Əhli-beytə (əleyhimussəlam) çox salavat göndərmək

28 November 2024

17:16

۱,۷۳۷

Xəbərin xülasəsi :
Allah-təala yer üzündə insanlarla Özü arasında xüsusi bir yol təyin etmişdir. Bütün insanların hamısını o yolun vasitəsilə qəbul edir. Yəni Allaha yaxın olmaq istəyən şəxs yalnız o yolun vasitəsilə yaxın ola bilər. O yoldan başqa heç bir yolun vasitəsilə Allaha yaxın olmaq mümkün deyildir. Allahın yer üzündə insanlarla Özü arasında təyin etdiyi həmin yol Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beytdidir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

PEYĞƏMBƏR VƏ ONUN ƏHLİ-BEYTİNƏ SALAVAT GÖNDƏRMƏK

Həzrət İbrahim Peyğəmbərin (əleyhissəlam) gözəl xüsusiyyətlərindən biri də bu idi ki, İslam peyğəmbərinə və onun Əhli-beytinə (əleyhimussəlam) çox salam və salavat göndərərdi.

قال الصادق (عليه السلام): إتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً لكثرة صلاته على محمد و آل محمد

Həzrət İmam Sadiq (əleyhissəlam) buyurur: “Allah-təala İbrahim peyğəmbəri Mühəmməd Ali Mühəmmədə (sallallahu əleyhi və alih) çoxlu salam salavat göndərməsinə görə Özünə dost (xəlil) seçmişdir.

Allah-təala yer üzündə insanlarla Özü arasında xüsusi bir yol təyin etmişdir. Bütün insanların hamısını o yolun vasitəsilə qəbul edir. Yəni Allaha yaxın olmaq istəyən şəxs yalnız o yolun vasitəsilə yaxın ola bilər. O yoldan başqa heç bir yolun vasitəsilə Allaha yaxın olmaq mümkün deyildir. Allahın yer üzündə insanlarla Özü arasında təyin etdiyi həmin yol Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beytdidir.

Camieyi-kəbirə duası çox dolğun fəzilətli dualardan biridir. Başqa sözlə desək imamşünaslıq imamət dərsinin xülasəsi olan bir duadır. Bu duada Əhli-beytə xitab edərək belə buyurur: “Allaha çatmaq istəyəın bir şəxs əhli-beytdən başlamalıdır. tövhidi dərk etmək istəyən mərifət tapmaq istəyən şəxs yalnız siz Əhli-beytin yolu ilə tapa bilər.” Yəni Allah-təala Öz mərifətini nübüvvət imamətə bağlamışdır. onların bir-birindən ayırı olmasını istəmir. Allahın Əhli-beytə xüsusi məhəbbəti vardır. Hər kəs Əhli-beytin yolu ilə Allaha tərəf gələrsə Allah həmin şəxsi qəbul edər. Çünki onlar Allaha hamıdan yaxın olan insanlardır. Allah-təala onları insanlarla Öz arasında bir vəsilə kimi təyin etmişdir. Hər kəs Əhli-beytin vasitəsilə Allaha yaxınlaşarsa Allah həmin şəxsi qəbul edər. Məsələn, bir şəxs birinin uşağını maşınla vurur. Uşağın valideynləri onu heç cür bağışlamaq istəmir. Uşağı vuran şəxs çarəsiz qalaraq uşağın valideynlərinə ən yaxın onların yanında ən hörmətli olan şəxsdən onun üçün (uşağın valideynlərindən) üzr istəməyi onları razı salmağı xahiş edir.

Allah-təala da həmiçinin öz bəndələrini bağışlamaq üçün onlara izzət şərəf vermək üçün Əhli-beyti yer üzündə vasitə qoymuşdur.

Hər kəsin qəlbində Əhli-beytə məhəbbət olarsa qiyamət günü Əhli-beyt ona şəfaət verəcəkdir. Lakin onları qəbul etməyən şəxsin namazı, orucu s. əməlləri belə qəbul olmaz. Çünki Allah insanların əməllərini qəbul etməsi üçün yer üzündə Əhli-beyti vəsilə təyin etmişdir.

İltimasi dua!

Etiketlər :

Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhi və alih) salavat deməyin fəziləti