Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) adlarının əsrarı

29 November 2024

00:07

۱,۷۳۴

Xəbərin xülasəsi :
Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) buyurur:

Həqiqətət, mənim qızım Fatimə adlanmışdır, ona görə ki, əziz və cəlalətli Allah onu və ona məhəbbət edənləri cəhənnəm odundan uzaq etmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rəhrahim

Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) adlarının əsrarı

1) عَن رَسُولِ اللَّهِ صلّی الله علیه و آله و سلّم:

إنَّمَا سُمِّيَتْ ابْنَتِي فَاطِمَةَ لِأَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ فَطَمَهَا وَ فَطَمَ مَنْ أَحَبَّهَا مِنَ النَّارِ

﴿ أمالی الطوسی،ص ۲۹۴

2) عن فاطمة الزهراء سلام الله علیها خطابا لله تعالی:

إلَهِي وَ سَيِّدِي سَمَّيْتَنِي فَاطِمَةَ وَ فَطَمْتَ‏ بِي‏ مَنْ تَوَلَّانِي وَ تَوَلَّى ذُرِّيَّتِي مِنَ النَّارِ

﴿ علل الشرائع،ص 179)

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) buyurur:

Həqiqətət, mənim qızım Fatimə adlanmışdır, ona görə ki, əziz və cəlalətli Allah onu və ona məhəbbət edənləri cəhənnəm odundan uzaq etmişdir.

Mənbə: Əmali, Şeyx Tusi, səh. 294.

Həzrət Fatimei-Zəhra (əleyhasəlam) [Qiyamət günündə] Allah-təalaya belə xitab edir:

İlahi və Sərvərim! Məni Fatimə adlandırdın, mənə və mənim övladlarıma məhəbbət edən kəsləri mənim vasitəmlə cəhənnəm odundan uzaqlaşdırdın.

Mənbə: İləluş-şəraye, Şeyx Səduq, səh 179.

Həzrət Siddiqei-Tahirənin (əleyhasəlam) uca məqamını göstərən bu iki hədisdə ümidverici məsələ budur ki, Allah-təala iki dünyanın Xanımının şəfaətilə ancaq o Həzrətin həqiqi şiələri deyil, əslində Xanımın övladları və seyidlərə məhəbbət edənləri, o Həzrətə nisbət verildikləri üçün nicat verəcəkdir, İnşaallah.

Iltimasi dua!

 

Etiketlər :

Həzrət Fatimei-Zəhranın (əleyhasəlam) adlarının əsrarı