Həzrət Əli əleyhissəlam - Cahiliyyət dövrünün tövsifində
29 November 2024
01:54
۱,۵۷۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Əmirəl-möminin həzrət Əli əleyhissəlam möhtəşəm “Nəhculbəlağə” kitabının 89-cu xütbəsində həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu aleyhi və alih) peyğəmbərliyə seçilməsi və cahiliyyət dövründə insanların son dərəcə acınacaqlı yaşayışlarını xalqa tövsif edərək buyurur:
Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.
Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı. Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi. Şüarı qorxu və xof, yolları qılınc yolu idi. İbrət götürün, ey Allah bəndələri!
İltimasi dua