Gecə namazı

18 April 2024

06:01

۹,۹۶۱

Xəbərin xülasəsi :
Gecə namazının qılınma qaydası
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür:

Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qunutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin (salamullah əleyha) təsbihatını zikr etməyin savabı var.

8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur.

Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə" surəsindən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qunut tutulur. Qunutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rəbbi və ətubu iləyh"), 7 dəfə "haza məqamul-aizi bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qunutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.

Etiketlər :

Gecə namazı