Sualınızı soruşun

29 March 2024 Saat 14:09

Salam. Kəsiruş-şəkk namazın rəkətlərinin sayında şəkk edərsə, hökmü nədir?

پاسخ :

Allahın adı ilə

salamun aleykum

Kəsiruş-şək o kəsdir ki, ona ürfdə: çox şəkk edəndir desinlər. O kəs ki, ən azı ardıcıl üç namazın hər birində bir dəfə şəkk etsə, belə şəxs kəsiruş-şəkk sayılır. Əgər belə bir şəxsin çox şəkk etməsinin mənşəyi qəzəb, qorxu, iztirab və fikri pərişanlıq olmazsa, öz şəkkinə etina etməsin.

Kəsiruş-şəkk namaz qılarkən əgər namazın şərait və cüzlərindən hansınısa yerinə yetirib, yetirməməkdə şəkk etsə, gərək belə qəsd edib və qərara gəlsin ki, onu yerinə yetiribdir. Məsələn, əgər şəkk etsə ki, rüku edib, yaxud xeyr, gərək bu qərara gəlsin ki, rüku edibdir. Digər tərəfdən, əgər namazı batil edən hər hansı bir əməli edib, etməməsində şəkk edərsə, məsələn: şəkk etsə ki, sübh namazını iki rükət qıldı və ya üç rükət, gərək səhih namaz qıldığına qərar versin.

Namazın bir yerində çox şəkk edən kəs, əgər namazın başqa bir yerində şəkk edərsə, gərək o şəkkin göstərişinə əsasən əməl etsin. Məsələn, bir kəs səcdəni yerinə yetirməsində çox şəkk edirsə, bu şəxs əgər rükunu yerinə yetirməsində şəkk edərsə, gərək onun göstərişinə əməl etsin, yəni əgər hələ səcdəyə getməyibsə, rükunu yerinə yetirsin və əgər səcdəyə gedibsə şəkkinə etina etməsin.

O kəs ki, müəyyən bir namazda, məsələn; zöhr namazında çox şəkk edirsə, əgər başqa bir namazda, məsələn; əsr namazında şəkk etsə, gərək şəkkin göstərişinə uyğun rəftar etsin.

O kəs ki, müəyyən bir yerdə namaz qılarkən çox şəkk edirsə, əgər o yerdən başqa bir yerdə namaz qılarkən onda şəkk yaranarsa, gərək şəkkin göstərişinə əməl etsin.

Əgər insan şəkk etsə ki, kəsiruş-şəkk olubdur ya xeyr, gərək şəkkin göstərişinə əməl etsin. Kəsiruş-şəkk o vaxta qədər ki, camaatın adi halına qayıtmasına yəqin etməyibsə, gərək öz şəkkinə etina etməsin.

O kəs ki, çox şəkk edir, əgər bir rüknü yerinə yetirib-yetirməsində şəkk edərsə və öz şəkkinə etina etməzsə, sonra onu yerinə yetirməməsi yadına gələrsə, əgər o rükn, təkbirətul-ehram olsa, namazı batildir: istər sonrakı rüknə daxil olsun, istərsə də daxil olmasın. Amma o rükn, təkbirətul-ehram olmasa və başqa rüknlərdən biri olsa, bu surətdə əgər sonrakı rüknə başlamayıbsa, gərək onu yerinə yetirsin. Lakin əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Məsələn, əgər şəkk etsə ki, rüku edib, ya yox və bu şəkkinə də etina etməyibsə, əgər ikinci səcdədən qabaq yadına düşsə ki, rüku etməmişdir, bu surətdə gərək qayıdıb, rükunu əncam versin və əgər ikinci səcdədə yadına gələrsə, namazı batildir.

O kəs ki, çox şəkk edir, əgər namazın rükn olmayan bir əməlini yerinə yetirib-yetirməməkdə şəkk etsə və şəkkinə etina etməzsə və sonradan o əməli yerinə yetirmədiyi yadına gələrsə, əgər o əməli yerinə yetirməsi məhəlindən hələ ötüb keçməyibsə, gərək o əməli yerinə yetirsin. Amma əgər o əməlin yerinə yetirilməsi məhəlindən ötüb keçibsə, namazı səhihdir. Məsələn, əgər “Həmd” surəsini qiraət edib, etməməsində şəkk edərsə və bu şəkkinə etina etməzsə, əgər onu qiraət etməməsi qunutda yadına düşərsə, gərək “Həmd”i qiraət etsin və əgər rükuda yadına düşərsə, namazı səhihdir.

 

کلمات کلیدی :


۱,۹۹۱