Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın mövludu

28 November 2024

19:05

۹۷۲

Xəbərin xülasəsi :
1438-ci hicri qəməri, şəban ayının 5-i, miladi 2017-ci il may ayının 2-i Əhli-Beyt əleyhimussəlamın dördüncü imamı Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın mövlud günüdür. Bu əziz gün münasibəti ilə öncə Həzrət Sahib əz-Zaman əleyhissəlama və sonra bütün İslam aləminə, xüsusən Peyğəmbər (sallallahu əleyhi və alih) və onun pak ailəsinin davamçıları olan mömin bacı-qardaşları ürəkdən təbrik və gözaydınlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

1438-ci hicri qəməri, şəban ayının 5-i, miladi 2017-ci il may ayının 2-i Əhli-Beyt əleyhimussəlamın dördüncü imamı Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın mövlud günüdür. Bu əziz gün münasibəti ilə öncə Həzrət Sahib əz-Zaman əleyhissəlama və sonra bütün İslam aləminə, xüsusən Peyğəmbər (sallallahu əleyhi və alih) və onun pak ailəsinin davamçıları olan mömin bacı-qardaşları ürəkdən təbrik və gözaydınlığı deyirik.

İmam Səccad əleyhissəlamın həyatına qısa baxış

İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu adı ilə tanınmış, ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının qiyamı və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.

Iltimasi dua

Etiketlər :

Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın mövludu