Sualınızı soruşun

08 October 2024 Saat 12:14

Salamun aleykum Sual: Birinci və ikinci “Fatimiyyə” günləri neçə gündür? “Fatimiyyə” günlərində neçə gün əzadarlıq etmək xüsusunda rəvayət varmı?

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum və rəhmətullah

Cavab:

Möminlərin “Fatimiyyə” günlərində neçə gün əzadarlıq və matəm saxlamaqları barəsində bir hədis yoxdur, amma rəvayətlərdə qeyd edilibdir ki, möminlər bizim şadlığımızda şad və əzamızda əzadar olsunlar. Həzrət İmam Rza (əleyhissəlam) Rəyyan ibn Şəbibə buyurdu:

" اِن سَركَ اَن تَكُونَ مَعَنا فِي‌الدرَجاتِ العُلي مِنَ الجَنانِ فَاحزَن لِحُزنِنا وافرَحَ لِفَرحِنا"

“Əgər beheştin ali dərəcələrində bizimlə birgə olmaq istəyirsənsə, bizim qəm-qüssəmiz üçün hüznlü ol və şadlığımız üçün xoşhal ol!”[1]

Əmirul-möminin əleyhissəlam da buyurur:

« إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَي اطَّلَعَ إِلَي الْأَرْضِ فَاخْتَارَنَا وَ اخْتَارَ لَنَا شِيعَهً يَنْصُرُونَنَا وَ يَفْرَحُونَ لِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَبْذُلُونَ أَمْوَالَهُمْ وَ أَنْفُسَهُمْ فِينَا أُولَئِكَ مِنَّا وَ إِلَيْنَا»

“Allah təbarək və təala Yerə nəzər saldı və bizi seçdi, şiələrimizi də bizim üçün seçdi ki, onlar bizim sevincimizə xoşhal və bizim qəm-qüssəmizə məhzun və kədərli olurlar. Onlar canlarını və mallarını bizim yolumuzda fəda edirlər; onlar bizdəndirlər və bizə tərəf də gələcəklər.”[2]

“Fatimiyyə” günlərində neçə gün əzadarlıq etmək xüsusda əzəmətli təqlid mərcələrinin nəzəri budur ki, şəriət əhlinin ənənəsi riayət edilməlidir. Məşhur budur ki, cumadil-ula ayının 13, 14 və 15 – ci günləri, həmçinin, cumadis-sani ayının 1, 2 və 3 – cü günlərini matəm və əzadarlıq edirlər ki, bu qayda Əhli-Beyt (əleyhimussəlam) aşiqləri tərəfindən əməl olunan mütədavil və məşhur bir qaydadır. Doğrudur, bəzi şəhərlər və məntəqələrdə möminlər birinci “Fatimiyyə”ni beş gün və ikinci “Fatimiyyə”ni də beş gün matəm saxlayıb əzadarlıq edirlər ki, çox-çox yaxşıdır və buna tövsiyələr də olunur. Həmçinin, bəzi digər məntəqələrdə isə həzrət Fatimənin (əleyhasəlam) əzadarlıq mərasimləri birinci “Fatimiyyə”dən ikinci “Fatimiyyə”yə qədər ardıcıl davam edir.

Bu əyyamda əzadarlıq halətinin qorunub saxlanılması sayəsində Məsumların (əleyhimussəlam) xüsusi məhəbbət və inayətinin cəlb olunmasına səbəb olacaqdır, İnşaallah!

[1] “Uyunu əxbarir-Rza” (əleyhissəlam), mərhum Şeyx Səduq, 1-ci cild, səh. 300

[2] “Xisal”, mərhum Şeyx Səduq, 2-ci cild, səh. 635; “Biharul-ənvar”, mərhum Əllamə Məclisi, 44-cü cild, səh. 278

İltimasi dua!


کلمات کلیدی :

Əyyame Fatimiyyə (əleyhasəlam)

۲,۴۳۱