurur:

وَأَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَالْبَعِيدِ، وَكُنْ فِي ذلِكَ صَابِراً مُحْتَسِباً، وَاقِع ذلِكَ مِنْ قَرَابَتِكَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ، وَابْتَغِ عَاقِبَتَهُ بِمَ يَثْقُلُ عَلَيْكَ مِنْهُ، فَإِنَّ مَغَبَّةَ ذلِكَ مَحْمُودَةٌ

“İstər yaxın olsun ,istər uzaq ,həmişə haqq-ədaləti gözlə ,bu yolda dözümlü ol. Haqqa görə qohumların və yaxınların ziyan görsə ,bu əməlini Allahın hesabına yaz. Həmişə haqqın aqibətini düşün ,çünki haqqın sonu sitayişə səbəb olur.”

İNFORMASİYAVƏ MƏSƏLƏLƏRİN PRİNSİPİAL İZAHI

İslam mə’sumlar və xalqın qarşılıqlı e’timadını hökumətin həyati sütunlarından biri kimi qəbul edir və bildirir ki ,belə bir e’timad olmadan ictimai həyat davam edə bilməz. Hakim xalqa e’timadlı olduğu kimi ,xalqın da hakimə e’timadlı olması zəruridir. Xalq üçün bir məsələ qaranlıq qaldıqda ,vəzifə dəyişiklikləri baş verdikdə hakim xalqı bu məsələlərdən xəbərdar etməli , müsəlmanların zehində yaranmış şübhələri məntiqi şəkildə aradan qaldırmalıdır. Həzrət buyurur:

وَإِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً، فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ، وَاعْدِلْ عَنكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ، فَإِنَّ فِي ذلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ، وَرِفْقاً بِرَعِيَّتِكَ، وَ إِعْذَاراً تَبْلُغُ فِيه حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ

“Əgər xalq səndən bədgüman olsa öz üzr və dəlilini onlara aşkar bildir ,sui-zənnin qarşısını al. Çünki bu yol sənin özün üçün riyazət (nəfsin tərbiyəsi),rəiyyət üçün lütfdür. Belə bir üzrxahlıq onları haqq-ədalətə öyrətməyin və haqqa tabeçiliyə vadar etməyin üçün vasitədir.”

Bu cümlələrdən məsələlərin məntiqi izahının həyati nəticələri aydınlaşır:

1.Xalq qarşısında məsələlərin izahını özü üçün zəruri sayan hakim əslində xalqın üstünlüyünü qəbul etmişdir. Bu baxış ,xalqla bu sayaq rəftar valinin öz nəfsinə hakimliyinə səbəb olacaq. Nəfsə bu sayaq hakimlik bir növ riyazətdir və hakim bu yolla özünün və başqalarının nəfs istəkləri ilə mübarizə apara bilər.

2.Məsələlərin köklü izahı səbəb olur ki ,xalq həqiqətlə tanış olsun ,ədalətli rəftarı özü üçün zəruri saysın və ədalətin icrasından narazı qalmasın.

DİNCYANAŞI YAŞAMAQ

İlahi İslam ayinləri hər şeydən öncə sülh ,saziş və dinc yanaşı yaşayışa də’vət edir. Sülh ən ali hədəflərdən biri kimi tanıtdırılır.

Hakim xarici və daxili siyasi dinc-yanaşı yaşayış prinsipi əsasında tənzimləyir ,həmişə ,hər yerdə sülh və əmin-amanlığa çalışır.

Düşmən tərəfindən sülh və əmin-amanlıq təklif olunduqda İslam hakimi müsbət cavab verib savaşı dayandırmağa vəzifəlidir.

İslamın bu siyasəti ilə tanış olduqdan sonra müəyyənləşdirək ki ,İslam bütün hallarda qeyd-şərtsiz sülhü qəbul etməlidir ,yoxsa hansısa şərtlər var? Bütün şiə fəqihlərinin icma rə’yi budur ki ,sülhün qəbulunda əsas şərt sazişin İslam və müsəlmanların xeyrinə olmasıdır. Əgər sülh İslamın və müsəlmanların zərərinə olarsa ,belə bir sülhlə razılaşmaq olmaz. Bu səbəbdən həzrət Əli (ə) buyurur:

وَلاَ تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّ كَ لله فِيهِ رِضىً، فإِنَّ فِي الصُّلْحِ دَعَةًلِجُنُودِكَ، وَرَاحَةً مِنْ هُمُومِكَ، وأَمْناً لِبِلاَدِكَ، وَلَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكِ بَعْدَ صُلْحِهِ، فَإِنَّ الْعَدُوَّ رُبَّمَ قَارَبَ لِيَتَغَفَّلَ، فَخُذْ بِالْحَزْمِ، وَاتَّهِمْ فِي ذلِكَ حُسْنَ الظَّنِّ

“Düşmənin təklif etdiyi və Allahın razılığına olan sülhü rədd etmə. Çünki sülh qoşunun ,sənin və məmləkətin asayişinə səbəb olar. Amma sülh və sazişdən sonra ayıq ol. Olsun ki ,sülh təklifində məqsəd yuxuya verməkdir. Yaxşı olar ki ,ehtiyatı əldən verməyib ,bu sazişdə nikbinliyə əsas axtarasan.”

