Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) məb`əs günü
28 November 2024
19:15
۱,۴۳۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1438-ci il rəcəb ayının 27-i, miladi 2017-ci il aprelin 25-i İslam aləmində dörd ən böyük bayramdan biri, əslində bəşəriyyət tarixində ən böyük, əzəmətli, şərəfli və İlahi sevincli münasibət olan Həzrət Rəsulullah Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçildiyi gün, məb`əs günüdür. Bu uğurlu və zəfərli bayram gününü ilk növbədə Əhli-Beyt əleyhimussəlamın sonuncu hüccəti, Fatimei-Zəhranın (əleyhasəlam) yolunu gözlədiyi əziz balasına Həzrət Sahib əz-Zaman əleyhissəlama ürək dolusu təbriklər yetirir, həmçinin bütün mömin bacı-qardaşlara sevinc dolu günlər və Əhli-Beytin (əleyhimussəlam) şadlığına səbəb olan əməllər arzu edirik.
Burada möhtəşəm "Məfatihul-Cinan" kitabından Məb`əs günü ilə əlaqədar qeyd edilmiş bir sıra qiymətli dua və ibadətləri xatirinizə çatdırır, Allah-təaladan hamınıza ən gözəl və şirin anları yaşamanızı diləyirik.
Məb`əs gecəsi və gündüzündə oxunan ziyarət
Rəcəb ayının iyirmi yeddisində üç ziyarət vardır:
1. Rəcəbiyyə ziyarəti- “Əlhəmdu lillahilləzi əşhədəna məşhədə əvliyaihi” bu ziyarət Rəcəb ayının əməllərində keçdi. Bu ziyarətnaməni Rəcəb ayında müqəddəs məkanların hər birində oxuya bilərsiniz. Lakin “Qədim məzar” kitabının müəllifi və Şeyx Məhəmməd İbnul-Məşhədi onu məbəs gecəsinin məxsus ziyarətlərindən saymışdır.
2. “Əssəlamu əla əbil-əimməti və mə`dinin-nubuvvəti” ziyarətidir ki, Əllamə Məclisi (rəhmətullah) onu “Tohfə”nin yeddinci ziyarəti qərar vermişdir. Qədim məzar sahibi onu Rəcəb ayının iyirmi yeddinci gecəsinə məxsus olduğunu bilib. Necə ki, biz “Hədiyyətuz-zair” kitabında onu zikir etdik.
3. Bu ziyarəti Şeyx Mufid, Seyid və Şəhid nəql ediblər,elə ki, əgər məbəs gecəsi, ya onun gündüzü istədin həzrət Əmirəl-möminini (ə) ziyarət edəsən, o həzrətin pak qəbrinin qarşısında dayan və belə de:
السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ خَلِيفَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْمُتَّقِينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُولِ رَبِّ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِلْمِ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبَأُ الْعَظِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّرَاطُ الْمُسْتَقِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمُهَذَّبُ الْكَرِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ التَّقِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الرَّضِيُّ الزَّكِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَدْرُ الْمُضِيءُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الْأَكْبَرُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْفَارُوقُ الْأَعْظَمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا السِّرَاجُ الْمُنِيرُ السَّلامُ عَلَيْكَ يَا إِمَامَ الْهُدَى السَّلامُ عَلَيْكَ يَا عَلَمَ التُّقَى السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ الْكُبْرَى السَّلامُ عَلَيْكَ يَا خَاصَّةَ اللَّهِ وَ خَالِصَتَهُ وَ أَمِينَ اللَّهِ وَ صَفْوَتَهُ وَ بَابَ اللَّهِ وَ حُجَّتَهُ وَ مَعْدِنَ حُكْمِ اللَّهِ وَ سِرِّهِ وَ عَيْبَةَ عِلْمِ اللَّهِ وَ خَازِنَهُ وَ سَفِيرَ اللَّهِ فِي خَلْقِهِ أَشْهَدُ أَنَّكَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ اتَّبَعْتَ الرَّسُولَ وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلاوَتِهِ وَ بَلَّغْتَ عَنِ اللَّهِ وَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ تَمَّتْ بِكَ كَلِمَاتُ اللَّهِ وَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ...
