Namazın həqiqəti onun birinci rükətində təcəlli edir
10 November 2024
22:44
۲,۷۱۹
Xəbərin xülasəsi :
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Rəsulullah (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Rza əleyhissəlam buyurdu:
"... أَصْلَ الصَّلَاةِ إِنَّمَا هِيَ رَكْعَةٌ وَاحِدَةٌ..."
“Namazın həqiqəti həmin birinci rükətidir.”[1]
Hədislərdə namazın batini və həqiqəti ilə bağlı mühüm bir məsələ ilə qarşılaşırıq və o, budur ki, hər namazın həqiqəti onun birinci rükətindədir. Namaz qılan şəxs, əgər namazın birinci rükətində “təkbirətul-ehram” dediyi zamandan ikinci səcdənin sonuna qədər tam şəkildə hüzuri-qəlb ilə olsa, namazın əsrar və həqiqətini müəyyən miqdar ələ gətirə bilər. Öncə ərz olundu, Allah-təalanın istəyi budur ki, bəndələri namazın əsrar və həqiqətlərindən məhrum olmasınlar. Bu baxımdan əsli bir rükət olan namaza ikinci rükəti əlavə etdi, ona görə ki, camaatın əksəri birinci rükətdə namazın həqiqətinə və onun xüsusiyyətlərinə lazımınca diqqət yetirmirlər. Həmçinin, sonra əziz Peyğəmbərimiz (sallallahu əleyhi və alih) namazın bəzisinə bir rükət, bəzisinə də iki rükət artırdı. Nəticədə namazlar, iki, üç və dörd rükətli oldu. Amma namazın əslini və həqiqətini, elə onun birinci rükəti təşkil edir. Lakin biz əksərən birinci rükətdə kamil şəkildə təmərküz və hüzuri-qəlb hasil edə bilmirik, zehnimiz pərişan, fikrimiz dağınıqlı olduğu üçün, Allah-təala yola sədd çəkməmişdir və ikinci rükəti artırmışdır ki, birinci rükətdə yaranan xələl və nöqsanları ikinci rükətdə islah etsin.
“Vəsailuş-şiə” kitabının müəllifi möhtəşəm “Uyun əxbarir-Rza” (əleyhissəlam) kitabında səkkizinci imamımız həzrət Rzadan (əleyhissəlam) bir hədis nəql eedir. Həzrət orada buyurur:
"قَالَ: إِنَّمَا جُعِلَ أَصْلُ الصَّلَاةِ رَكْعَتَيْنِ وَ زِيدَ عَلَى بَعْضِهَا رَكْعَةٌ وَ عَلَى بَعْضِهَا رَكْعَتَانِ وَ لَمْ يُزَدْ عَلَى بَعْضِهَا شَيْءٌ لِأَنَّ أَصْلَ الصَّلَاةِ إِنَّمَا هِيَ رَكْعَةٌ وَاحِدَةٌ لِأَنَّ أَصْلَ الْعَدَدِ وَاحِدٌ فَإِذَا نَقَصَتْ مِنْ وَاحِدٍ فَلَيْسَتْ هِيَ صَلَاةً فَعَلِمَ اللَّهُ عَزَّ وَ جَلَّ أَنَّ الْعِبَادَ لَا يُؤَدُّونَ تِلْكَ الرَّكْعَةَ الْوَاحِدَةَ الَّتِي لَا صَلَاةَ أَقَلُّ مِنْهَا بِكَمَالِهَا وَ تَمَامِهَا وَ الْإِقْبَالِ عَلَيْهَا"
“Əslində namaz bir rükətdir, ona görə ki, ədədin əsli bir və vahiddir, (əlbəttə, bu illət və ya hikmətin bizim bəhsimizə necə tətbiq edilməsində dəqiq tədqiqlər vardır ki, onlara başqa bir əlverişli məqamda işarə etməliyik). Amma Allah-təala bilir ki, Onun bəndələri bu bir rükəti kamil və tam şəkildə, İlahi dərgaha yönəlmək və təvəccöh ilə əncam verməyəcəklər! “فَقَرَنَ إِلَيْهَا رَكْعَةً أُخْرَى” – Ona görə də o namaza daha bir rükət əlavə etdi.”
[1] “Vəsailuş-şiə”, cild-4, səh. 53; “İləluş-şəraye”, cild-1, səh. 261
(ardı var)