SÜLHÜNNƏTİCƏLƏRİ VƏ DÜŞMƏN QARŞISINDA AYIQLIĞIN ZƏRURƏTİ

Həzrət mövlanın bəyanatına diqqət yetirdikdə sülhün əsas faydaları da aydınlaşır:

Dinc-yanaşı yaşayış bərpa olunduqda qoşun və silahlı qüvvələr rifah və asayişdən faydalanır.

İslam hakimi də ruhi aramlıqdan bəhrələnir ,bu aramlıq sayəsində məmləkəti nizama sala bilir.

Hər şeydən mühümü ,cəmiyyətin amalı olan əmin-amanlıq bərpa olunur.

Həzrət mövla bu faydaların bəyanının ardınca düşmən qarşısında ayıq olmağı tapşırır. Çünki düşmən düşməndir ,daim meydanı özününkü etmək istəyir. Düşmən nəfəs dərmək üçün də sülh təklif edə bilər. Buna görə də hakim ehtiyatlı olmalı ,düşmənə nikbinliklə yox ,şübhələrlə yanaşmalıdır.

ƏHDƏVƏFA

Əhdə vəfa və öhdəliklərə əməl İslam baxımından ən ali insani fəzilətlərdəndir. Qur’ani-kərim və mə’sum imamların əsərləri əhdə vəfanı iman şərtlərindən biri sayır. Əhdə vəfasızlıq dinsizlik və imansızlıq kimi qəbul olunur. Əhdə vəfa dedikdə təkcə müsəlmanların bir-birləri ilə vəfalı olması nəzərdə tutulmur. Müsəlmanlar vəzifəlidirlər ki ,biganələr və kafirlər qarşısında da bu prinsipə əməl etsinlər. Həzrət buyurur:

وَإِنْ عَقَدْتَ بَيْنَكَ وَبَيْنَ عَدُوّ لَكَ عُقْدَةً، أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً، فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ، وَارْعَ ذِمَّتَكَ بِالاَْمَانَةِ، وَاجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَ أَعْطَيْتَ، فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللهِ عزوجلّ شَيْءٌ النَّاسُ أَشدُّ عَلَيْهِ اجْتَِماعاً، مَعَ تَفْرِي

1.Eyş-işrət

Eyş-işrət təhlükəsi adi insanlardan daha çox hakimləri hədələyir. Böyük imkanlara malik hakimi təqvadan başqa heç bir qüvvə eyş-işrətdən çəkindirə bilməz. Demək ,hakim təqvaya başqalarından daha çox ehtiyaclıdır.

2.Ümumi büdcənin düzgün bölüşdürülməsi zərurəti

Bütün xalqa məxsus olan əmlak onlar arasında bərabər bölünməlidir. Hakim ümumi əmlakı özünə və ya xüsusi bir qrupa aid edə bilməz. Hakim bu işdə ayrıseçkiliyə yol versə ,zülmə uğramışdır və bir gün məzlumların hökm verəcəyi mühakimədə zülmdə ittiham olunacaq ,zülmünün cəzasına çatacaq.

3.İctimai rə’yə ehtiram zərurəti

İctimai fikirə hörmət hakimin xüsusi vəzifələrindəndir. Əgər xalqı narahat edən xilaf işlər ,əyintilər ,əxlaqi və idari fəsadlar e’tinasızlıqla qarşılansa ,hakim özünü nadanlığa vursa ,onu bəd bir aqibət gözləyir.

4.Qəzəbdən pəhriz və əxlaqi prinsiplərə riayət olunması zərurəti

Xalq hakimə ehtiyac duyub dərdinə çarə gözlədiyindən onun qəzəb və e’tinasızlığına dözə bilmir. Kiçik bir yersiz hərəkət ağrılı dərdlə nəticələnir. Məs’ul şəxslər öz sərt rəftarları ilə xalqı incitməməli ,onları özlərindən qaçırmamalıdırlar.

İBRƏTGÖTÜRMƏK ,QUR’AN VƏ SÜNNƏ ƏSASINDA HƏRƏKƏT

Qur’an və sünnənin cəmiyyətdə yeri haqqında danışarkən qeyd olundu ki ,Qur’an və sünnə bütün ictimai ,siyasi ,iqtisadi məsələlərin mənbəsi sayılır. Hakim bu iki mənbə əsasında hərəkət etməlidir. Qur’an və sünnənin hökmündən çıxmaq qəbuledilməzdir. Hakimin Qur’an və sünnəyə biganəliyi onun kənarlaşdırılması ilə nəticələnəcək.

Həzrət Əli (ə) Malikə hərəkət me’yarlarını tanıtdırarkən tarixdən ibrət götürməyi hakim üçün zəruri sayır. Həzrət buyurur:

وَالْوَاجِبُ عَلَيْكَ أَنْ تَتَذَكَّرَ مَ مَضَى لِمَنْ تَقَدَّمَكَ: مِنْ حُكُومَة عَادِلَة، أَوْ سُنَّة فَاضِلَة، أَوْ أَثَر عَنْ نَبِيِّنَا(صلى الله عليه وآله) أَوْفَرِيضَة فِي كِتَابِ اللهِ، فَتَقْتَدِيَ بِمَا شَاهَدْتَ مِمَّا عَمِلْنَا بِهِ فِيهَا

“Ədalətli hökumətləri ,fəzilətli sünnələri ,Qur’ani-məciddəki zərurətləri ,kitablarda peyğəmbərdən nəql olunmuş üsulları yadda saxlamalı ,bizim əməl etdiklərimizə və şahid olduqlarına tabe olmalısan.”

MƏS’ULLARA İŞ PROQRAMI VERMƏK RƏHBƏRİN VƏZİFƏSİDİR.

Hökumət məs’ulları üçün iş proqramı hazırlamaq ,onların vəzifələrini şərh etmək rəhbərin vəzifəsidir. Rəhbər bu vəzifəsinə əməl etməsə ,höccət tamamlanmamış , xəbərdarlıqlar başa çatdırılmamış qalır. Bu vəzifəyə əməl etdikdə məs’ullar üçün üzr yeri qalmır. Həzrət buyurur:

وَتَجْتَهِدَ لِنَفْسِكَ فِي اتِّبَاعِ مَ عَهِدْتُ إِلَيْكَ فِي عهْدِي هذَا، وَاسْتَوْثَقْتُ بِهِ مِنَ الْحُجَّةِ لِنَفْسِي عَلَيْكَ، لِكَيْلاَ تَكُونَ لَكَ عِلَّةٌ عِنْدَ تَسَرُّعِ نَفْسِكَ إِلَى هَوَاهَا، فَلَنْ يَعْصِمَ مِنَ السُّوءِ وَلاَ يُوَفِّقَ لِلْخَيْرِ إلاَّ اللهُ تَعَالى

“Çalış ,bu fərmanda sənin üçün tənzimlədiklərimə tabe olasan , göstərişlərimə əməl edəsən. (Ey Malik) Mən bu fərman vasitəsi ilə səninlə əhd-peymanımı möhkəmləndirdim ,höccəti tamamladım. Belə ki ,əgər nəfsin azğınlıq etsə ,həvəs ardınca getsən ,bəhanən olmayacaq. Əlbəttə ki ,yalnız Allah insanı pisliklərdən hifz edir ,ona yaxşılıq tövfiqi verir.”

NAMAZVƏ ZƏKATIN BƏRPASI , XİDMƏTÇİLƏRLƏ YAXŞI RƏFTAR

Həzrət buyurur:

وَقَدْ كَانَ فِيَم عَهدَ إليَّ رَسُولُهُ(عليه السلام) فِي وَصَايَاهُ: "تَحضيضاً عَلَى الصَّلاةِ وَالزَّكَاةِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ"، فَبِذَلِكَ أَخْتِمُ لَكَ مَا عَهِدَ، وَل قُوَّةَ إلاَّ بِاللهِ العَظِيمِ

“Həzrət Peyğəmbər (s) daim mənə buyurardı ki ,namaz və zəkatınıza , qulamlarınızla yaxşı rəftara çox diqqətli olun.”

ŞƏHADƏT, YOLUN SONU

Mö’min insan üçün xüsusi ilahi ne’mətlərdən bir Allah yolunda ,Allah hökmlərinin bərqərar olması naminə şəhadətdir. Şəhadətə qovuşmaq yolun sonu ,insan yüksəlişinin zirvəsi sayılır. Buna görə də həzrət Əli (ə) özü və Malik üçün şəhadət diləyərək öz valisini duanın tə’sirləri ilə tanış edir.

