Şəbaniyyə münacatı (1)

24 November 2024

01:20

۱,۰۹۳

Xəbərin xülasəsi :
Mərhum Şeyx Abbas Qumi möhtəşəm “Məfatihul-Cinan” kitabında İbni Xaləveyhdən belə nəql edir:
Bu münacat (Şəbaniyyə münacatı) Əmirəlmöminin Əlinin (əleyhissəlam) və onun övladları olan Məsum imamların (əleyhimussəlam) münacatıdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəbaniyyə münacatı (1)

Mərhum Şeyx Abbas Qumi möhtəşəm “Məfatihul-Cinan” kitabında İbni Xaləveyhdən belə nəql edir:

Bu münacat (Şəbaniyyə münacatı) Əmirəlmöminin Əlinin (əleyhissəlam) və onun övladları olan Məsum imamların (əleyhimussəlam) münacatıdır:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْمَعْ دُعَائِي إِذَا دَعَوْتُكَ وَ اسْمَعْ نِدَائِي إِذَا نَادَيْتُكَ وَ أَقْبِلْ عَلَيَّ إِذَا نَاجَيْتُكَ فَقَدْ هَرَبْتُ إِلَيْكَ وَ وَقَفْتُ بَيْنَ يَدَيْكَ مُسْتَكِينا لَكَ مُتَضَرِّعا إِلَيْكَ رَاجِيا لِمَا لَدَيْكَ ثَوَابِي وَ تَعْلَمُ مَا فِي نَفْسِي وَ تَخْبُرُ حَاجَتِي وَ تَعْرِفُ ضَمِيرِي وَ لا يَخْفَى عَلَيْكَ أَمْرُ مُنْقَلَبِي وَ مَثْوَايَ وَ مَا أُرِيدُ أَنْ أُبْدِئَ بِهِ مِنْ مَنْطِقِي وَ أَتَفَوَّهَ بِهِ مِنْ طَلِبَتِي وَ أَرْجُوهُ لِعَاقِبَتِي وَ قَدْ جَرَتْ مَقَادِيرُكَ عَلَيَّ يَا سَيِّدِي فِيمَا يَكُونُ مِنِّي إِلَى آخِرِ عُمْرِي مِنْ سَرِيرَتِي وَ عَلانِيَتِي وَ بِيَدِكَ لا بِيَدِ غَيْرِكَ زِيَادَتِي وَ نَقْصِي وَ نَفْعِي وَ ضَرِّي إِلَهِي إِنْ حَرَمْتَنِي فَمَنْ ذَا الَّذِي يَرْزُقُنِي وَ إِنْ خَذَلْتَنِي فَمَنْ ذَا الَّذِي يَنْصُرُنِي إِلَهِي أَعُوذُ بِكَ مِنْ غَضَبِكَ وَ حُلُولِ سَخَطِكَ إِلَهِي إِنْ كُنْتُ غَيْرَ مُسْتَأْهِلٍ لِرَحْمَتِكَ فَأَنْتَ أَهْلٌ أَنْ تَجُودَ عَلَيَّ بِفَضْلِ سَعَتِكَ إِلَهِي كَأَنِّي بِنَفْسِي وَاقِفَةٌ بَيْنَ يَدَيْكَ وَ قَدْ أَظَلَّهَا حُسْنُ تَوَكُّلِي عَلَيْكَ فَقُلْتَ ‏[فَفَعَلْتَ] مَا أَنْتَ أَهْلُهُ وَ تَغَمَّدْتَنِي بِعَفْوِكَ إِلَهِي إِنْ عَفَوْتَ فَمَنْ أَوْلَى مِنْكَ بِذَلِكَ وَ إِنْ كَانَ قَدْ دَنَا أَجَلِي وَ لَمْ يُدْنِنِي [يَدْنُ]‏ مِنْكَ عَمَلِي فَقَدْ جَعَلْتُ الْإِقْرَارَ بِالذَّنْبِ إِلَيْكَ وَسِيلَتِي إِلَهِي قَدْ جُرْتُ عَلَى نَفْسِي فِي النَّظَرِ لَهَا فَلَهَا الْوَيْلُ إِنْ لَمْ تَغْفِرْ لَهَا إِلَهِي لَمْ يَزَلْ بِرُّكَ عَلَيَّ أَيَّامَ حَيَاتِي فَلا تَقْطَعْ بِرَّكَ عَنِّي فِي مَمَاتِي إِلَهِي كَيْفَ آيَسُ مِنْ حُسْنِ نَظَرِكَ لِي بَعْدَ مَمَاتِي وَ أَنْتَ لَمْ تُوَلِّنِي [تُولِنِي‏] إِلا الْجَمِيلَ فِي حَيَاتِي إِلَهِي تَوَلَّ مِنْ أَمْرِي مَا أَنْتَ أَهْلُهُ وَ عُدْ عَلَيَّ بِفَضْلِكَ عَلَى مُذْنِبٍ قَدْ غَمَرَهُ جَهْلُهُ...

