Sualınızı soruşun

25 April 2024 Saat 00:03

Həzrət Seyyiduş-Şühədaya (əleyhissəlam) və digər məsum İmamlara (əleyhimussəlam) ağlamaq və əzadarlıq saxlamağın nə əhəmiyyəti vardır?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Sualın cavabı:

Həzrət Seyyiduş-Şühədaya (əleyhissəlam) və digər məsum İmamlara (əleyhimussəlam) ağlamaq və əzadarlıq saxlamaq, ən fəzilətli ibadətlərdəndir və bunu bir sıra əxlaqi və tərbiyəvi fəlsəfələri vardır, o cümlədən:

1-Müsəlman ümməti ilə bəşərin haqq və İlahi nümunələri və ülgüləri arasında, onlara diqqət edib həyat yollarını əməli şəkildə davam etdirmək məqsədilə dərin məhəbbət və peyvənd yaratmaq,

2-Geniş şəkildə dini məclislərin bərpası və böyük kütlələrin dini maarifə yiyələnmələri,

3-Ruhun və nəfsin saflanıb təmiz edilməsi,

4-Məzluma vəfadarlıq və zalıma qarşı müxalifət göstərməyin elam edilməsi,

5-Zülmlə mübarizəyə və inqilabi ruha ilham verilməsi,

6-Əzəmətli Hüseyn (əleyhissəlam) inqilabının şükuhlu tarixini və xatirəsini diri saxlamaq,

7-İmam Hüseyn əleyhisslamın qiyamının hədəfinə diqqət etmək; çünki insanların inhirafının qarşısını almaq və dini dəyərləri ucaldıb ehya etmək.

İmam Hüseynə (əleyhissəlam) ağlayıb onun üçün əzadarlıq etmək, ancaq məhərrəm ayında deyil, əslində ilin hər bir fəslində məsum imamlar (əleyhimussəlam) tərəfindən göstərişi verilmişdir. Məsumların özləri də əzadarlıq edib göz yaşı tökmüşlər.

Ümumiyyətlə, İmam Hüseynə (əleyhissəlam) ağlamaq və əzadarlıq etməyin mənası budur ki, Aşura qiyamının yad edilib xatırlanması həmişə ehya edilsin.Əhli-Beyt (əleyhimussəlam) və məxsusən İmam Hüseyn əleyhisslam üçün ağlayıb əzadarlıq etmək İlahi şüar və nişanələrdəndir. Bunun sayəsində İslam dininin yaşaması, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və Əmirəl-möminin Əlinin (əleyhissəlam) çəkdikləri bütün zəhmətlərin və dinin qorunub hifz edilməsi təzmin olunur. Aşura gününün xatirələrini və həzrət İmam Hüseyn əleyhisslamın bərhəqq olan qiyamının yad edilməsi ilə bərabər ağlayıb əzadarlıq etmək və İmam Hüseyn əleyhisslamın qiyamının hədəfini və Əhli-Beyt əleyhimussəlamın fəzilətlərini bəyan etməklə din tanınır və haqq batildən seçilir, zülm və sitəmin həqiqi çöhrəsi aşkar edilir. İmam Hüseyn əleyhisslamın qiyamı ilə din yeni həyat tapdı, Bəni-Üməyyənin təhrifindən xilas oldu, dinin həqqaniyyəti və həqiqəti aydın oldu. Ağlamaq və əzadarlıq etmək Aşuranı diri saxlayır və Aşuranın diri qalması dinin diri qalması və din hökmlərinin icra edilməsi və zülmlə mübarizə ruhyyəsinin yaranması deməkdir.

کلمات کلیدی :

Əzadarlıq edib matəm saxlamaq

۲,۱۸۷