Peyğəmbərin (sallallahu əleyhi və alih) həzrət Siddiqəyə olan ehtiram və hörməti
23 November 2024
15:19
۱,۶۲۶
Xəbərin xülasəsi :
(bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq
Peyğəmbərin (sallallahu əleyhi və alih) həzrət Siddiqəyə olan ehtiram və hörməti
“Səfinətul-Bihar” kitabında nəql edilən hədisdə (bu mətləbi Əbu Bəkr nəql edir) belə deyilir:
« إنّ فاطمة سلام الله عليها يوماً دخلت علي أبيها، فاستقبلها»
“Bir gün həzrət Zəhra Peyğəmbərin yanına gəldi. Peyğəmbər ayağa durub onu istiqbal etdi.”
«و قبِّلَ يديها، ثم لمّا ودّعت و مشت»
“Fatimənin iki əlini tutub öpdü. Sonra Xanım xudahafizləşib getmək istədikdə,”
«شيّعها النبي، و قبّل يديها»
“Peyğəmbər onu müşayiət etdi və bir neçə addım onunla birlikdə getdi, sonra yenidən əllərindən öpdü.”
Əbu Bəkr Peyğəmbərə ərz etdi:
«فقلت يا رسول الله ما رأيت مثل هذا في أحد من النساء، و لا يناسب لمثلک!»
“Ya Rəsuləllah! Fatiməyə olan ehtiramını heç bir xanımına qarşı görməmişəm. Belə rəftar sizə münasib deyil!”
Etiraz edir ki, Siz nə üçün Fatimə ilə bu qədər ehtiramla rəftar edirsiz? Mümkündür məqsədi bu olsun ki, heç kəs öz qızı ilə belə ehtiramla rəftar etmir! Öz yalnış fikrincə Peyğəmbərə nəsihət etmək istəyir. Amma Peyğəmbərin cavabı olduqca əhəmiyyətlidir, Həzrət buyurur:
«فقال ما فعلته إلا بأمر ربّي»
“Mən ancaq Allah-taalanın mənə buyurduğu göstərişinə əməl etdim.”
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Fatimei-Zəhraya (əleyhasəlam) nisbət bəslədiyi bu ehtiram, ata və övlad duyğusu üzündən və ya Xanım Zəhranın pak-pakizə bir müsəlman qadını olması yönündən də deyil, əslində bunlardan daha yüksək bir səbəbdən, yəni Allahın əmrinə əsasən olmuşdur. Peyğəmbər (sallallahu əleyhi və alih) ən şərəfli məxluq olaraq, Allahın əzəmət nurundan yaranmış bu şəxsə nisbət, gərək xalqın gözləri önündə belə hörmət bəsləsin və onunla bu cür məhəbbətlə davransın.
Bu məsələ bizi vadar edir ki, Fatimei-Zəhranın (əleyhasəlam) şəxsiyyəti barədə bir qədər artıq araşdırma aparaq, gərək dərslərimizdə və mütaliəmizdə Fatiməni tanımaq bəhsini genişləndirək. Həzrət Fatimənin (əleyhasəlam) haqqında çoxlu hədislər nəqi olunmuşdur, onların hər biri barədə ayrıca kitablar yazılıb, bəhslər edilməlidir. Bu günlərdə və mənbərlər üstündə Həzrətin əzəməti və Allah-taalanın bu şərafətli vücuda inayəti barədə xalqa daha geniş məlumat verək.
(ardını izləyin)