Həzrət Ummul-bəninin (əleyhasalam) vəfatı
28 November 2024
23:18
۱,۹۱۰
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
12 mart 2017-ci il, 1438 hicri- qəməri ili, cumadəs-saniyə ayının 13-ü Həzrət Ummul-bəninin (əleyhasalam) vəfatının il dönümüdür. Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın övladlarına rəşadət və şücaət dərsi verən o cəlalətli və şərafətli xanımın vəfat gününü bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə və Kərbəla şəhidlərinin xatirəsini yaşadan mömin bacı-qardaşlarımıza təsəlli və başsağlığı deyirik.
Ummul-Bənin (salamullah əleyha) haqqında qısa məlumat:
Ummul-Bənin adı ilə məşhur olan Həzrət Fatimə binti Hizzam (əleyhasalam), Həzrət Əmirəl-müminin Əli ibn Əbi Talibin (əleyhissəlam) həyat yoldaşı, Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) tərəfdarları olan şiələr arasında böyük hörmət qazanmış şəxslərdən biridir. O, Aşura günü Kərbəlada üç qardaşı ilə birlikdə şəhid olan Həzrət Əbul-Fəzl Abbasın (əleyhissəlam) anasıdır. Bu mərəkədə şəhid olmuş digər üç qardaşın adları tərtiblə, Abdullah, Cəfər və Osmandır (Allah məqamlarını daha da uca etsin).
Kərbəla hadisəsi baş verəndən sonra Həzrət Ummul-Bənin (əleyhasalam) İmam Hüsəyn (əleyhissəlam) və övladları üçün elə tərzdə matəm saxlayırdı ki, hətta Əhli-Beyt (əəleyhimussəlam) düşmənləri belə onunla həm səda olurdular.
Nəsəb və vəfatı:
Həzrət Ummul-Bəninin (əleyhasalam) atası Əbul-Məcl Hizzam ibn Bəni-Kəlab”dır (1). Anası isə Leyla və ya Təmamə bint Suheyl ibn Amir ibn Malikdir (2).
Xanımın vəfatı barədə dəqiq tarıx qeyd edilməyib. Amma məşhur budur ki, 13 Cumadəs-saniyə ayı vəfatının il dönümü günüdür. Müqəddəs qəbri Mədinə şəhəri, Bəqi qəbiristanlığındadır.
İslamın böyük şəxsiyyətlərinin Həzrət Ummul-Bəninin (əlehasalam) barədə kəlamlarından:
Mərhum Zəynuddin Amili (Şəhid sani) xanım barədə deyir:
“Həzrət Ummul-Bənin (əleyhasalam) olduqca mərifətli və fəzilətli bir qadın, Peyğəmbər ailəsinə nisbət (sallallahu əleyhi və alih) olduqca məhəbbətli, ixlaslı və şiddətlı bağlılığa malik idi. Özünü onlara xidmət üçün həsr etmişdir. Peyğəmbər ailəsi də (əleyhimussəlam) ona yüksək mənzilət qail və xüsusi ehtiram edirdilər. Bayram günlərində xanıma ehtiram olaraq hüzuruna gəlib ona qayğıkeşlik edirdilər (3)”.
Ümid edirik Əhli-Beyt (əleyhimussəlam) aşiqləri bu yüksək məqam və şərafətə malik olan Xanıma ehtiramən, onun vəfat günündə öz qəm-qüssələrini Həzrət İmam Zaman Əleyhissəlama bildirərək o Həzrətin diqqət və nəzərini özlərinə cəlb etmiş olalar. İnşaallah!
Mənbə:
1- Təbəri, “Tarix”, c. 4, s. 118.
2- İbn Ənbəh, “Umdətut-talib”, s. 356.
3-“ Setareye derəxşane Mədinə, Həzrəte Ummul-Bənin (əleyhasalam)”, səh. 7.
Tərcümə: @Fatimiyyeheyati
İltimasi dua