Nur sırası
29 November 2024
00:13
۱,۷۴۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Azərbaycan torpağı tarix boyu özünün Əhli-beytə olan məhəbbət və sədaqəti ilə məşhur olmuşdur. Bu diyar minlərlə alim yetirmiş, Allah yolunda şəhidlər vermişdir.
On ikinci imamın böyük qeyb dövründə öhdəsinə ağır məsuliyyətlər görtürmüş və həqiqi İslamı yaşatmalı olan alimlər arasında azərbaycanlı müctəhidlərin xüsusi yeri vardır. Onlardan Ayətullah Şeyx Sədra Badkubeyi, Ayətullah Seyyid Hüseyn Badkubeyi və digərləri dövrümüzün dahi müctəhid və filosoflarından olan Əllamə Təbatəbainin, Şəhid Məhəmmədbaqir Sədrin və digәr mәşhur alimlərin ustadları olmuşlar.
Yеtmiş illik kommunist rejimi dövründə alim və müctəhidlərimiz həbs, sürgün və edam edilmiş, müsəlman ölkələri və elm ocaqları ilə əlaqələr kəsilmiş və bununla da böyük dini, elmi və mənəvi boşluqlar yаrаnmışdır.
Bütün bunlara baxmayaraq sevindirici haldır ki, hazırda İslam dünyasının ən parlaq simaları arasında həmyerlilərimizə dә rast gəlmək olur. Haqqında söhbət açacağımız Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani məhz belələrindəndir.
Şeyx Fazil Lənkərani İrana getdikdən sonra bir neçə il Məşhəd və Zəncan elmi hövzələrində təhsil və tədrislə məşğul olmuş, Qum elmi hövzəsi təsis olunduqdan bir il sonra isə o şəhərə getmişdir.
Mərhum Şeyx Fazil Lənkəraninin məqam və fəziləti barəsində tәkcә bunu demək kifayətdir ki, o, şiə dünyasının ən böyük mərcеyi–təqlidləri olan Ayətullah Bürucerdi və İmam Xomeyni ilə yaxın dost olmuşdur.
(ardını izləyin)