Söhbətimizin sonunda həzrətin duasını birlikdə oxuyaq:

وَأَنَا أَسْأَلُ اللهَ بِسَعَةِ رَحْمَتِهِ، وَعَظِيمِ قُدْرَتِهِ عَلَى إِعْطَاءِ كُلِّ رَغْبَة، أَنْ يُوَفِّقَنِي وَإِيَّاكَ لِمَ فيهِ رِضَاهُ مِنَ الاِْقَامَةِ عَلَى الْعُذْرِ الْوَاضِحِ إِلَيْهِ وَإِلَى خَلْقِهِ، مَعَ حُسْنِ الثَّنَاءِ فِي الْعِبَادِ، وَجَمِيلِ الاَْثَرِ فِي الْبَلاَدِ، وَتَمَامِ النِّعْمَةِ، وَتَضْعِيفِ الْكَرَامَةِ، وَأَنْ يَخْتِمَ لِي وَلَكَ بالسَّعَادَةِ وَالشَّهَادَةِ، إِنَّا إِلَيْهِ رَاغِبُونَ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ كثيراً

“Mən böyük Allahdan diləyirəm ki ,sonsuz rəhməti və əzəmətli qüdrəti ilə məni və səni razı olduğuna vadar etsin. Bizim yersiz və aşkar üzrümüzü özü və xalqı qarşısında qəbul etsin. Bəndələr arasında yaxşı adla ,şəhərlər və diyarlarda xoş ünvanla ,bütün ne’mətlərlə ,böyük izzətlə ,səadət və şəhadət sorağıyla ömrümüzü başa çatdırsın. Biz Ondanıq və Ona doğru qayıdacağıq.

Salam olsun Allahın rəsuluna və onun pak-pakizə ailəsinə. Amin ya Rəbbəl-aləmin.”


[1]“Nəhcül-bəlağə”,məktub 38.
[2]Şeyx Səduq, “Əmali”,səh.377.
[3]“Naziat” surəsi,ayə40.
[4]bax:“Muhəmməd” surəsi,ayə7.
[5]bax:“Ali-İmran” surəsi,ayə160.
[6]“Əl-Mizan”, 5-ci cild,səh.292.
[7]“Əl-fiqh”, səh.369.
[8]bax: “Fəth” surəsi,ayə 10.
[9]“Mustədrəkul-vəsail”, 12-ci cild,səh.31.

(İmam Əlinin (ə) dövlətçilik yinlərinə baxışı)

ÖN SÖZ

1. “Nəhcül-bəlağə”

2.Malik Əştərin əhdnaməsi

3.həzrət Əlinin (ə) nəzərində Malik Əştərin şəxsiyyəti

DÜŞMƏNDİLİNDƏN MALİKİN VƏSFİ

4.Misir torpağının dəyər və əhəmiyyəti

5. “Nəhcül-bəlağədən” istifadə qaydası

QƏFLƏTİNARADAN QALDIRILMASI

ALLAHABƏNDƏLİK SAYƏSİNDƏ AĞALIQ

VALİNİNMƏS’ULİYYƏTLƏRİ

XƏRACTOPLANMASI

DÜŞMƏNLƏRDƏNMÜDAFİƏ

XALQINİSLAHI

ŞƏHƏRLƏRİNABADLIĞI

CƏMİYYƏTİNİSLAH VƏ TƏRƏQQİSİ ÜÇÜN ÖZÜNÜTƏRBİYƏ ZƏRURƏTİ

SƏADƏTVƏ BƏDBƏXTÇİLİK YOLU

TƏQVANINYÖNÜMLƏRİ

BÖYÜKCİHAD (“CİHADİ-ƏKBƏR”)

ALLAHYOLUNA YARDIM SAYƏSİNDƏ QEYBİ KÖMƏKLƏR

QƏLBLƏYARDIM

ƏLİLƏ YARDIM

DİLİLƏ YARDIM

ALLAHINDƏYİŞMƏZ VƏ’Dİ

ÖZÜNÜUNUTMAQ

SALEHLƏRİNDÜNYA MÜKAFATI

YAXŞIAD–SALEHLƏRİN AXİRƏT VƏSİQƏSİ!

BATİNƏDİQQƏT VƏ NƏFSƏ AĞALIQ

NƏFSİSTƏKLƏRİNİN TƏNZİMİ

İSLAMVƏ DİNİ AZLIQLAR

FƏSADVƏ GÜNAH AMİLLƏRİ

XALQAQARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR.

ÜMUMİTOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ

DÖVLƏT MƏ’MURLARININ MADDİ EHTYİACLARININ TƏ’MİNİ

1.Eyş-işrət

2.Ümumi büdcənin düzgün bölüşdürülməsi zərurəti

3.İctimai rə’yə ehtiram zərurəti

4.Qəzəbdən pəhriz və əxlaqi prinsiplərə riayət olunması zərurəti