Fatimiyyə günləri münasibəti ilə Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Vəramin camaatına xitabən buyurduğu mesajı
22 December 2024
08:54
۴,۹۰۸
Xəbərin xülasəsi :
Allahın adı ilə
Fatimiyyə günləri və şiə aləminin böyük mərcəyi-təqlidi həzrət Ayətullah Fazil Lənkəraninin (r.ə) vəfatının beşinci il dönümü münasibəti ilə şame qəribanda əzadarlar mərhum mərcəyi-təqlidin xatirəsini yad etdilər və bu münasibətlə Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin Vəramin camaatına xitabən buyurduğu audio-fayl masajının mətni.
Siz əziz və dindar camaatın xidmətinə salam ərz edirəm.
Ümidvaram bu günlərdə həzrət Fatimeyi-Zəhra (s.ə) üçün saxladığınız əzadarlıq Allah Təbarək və Təala dərgahında qəbul olsun və inşallah qiyamət günü üçün sizin azuqəniz olsun.
Fatimeyi-Zəhra (s.ə) haqqında nə qədər fikirləşsək az fikirləşmişik, nə qədər ona qarşı ədəbli olsaq, az ədəbli olmuşuq və hər nə qədər əzadarlıq etsək, hər nə qədər onun fəzilətindən danışsaq qiyamətə qədər bacarmarıq və imam Zamandan (ə.c) başqa heç kim onun müsibətlərinin dərinliyini dərk edib və o həzrətin fəzilətlərinin ölçülərini təsəvvür edə bilməz. Diqqət etməliyik əgər Allahı daha çox tanımaq və Ona yaxın olmaq istəyiriksə gərək Allaha yaxın olanların yolundan bu yola daxil olaq. Fatimeyi-Zəhra (s.ə) Allaha ən yaxın olan qadındır. Hamımız bilirik ki, Allahın razılığı Fatimeyi-Zəhranın (s.ə) razılığından asılıdır.
Çalışaq həyatımızda o həzrətin razılığını qazanaq. Bütün işlərdə baxaq görək ki, o həzrətin razılığı nədədir və bu yol ilə Allahın razılığını qazanaq.
Böyük mərcəyi-təqlidlərimiz məxsusən böyük mərcəyi-təqlid həzrət Ayətullah Fazil Lənkərani (Allah ondan razı olsun) Fatimeyi-Zəhranın (s.ə) əzadarlığını ikinci aşura kimi olmasını istəmiş və Allaha şükürlər olsun ki, bu gün bu böyük alimin vəfatından beş il sonra görürük ki, ölkə istənilən kimi özünə əza rəngi almış, əzadarlıq məclisləri geniş vüsət almış və siz əzizlər də, bu gecələri İslamın o böyük xanımı üçün əzadarlıq etdiniz. Şübhəsiz bilin ki, həzrət Peyğəmbəri Əkrəmin (s) və imam Zamanın (ə.c) yanında çoxlu əcriniz var.
Çalışın hər il bu mərasimləri daha geniş şəkildə keçirin və mən öz adımdan siz əziz Vəramin camaatından, möhtərəm ruhanilərdən, camaat və cümə namazının imamlarından, xüsusən də hər il olduğu kimi bu ildə simvolik dəfn mərasimi keçirən imam cüməyə minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Bilin ki, hər nə qədər İslamın əziz Peyğəmbəri (s) üçün addım atsanız, qiyamət günü üçün bu olduqca böyük azuqə olacaq.
Ümidvaram ki, dünyada o həzrətin nəzərində və həmçinin axirətdə şəfaətində qərar tutaq.
İnşallah