Sualınızı soruşun

29 March 2024 Saat 09:44

Salamun aleykum. Lütfən "Məhdi" və "Məhdəviyyət" terminləri və onların mənaları barəsində izah verin

پاسخ :

Bİsmilləhir-Rahmənir-Rahim

Salamun aleykum

“Məhdəviyyət” termini həzrət imam Sahib əz-Zaman əleyhissəlamın barəsində bəhs edən bir mövzunu əhatə edir. O cümlədən, Həzrətin təvəllüdü, qeybə çəkilməsi, zühur etməsi, hakimiyyəti, zühur dövründə və zühurdan sonra baş verən hadisələrdən ad aparmaq olar. Qramatik baxımdan “Məhdəviyyət” sözü ikinci dərəcəli cümlə üzvü - tamamlıqdır (ismi-məf`ul) və “hidayət edilmiş” mənasında işlənən “Məhdi” kəlməsinin kökündəndir. “Məhdi” kəlməsi bəzən də indiki zaman feli sifəti mənasına olub (ismi fail) “hidayət edən” mənasında işlənir. Məhdi adı bəşərin zühurunu gözlədiyi o Həzrətin ən məşhur adıdır. Bu ad, xalqı çaşqınlıqdan haqqa və ilahi dinə hidayət etməsi baxımından o Həzrətə verilmişdir ki, bu surətdə Məhdi kəlməsi indiki zaman feli sifəti və hidayət edən mənasında işlənmişdir.

Həzrət İmam Sadiq əleyhissəlam bu barədə buyurur:  “...Həzrət Qaimə (əleyhissəlam) xalqı müsəlmanların unutduqları dinə hidayət etməsi xatirinə Məhdi demişlər.”

Vədə verilmiş Məhdinin zühuru yalnız İslam dinində deyil, əslində bütün dinlər və məzhəblərdə, o cümlədən, yəhudi, xrisyian, atəşpərəst, hətta bütpərəstlikdə belə, müzakirə edilmiş və vardır. Bu mənaya ki, zamanın sonunda (həyatın sona çatmaq əsnasında) dünyanı islah edən bir şəxs zühur edəcək və bəşərin cinayətlərinə, xəyanətlərinə və ayrı-seçgilik etməsinə son qoyacaqdır. Amma müsəlmanların arasında o xilasedicinin adı Məhdi olaraq tanındığı üçün bu təfəkkürə “Məhdəviyyət” adı verilmişdir.

Hər halda, xilqət aləminin qanunları ilə müvafiq olan Məhdəviyyət təfəkkürü və əqidəsi səmavi kitablardan götürülmüşdür. Şiə etiqadında olan müsəlmanlar arasında bu təfəkkürlə bağlı mühüm bəhslər, o cümlədən, Həzrətin zühuru, hakimiyyəti və ədaləti dünyada bərpa etməsi kimi mövzular müzakirə edilir.

کلمات کلیدی :


۲,۳۱۰