Günah, qəlbin qaralması amili
29 November 2024
02:24
۱,۶۳۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
"كَلاَ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ"[1]
“Heç də belə deyildir. Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.”
Qeyd olundu ki, qəlb, Allah-taalanın insanın vücudunda qərar verdiyi həmin ilah və rəbbani nəfsdir və onun vasitəsilə insan məsələləri dərk edir, yaxşı və pisi düşünür, səhih və qeyri-səhihi, haqq və batili bir-birindən ayırır. Bu zəmində olan ayələr və rəvayətləri mülahizə etdikdə, aydın olacaqdır ki, qəlb dedikdə məqsəd nədir.
Qurani-Kərimdə Allah-təbarək və təala buyurur:
"وَنَطْبَعُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَسْمَعُونَ"[2]
“Biz (istəsək, günahlarına görə) bəzi insanların qəlblərini möhürləyərik və onlar da eşitməzdilər.”
Yaxud başqa ayədə buyurur:
"وَطَبَعَ اللَّهُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَعْلَمُونَ"[3]
“Allah onların qəlblərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (heç nə) bilməzlər.”
Deməli, Allah-taala günahkar insanların qəlblərini möhürləyir. Quran maarifinə əsasən əgər insan günah vadisinə düşsə və tövbə etməsə; birinci günahı etdikdə, tövbə etmədi, ikinci və üçüncü günahları da etdikdə tövbə etmədi, bu günahlar o qədər üst-üstə toplanır ki, onun bütün qəlbini bürüyür. Qurani-Kərim bu məsələni belə ifadə edir ki, Allah günahla dolu bu qəlbi möhürləyir və qəlbinə möhür vurulmuş şəxs, artıq nuranilik, haqq və həqiqət yolunda deyildir. Başqa bir təbirdə buyurur:
"كَلاَ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ"[4]
“Heç də belə deyildir. Əslində onların qazandıqları (günahlar) qəlblərini pasladıb qaplamışdır.”(ardını izləyin)