Əssəlamu ələykə ya varisə Adəmə xəlifətillah, Əssəlamu ələykə ya varisə Nuhin səfvətillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin səyyidi rusulillah, əssəlamu ələykə ya əmirəl mu`minin, əssəlamu ələykə ya imaməl muttəqin, əssəlamu ələykə ya səyyidəl vəsiyyin, əssəlamu ələykə ya vəsiyyə rəsuli rəbbil aləmin, əssəlamu ələykə ya varisə ilmil əvvəlinə vəl axirin, əssəlamu ələykə əyyuhən nəbəul əzim, əssəlamu ələykə əyyuhəs siratul mustəqim, əssəlamu ələykə əyyuhəl muhəzzəbul kərim, əssəlamu ələykə əyyuhəl vəsiyyut təqiyy, əssəlamu ələykə əyyuhər rəziyyuz zəkiyy, əssəlamu ələykə əyyuhəl bədrul muzi`, əssəlamu ələykə əyyuhəs siddiqul əkbər, əssəlamu ələykə əyyuhəl faruqul ə`zəm, əssəlamu ələykə əyyuhəs siracul munir, əssəlamu ələykə ya imaməl huda, əssəlamu ələykə ya ələmət tuqa, əssəlamu ələykə ya huccətəllahil kubra, əssəlamu ələykə ya xassətəllahi və xalisətəh, və əminəllahi və səfvətəh, və babəllahi və huccətəh, və mə`dinə hukmillahi və sirrihi və əybətə ilmillahi və xazinəh, və səfirəllahi fi xəlqih, əşhədu ənnəkə əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, vəttəbə`tər rəsulə və tələvtəl kitabə həqqə tilavətih, və bəlləğtə ənillahi və vəfəytə biəhdillah, təmmət bikə kəlimatullahi və cahədtə fillahi həqqə cihadih, və nəsəhtə lillahi və lirəsulihi sələllahu ələyhi və alih...
Salam olsun sənə, ey Allahın xəlifəsi olan Adəmin varisi! Salam olsun sənə, ey Allahın seçdiyi Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın elçilərinin sərvəri Məhəmmədin varisi! Salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey təqvalıların imamı! Salam olsun sənə, ey vəsilərin sərvəri! Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun canişini! Salam olsun sənə, ey birinci və sonuncuların elminin varisi! Salam olsun sənə, ey böyük xəbər! Salam olsun sənə, ey doğru yol! Salam olsun sənə, ey eyiblərdən pak olan və kəramət sahibi! Salam olsun sənə, ey təqvalı vəsi! Salam olsun sənə, ey Allahın bəyəndiyi və pakizə bəndə! Salam olsun sənə, ey işıqlı ay! Salam olsun sənə, ey böyük siddiq (düzdanışan)! Salam olsun sənə, ey haqq ilə batili ayıran ən böyük insan! Salam olsun sənə, ey parlayan çıraq! Salam olsun sənə, ey hidayətçi imam! Salam olsun sənə, ey təqva nişanəsi! Salam olsun sənə, ey Allahın böyük höccəti! Salam olsun sənə, ey Allahın xas və xalis bəndəsi, Onun əmanətdarı, seçdiyi, Allahın qapısı, höccəti, Allahın hökm və sirrinin mədəni, elminin xəzinə və xəzinədarı, Allahın Öz yaratdıqları arasındakı səfiri!
Şəhadət verirəm ki, sən namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin, Peyğəmbərə itaət etdin, kitabı (Qurani-Kərimi) layiqincə tilavət etdin, Allah tərəfindən dini təbliğ etdin, Allahın əhdinə sadiq qaldın, sənin vasitənlə Allahın kəlmələri tamamlandı, Allah yolunda layiqincə mübarizə apardın, Allah və Onun Peyğəmbəri (Allahın salamı olsun ona və Əhli-beytinə) yolunda xeyirxahlıq göstərdin, bu yolda səbirlə, savab ümidi ilə, Allahın dinini müdafiə edib Rəsulullahı qorumaq, Allahın dərgahındakı savabı əldə etmək və Onun vəd etdiklərinə meyil göstərmək məqsədilə canını fəda etdin və beləcə, şəhid, şahid və müşahidə halında dünyadan getdin…
(ardını izləyin, inşaallah sabah rəcəb ayının 27-ci günün əməllərin təqdim edəcəyik)