Sualınızı soruşun

16 April 2024 Saat 23:55

Mən öz anamı bütün vücudumla sevirəm və onun hörmətini saxlamaq üçün heç bir səy və bacarığımı əsirgəmirəm. Amma o, mənimlə elə rəftar edir ki, əgər ona zahiri bənzərim olmasaydı, deyərdim ki, yəqin mən onun övladı deyiləm. Anam mənim əlimdən əsəbləşcəyin, məni vurur, hamının qarşısında təhqir edir, danlayır, başıma çığırır, töhmət vurur və yaraşmaz sözlər deyir. Həmişə mənə deyir ki, səndən acığım gəlir, ürəyimdə sənə qarşı kin-küdurət vardır. Doğrusu, bilmirəm ki, nə edim?! Ona cavab qaytardıqda, özümə nifrət edirəm və deyirəm ki, elə bu anda Allah məndən qəzəblidir, əməllərim qəbul deyil... Heç bir cavab qaytarmadıqda da, əsəbləşirəm, başqaları ilə bədəxlaq oluram. Lütfən mənə yol göstərin ki, anamla necə rəftar etməliyəm?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab) Möhtərəm xanım, bütün bu çətinliklərə baxmayaraq sizin, Allah-taalanı düşünüb: olmaya Onun qəzəbinə səbəb olacaq bir işi edə biləcəyinizdən nigaranlıq hissi keçirməyiniz, həqiqətən, çox sevindirici bir haldır. Bu dünyada hər bir insanın müəyyən nöqsanları vardır, günahsız və nöqsansız insanlar bizim məsum imamlarımız (əleyhimussəlam)- dır. Hər bir kəs, hər nə qədər pisliklər və nöqsanları özündən uzaqlaşdırarsa, bir o qədər Allaha və Əhli-Beytə (əleyhimussəlam) yaxınlaşar. Bunu bilin, ananızın fikir tərzi, sizin fikriniz kimi ola bilməz. Siz indiki zamanda böyümüsünüz, amma ananız sizdən qabaqkı bir dövrdə böyüyübdür. İnsan hər bir mühitdə yaşayıb öz cavanlıq dövranını o mühitdə başa vurursa, bu, insanın mənəvi keyfiyyətini və əhvali-ruhiyyəsini müəyyən edən etik normaların formalaşmasında çox böyük təsir qoyur. Çalışın, insanlarda gördüyünüz hər növ pisliklər üçün mümkün qədər müəyyən bir cəhət və səbəb tapasınız, onları dərk edəsiniz. Sizin ananız, sizinlə hər cür rəftar etmiş olsa belə, yenə sizin ananızdır və onun ehtiramını riayə tetmək sizin vəzifənizdir. Olmaya onunla tünd və kobud rəftar edəsiniz. Hər zaman onun rəftarından narahat olub qüssələndiz, iki rükət namaz qılın, Rəbbinizə ürəyinizi açıb danışın və İmami- Zaman (əleyhissəlam)- dan kömək alın, kədərinizi və çətinliklərinizi o həzrətə deyin. Ola bilsin Allah-taala sizə xüsusi nəzər yetirsin, qəlbinizi Öz məhəbbəti ilə elə doldursun ki, bir daha başqalarının tünd rəftarından narahat olmayasız və bu kimi məsələlərlə bağlı rahatcasına güzəşt edəsiz. Bunu da bilin ki, Allah-taalanın yanında bu söylədiklərinizin müqabilində səbr etməyinizin çox böyük əcri vardır.

Eyni halda, əgər təsiri olacağına ehtimal edirsizsə, onun bədəxlaqlığının kökünü araşdırın və bəzi ruhanilərdən söz eşidə bilirsə, öz çətinliyinizi o ruhaniyə söyləyin ki, ananıza, doğru yol göstərib islah olmasında kömək olsun.

Ümidvaram, həzrət Əbul-həsən imam Əli ibni Musər-Rzanın (əleyhiməssəlam) xüsusi inayəti sizə şamil olsun.

کلمات کلیدی :

Ananın bədəxlaqlığı müqabilində qızın rəftarı

۲,۵۳۱