Günün hədisi
24 November 2024
11:56
۱,۲۷۳
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Günün hədisi
السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ
"Salam olsun sənə, ey Allahın Vəlisi!"
Həzrət Əli Əkbər ibn Hüseynin (əleyhissəlam) səadətli və mübarək mövlud günü münasibəti ilə təbrik deyirik!
Həzrət Əli Əkbərin şəxsiyyəti barədə danışmamışdan öncə bütün Kərbəla şəhidlərinə aid olan bir kəlmə demək istərdim. O da budur ki, mələkuta (qeyb aləmi) aid olan, mənəviyyat, cihad dəyərli, fədakarlığı, bunlara oxşar şəxsiyyəti baxımından nə keçmişdə onlara bənzər olmuş və nədə gələcəkdə olacaqdır.
Təəssüflər olsun ki, Kərbəla hadisələri, şəhidlərin tanınması barədə araşdırmalar hələ də kölgədə qalmış və bu məsələ kamil olaraq tanıtdırılmamışdır.
Həzrət Əli Əkbər (əleyhissəlam) Kərbəlaya yetişərkən söz arası buyurdu:
"Bu diyarda bir çoxları şəhid olacaqdır ki,
لا يَسْـبـقُهُمْ مَنْ كَانَ قَبْلَهُمْ، وَ لَا يَلْحَقُهُمْ مَنْ کَانَ بَعْدَهُمْ
--nə keçmişdə onları ötüb keçən olmuş və nədə sonradan gələnlər onlara çatacaqdır!"
“Təhzibul-əhkam”, 6-cı cild, səh. 65.
Həzrət Əli Əkbərin (əleyhissəlam) şəxsiyyəti barədə nə qədər deyilsə və yazılsa belə mövzunun haqqı yerinə yetirilməyəcək.
Yaxşı olar ki, atası Həzrət İmam Hüseynin (əleyhissəlam) kəlamını qeyd edək. Həzrət (əleyhissəlam) Allaha ərz etdi:
اَللَّهُمَّ اشْهَدْ عَلَي هؤُلاءِ الْقَوْمِ فَقَدْ بَرَزَ اِلَيْهِمْ غُلامٌ اَشْبَهُ النَّاسِ خَلْقاً وَ خُلْقاً وَ مَنْطِقاً بِرَسُولِكَ
“İlahi Özün şahid ol! Onlara tərəf bir gənc hərəkət etdi ki, həm zahiri üz quruluşu, həm batini, həm nitq və danışıq baxımından Sənin Peyğəmbərinin (sallallahu əleyhi və alih) ən çox oxşarıdır! Biz hər vaxt Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək üzünün görməsi şövqündə olduqda onun üzünə baxardıq”.
“Biharul-ənvar”, 45-ci cild, səh. 43.
Bu mətləblərin hər biri, xüsusilə Məsum imamın (əleyhissəlam) mübarək dilindən olması Həzrət Əli Əkbərin (əleyhissəlam) mərifət dəryasından xəbər verir. Bir nəfərin Peyğəmbəri Əkrəmə oxşadılması adi olarmı!? O da ki, üç cəhətdən!
1- Üz cəhətdən oxşarlığı, cismi cəhətdən tam irs aparmasına;
2- Mənəvi-batini oxşarlığı, “əzəmətli Peyğəmbər (sallallahu əleyhi və alih) əxlaqı”ndan daha qiymətli irs aparmasının cilvəsidir;
3- Danışığı, bəyan etmə qabiliyyəti, hikmətli kəlamları deməsi o dəyərli şəxsin kamil insan olmasını xəbər verir.
Diqqət ediləsi məqam budur ki, Həzrət İmam Hüseyn (əleyhissəlam) oğlu Həzrət Əli Əkbəri (əleyhissəlam) döyüş meydanına göndərərkən peyğəmbərlər və imamların məsum olmalarına dəlalət edən “Ali İmran” surəsinin 33 və 34-cü ayələrini onun haqqında oxudu ki, bu məsələ də o Həzrətin (əleyhissəlam) məsum olmasına dəlalət edir.[1]
“Əl-Mizan” təfsirinə müraciət edin
[1] Ali-İmran surəsi, 33-34 ayələr: "Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi", "Bəzisi digər bəzisinin nəslindən olan övladlardırlar (fəzilətlər və üstünlüklər baxımından hamısı birdirlər). Allah eşidən və biləndir."