Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) fəzilətlərindən
29 November 2024
00:00
۱,۴۹۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) fəzilətlərindən:
قال الصادق عليه السلام:
«انا انزلناه فى ليلة القدر، الليلة، فاطمة و القدر، اللَّه. فمن عرف فاطمة حق معرفتها، فقد ادرك ليلة القدر و انما سميت «فاطمة» لان الخلق فطموا عن معرفتها
Həzrət İmam Sadiq əleyhissəlam kəramətli «انا انزلناه فى ليلة القدر» - (İnna ənzəlnahu fi “Ləylətul-Qadr”) ayəsi barəsində buyurur:«ليلة» (gecə) - Fatimədir (əleyhasəlam) və «قدر» - (Qədr) Allah-taaladır (cəllə cəlaluh);
Deməli, hər kəs anam Fatimei-Zəhranı (əleyhasəlam) lazımi dərəcədə tanıyarsa, Qədr gecəsini dərk etmişdir.
Anam “Fatimə” adlanmışdır, ona görə ki, məxluqat onu tanımaqdan acizdirlər.
Mənbə: “Biharul-Ənvar”, Əllamə Məclisi, cild-43, səh. 65.
Böyük ustadımız (Allah ömrünü uzun etsin) buyurur: “Hədisdə gələn kəlmələrə diqqət etmək lazımdır (Məsumların işlətdikləri hər bir kəlmənin xas mənası vardır), Həzrət buyurur: “Məxluqat onu tanımaqdan acizdirlər”; Məxluqat sözü xalq sözündən daha genişdir, yəni mələklər, cinlər və insanlar Xanımı tanımaqdan acizdirlər...”
İltimasi dua!