Leylətul-Rəğaib - Arzular gecəsinin fəzilət və əməlləri
28 November 2024
22:18
۱,۶۷۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
“Leylətul-Rəğaib” - Arzular gecəsinin fəzilət və əməlləri
Bu il “Rəğaib” gecəsi, Rəcəb ayının ilk cümə axşamı günü 30 Mart, şam azanından (gün batdıqdan) sonra daxil olur.
Həzrət Muhəmməd (sallallahu əleyhi və alih) buyurur:
"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər".
Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər, bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilər.
Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur:
"Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni "Leylətur-Rəğaib" – deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır."
Bu gecənin özünə məxsus əməlləri və namazı vardır. İlin ən mötəbər və müqəddəs günlərindən biri hesab olunur.
Allahın əziz Peyğəmbəri (sallallahu əleyhi və alih) buyurmuşdur:
"And olsun canım əlində olan Allah-təalaya! Hər kim bu namazı qilsa Allah həmin çəxsin günahlarını bağışlayar. Hətta günahları dəryalar qədər, səhradakı qum zərrəciklərinin sayı qədər, meşələrdə ağacların yarpaqlarının sayı qədər, dağların ağırlığı qədər çox olsa belə, günahları bağışlanar. Qiyamət günü Allah-təala həmin şəxsə yetmiş nəfərə şəfaət etməyi izn verər. Bu namaz birinci qəbr gecəsində mələk surətində insanın yanında olar və onun köməyinə gələr".
Bu namazın qılınma şərtlərindən biri orucdur.
Rəcəb ayının ilk cümə axşamı günü (həftənin 4-cü günü - bu il Mart ayının 30-u) oruc tutulur. Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı iki rükətli) namaz qılınır. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Qədr" və 12 dəfə Ixlas ("Qul huvallahu əhəd") surələri oxunur.
1. Namazdan sonra 70 dəfə:
“Allahummə salli əla Muhəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”
Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) və onun Əhli-Beytinə (əleyhimussəlam) öz rəhmətini göndər”.
2. Sonra səcdəyə gedib 70 dəfə:
“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”
Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”
3. Sonra başını səcdədən qaldırıb 70 dəfə :
“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”
Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et; Bildiyin bütün günahlarımı əfv et; Həqiqətən, Sən uca və əzəmətlisən”.
4. Sonra yenidən səcdəyə gedib 70 dəfə:
“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”
Tərcüməsi: İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.
Sonra hacət və istəyinizi Allahdan diləyirsiz...
İltimasi dua