pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Evlənmək haqda
Tarixində 05 August 2021 & Saat 17:57

İzdivac zamanı hansı işləri görmək haram, hansıları isə məkruhdur?

Həyat yoldaşı ilə yaxınlıq; bəzi zamanlarda haram (qadağan), bəzi zamanlar məkruh (xoşa gəlməz) və bəzi zaman və saatlarda isə yaxşı (münasib) olur.

A-Həyat yoldaşı ilə yaxınlığın haram olduğu yerlər və zamanlar:

1-Ehram (həcdə ehram ) halında.

2-Nifas ( doğuşdan sonra gələn qan ) zamanı.

3-Etikaf halında.

4-Aybaşı dövründə.

5-Vacib oruc halında.

6-Qadın 9 yaşından az olan vaxtda.

7- Həcdə təvaf və nisa namazını yerinə yetirməmiş olan şəxs.

B-Qadınla yaxınlıq və nütfə bağlanmasının xoşagəlməz olduğu yerlər və zamanlar.

1-Sübh açılan zamandan günəş çıxana qədər .

2-Günəşin batan vaxtından şəfəqin çəkildiyi vaxta qədər .

3-Günəş tutulan gündə (və ay tutulan gecədə ).

4-Zəlzələ olan gündə (gecədə).

5-Sarı, qırmızı və qara küləklər əsən gündə (gecədə).

6-Ay əqrəb bürcündə olan zaman zifaf (toy gecəsi) məkruhdur.

7-Orucluq və Qurban bayramına keçən gecə.

8-Şəban ayının 15-nə keçən gecə.

9-Azan və iqamənin arasında.

10-Hamilə qadınla dəstəmazsız məkruhdur. (xoşagəlməzdir) Əgər dəstəmaz alsa işkalı (maneəsi) yoxdur.

11-Şəban ayının axırıncı günündə.

12-Evin damında.

13-Sabahısı səfərə çıxacaqsa (həmin gecə.

14-Gecənin əvvəl saatlarında (cümə günündən başqa).

 

C-Qadınla yaxınlığın münasib (yaxşı) olduğu saat və zamanlar

1-Əgər həftənin 1-ci gününə keçən gecə övladin nütfəsi baqlanarsa, Allahın qismətinə razı və Quran hafizi olar .

2-Həftənin 2-ci gününə keçən gecəsində yaxınlıqdan dünyaya gələn övlada İslamın səadəti ruzi olar, o ağzı xoş iyli, səxavətli, dili isə böhtan və qeybətdən pak olar.

3-4-cü günə keçən gecədə övladın nütfəsi bağlanarsa, şəriət hakimi, ya alimlərindən olar.

4-4-cü gün günəş göyün ortasında olanda övlad yetişə qocalana qədər şeytan ona yaxın olmaz və Allah Təala salamatçılığı dünya və axirətdə ona nəsib edər.

5-Cüməyə keçən gecədə övlad yetişsə xətib və natiq olar.

6- Cümə günü günortadan sonra övladın nütfəsi bağlanarsa məşhur alimlərdən olar.

Bu barədə daha çox məlumat əldə etmək üçün Əllamə Məclisinin "Hilyətul-muttəqin" kitabına müraciət edin.

1564 Görüş