Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlam
22 December 2024
09:22
۱,۰۴۵
Xəbərin xülasəsi :
(Allah ömrünü uzun etsin) həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın məqam və şəxsiyyəti haqda bəyan etdiyi söhbətin bir hissəsi
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
بسم الله الرحمن الرحیم الحمدلله رب العالمین و السلام و الصلاة علی سیدنا و نبینا و حبیب قلوبنا ابی القاسم محمد و علی آله الطیبین الطاهرین المعصومین و لعنة الله علی اعدائهم اجمعین
Əmirul-möminin əleyhissəlamın şəxsiyyəti haqqında Qiyamətə qədər danışmaq olar və bu heç də mübaliğə deyil. İnsan o Həzrətin fəzilətləri haqda danışmaq istərkən heyran qalır ki, hansını desin, nədən başlasın?Deyir, özüm Peyğəmbərdən (sallallahu əleyhi və alih) eşitdim ki, buyurdu:
«عِنْوَانُ صَحِيفَةِ الْمُؤْمِنِ حُبُّ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ»
Bu hədisin barəsində gərək çox düşünək. Hədisin zahiri və ibtidai mənası budur ki, Qiyamət günü mömin şəxsin əməl naməsi Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbəti ilə möhürlənəcək. Qiyamət günündə namazdan, orucdan, həcdən və sair əməllərdən və ibadətlərdən əvvəl mömin insanın əməl naməsinin əsas ünvanı və başlığı Əli ibn Əbi Talibin (əleyhissəlam) məhəbbətidir.
Bu mənaya aydınlıq gətirmək üçün gərək onun kənarında digər hədisləri də nəzərdən keçirək. Bir hədisdə həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Əmirəl-möminin əleyhissəlama buyurur:
«لا یُحِبُّکَ إلا مُؤمِنٌ و لا یُبغِضُکَ إلا مُنَافِقٌ»
“Ey Əli! Səni ancaq mömin şəxs sevəcək və yalnız münafiq insanın daxilində sənə qarşı kin-küdurət və qəzəb olacaq.”
(ardı var)