Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

27 November 2024

12:07

۱,۷۷۴

Xəbərin xülasəsi :
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, böyük şəxsiyyətləri tanımaq üçün dahilərin sözlərinə müraciət etmək lazımdır. Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) yaxından tanımaq üçün isə, şübhəsiz Allahın və məsum imamların kəlamlarına diqqət yetirməliyik. Belə ki, Peyğəmbərimizə bəxş edilən yüksək məqam və fəzilətləri tanımaq, yalnız bu yolla müyəssərdir
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim 

İslam dini baxımından sevimli Allahın şəriksiz və vahid olmasını, habelə sonuncu Peyğəmbər, həzrət Muhəmmədin (səlləllahu əleyhi və alih) peyğəmbərliyini təsdiq etdikdən sonra, əziz Peyğəmbərimizə itaət edib məhəbbət bəsləmək, onunla mənəvi əlaqə və ünsiyyət bağlamaq son dərəcə əhəmiyyətli və vacib bir məsələdir. Bu məsələnin nə qədər zəruri və mühüm olmasını müqəddəs Qur`anın çoxsaylı ayələrindən ələ gətirmək olar.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, böyük şəxsiyyətləri tanımaq üçün dahilərin sözlərinə müraciət etmək lazımdır. Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) yaxından tanımaq üçün isə, şübhəsiz Allahın və məsum imamların kəlamlarına diqqət yetirməliyik. Belə ki, Peyğəmbərimizə bəxş edilən yüksək məqam və fəzilətləri tanımaq, yalnız bu yolla müyəssərdir.

İndi isə müqəddəs Qur`anın həzrət Peyğəmbərin şənində buyurduğu bir neçə ayəsinə nəzər salaq. Allah-taala «Nisa» surəsinin 80-cı ayəsində əziz Peyğəmbərimizə itaət etməyin, Allaha itaət etməklə bərabər olmasını bildirərək buyurur:

﴿مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ...﴾

«Hər kəs Peyğəmbərə itaət etsə, şübhəsiz ki, Allaha itaət etmişdir.»

«Qələm» surəsinin 3 və 4-cü ayələrində buyurur:

﴿وَإِنَّ لَكَ لأَجْرًا غَيْرَ مَمْنُونٍ﴾ ﴿وَإِنَّكَ لَعَلى خُلُقٍ عَظِيمٍ﴾

«Həqiqətən, səni minnətsiz və tükənməyən mükafat gözləyir». «Doğrudan da, sən çox böyük əxlaq sahibisən.»

Həmçinin, «Əhzab» surəsinin 21-ci ayəsində buyurur:

﴿لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ...﴾

«Həqiqətən, (təqlid etməyə) Allahın Rəsulu sizin üçün gözəl nümunədir.»

Eləcə də «Həşr» surəsinin 7-ci ayəsində buyurur:

﴿... وَمَا آَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا...﴾

«Peyğəmbər sizə nə verirsə, onu götürün. Nəyi qadağan edirsə, ondan əl çəkin.»

«Şura» surəsinin 23-cü ayəsində isə buyurur:

﴿... قُلْ لاَ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلاَ الْمَوَدَّةَ فِي الْقُرْبَى...﴾

«De! Mən sizdən risalətimin müqabilində ən yaxın adamlarıma, Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»

Xatırladım ki, qeyd olunan ayələr əziz Peyğəmbərimizin Allah yanında olan sevimli məqamının yalnız az bir hissəsini bəyan edir. Amma o həzrətin vəsfedilməz fəziləti ilə daha artıq tanış olmaq üçün, Qur`ani kərimin bütün mənəvi və əxlaqi ayələri, eləcə də Əhli-beyt əleyhimussəlamın nurlu kəlamları diqqətlə mütaliə olunmalıdır.

(ardını izləyin)

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi