Həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) mehvər olması
28 November 2024
21:58
۹۷۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rəhmanir-Rahim
Həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) mehvər olması
Fatimeyi-Zəhra (əleyhasalam) mehvər rolunu oynayan kəsdir, özü də o şəxslərin arasında mehvər rolunu oynayır ki, Allah Quranda onların barəsində belə buyurur:
فَمَنْ حَاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَأَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا.وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبين
“Hər kəs onun (həzrət İsanın) barəsində sənə elm gələndən sonra (yenə də) səninlə mübahisəyə başlayıb höcətləşsə, onlara de: Gəlin biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı; biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı, biz də öz canlarımızı çağıraq, siz də öz canlarınızı, bundan sonra mübahilə edək və Allahın lənətini yalançılara qərar verək.”[1]
Fatimeyi-Zəhra (əleyhasalam) duada mehvərdir
Biz bu məsələni (sadəliklə) başa düşmürük. Yalnız (aşağıdakı məsələyə diqqət yetirdikdə) başa düşərik: İmam əleyhissəlam göstəriş verir ki, istixarə etmək istədiyin zaman belə de:
اَللَّهُمَّ اِنِّي اَسْألُکَ بِفَاطِمَةَ وَ أبِيهَا وَ بَعْلِهَا وَ بَنِيهَا وَ السِّرِّ المُسْـتَودَعِ فِيهَا
“Pərvərdigara! Həqiqətən, mən Səndən istəyir və Səni and verirəm Fatimənin özünün, onun atasının, onun ərinin, onun övladlarının və onda gizlənən sirrin haqqına!”[1][1] Dahi mərcəyi-təqlid mərhum həzrət Ayətullah əl-uzma Mər`əşi Nəcəfinin vəsiyyətnaməsinin bir hissəsi (səh. 14): “Tövsiyə edirəm ki, bu şərif duanı həmişə vacib namazların qunutlarında oxuyasınız. Mən onu Əllamə atamdan və saliklərin camalı Şeyx Məhəmməd Hüseyn Şirazidən nəql edirəm. Bu iki böyük şəxs də öz ustadlarından – saliklərin çırağı mərhum Seyid Mürtəza Rəzəvi Kəşmiridən, o da öz sənədləri ilə “İqbal” kitabının müəllifi Seyid Rəziyəddin Əli ibni Tavus Həsənidən nəql edir. Belə ki, o, bizim mövlalarımızın səhabələrinin hüzuruna çatmış və bizim rəhbərlərimizlə əlaqədə olmuşdur. O, həmin duanı belə rəvayət edir:
اَللَّهُمَّ اِنِّي اَسْألُکَ بِفَاطِمَةَ وَ أبِيهَا وَ بَعْلِهَا وَ بَنِيهَا وَ السِّرِّ المُسْـتَودَعِ فِيهَا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَأْنَ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ وَلاَتَفْعَلَ بِي مَا أَنَا أَهْلُهُ
“Pərvərdigara! Həqiqətən, mən Səndən istəyir və Səni and verirəm Fatimənin özünün, onun atasının, onun ərinin, onun övladlarının və onda əmanət qoymuş sirrin haqqına! Muhəmməd və Ali-Muhəmmədə salavat göndər, mənim barəmdə Sənin Özünə layiq olan şəkildə əməl et, mənim layiq olduğum şəkildə yox.”
Müəllif
“Seyidimiz ustad Mə`rəşi Nəcəfinin həyatından qəbəsatlar” kitabında (səh. 124)
yazır: “Bu duanı Seyid Mər`əşi özünün mühüm vəsiyyətlərində demişdir, onu imam
Məhdi əleyhissəlamın hüzuruna yetişdiyi görüşlərindən birində həzrət ona öyrətmişdir.”
[1] “Ali-İmran” surəsi, ayə: 61