Əllahummə səlli əla Mu­həmməd, vəsmə` duai iza də­əvtuk, vəsmə` nidai iza na­dəy­­tuk, və əqbil ələyyə iza na­cəy­tuk, fəqəd hərəbtu i­ləy­kə və vəqəftu bəynə yə­dəykə mus­tə­ki­nən lək, mutə­zərriən iləykə raciyən lima lədəykə səvabi, və tə`ləmu ma fi nəfsi və təxburu hacəti, və tə`rifu zəmiri və la yəx­fa ələykə əmru munqələbi və məsvay, və ma uridu ən ubdiə bihi min məntiqi, və ətə­fəvvəhu bihi min təlibəti, və ərcuhu liaqibəti, və qəd cərət muqadirukə ələyyə ya səyyidi, fima yəkunu minni ila axiri umri, min səri­rəti və əlaniyəti, və biyə­di­kə la biyədi ğəyrik, ziyadəti və nəqsi və nəf`i və zərri, ilahi in hərəmtəni fəmən zəlləzi yərzuquni, və in xə­zəl­təni fəmən zəlləzi yən­suruni, ilahi əuzu bikə min ğəzəbikə və hululi səxətik, ilahi in kuntu ğəyrə mustə`­hillin lirəhmətikə fəəntə əhlun ən təcudə ələyyə bifəz­li səətik, ilahi kəənni bi­nəf­si vaqifətən bəynə yə­dəyk, və qəd əzəlləha husnu tə­vəkkuli ələyk, fəqultə (fəfəəltə) ma əntə əhluhu və təğəm­məd­təni biəfvik, ila­hi in əfəvtə fəmən əvla minkə bizalik, və in kanə qəd dəna əcəli və ləm yud­nini minkə əməli, fəqəd cə­əltul iqrarə biz zənbi iləy­kə vəsiləti, ilahi qəd curtu əla nəfsi fin nəzəri ləha, fələhəl vəylu in ləm təğfir ləha, ilahi ləm yəzəl bir­ru­kə ələyyə əyyamə həyati, fəla təqtə` bir­rəkə ənni fi məmati, ilahi kəyfə ayəsu min husni nəzə­rikə li bə`də məmati, və əntə ləm tuvəl­li­ni illəl cəmilə fi hə­yati, ilahi təvəllə min əmri ma əntə əhluh, və ud ələy­yə bifəzlikə əla muzni­bin qəd ğəmərəhu cəh­luh...

İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir! Səni çağıran zaman duamı, səsləyən zaman nidamı eşit, Səninlə minacat etdikdə mənə nəzər sal. Həqiqətən, mən Sənə üz tutmuşam və dərgahında miskin, yalvarıb-yaxaran və yanındakı savablara ümidli olan halda dayanmışam. Sən qəlbimdə olanları bilirsən və hacətimdən xəbərdarsan. Daxilimi tanıyırsan, dəyişdiyim və ayaq saxladığım məqamların sonu Sənə gizli deyil. Dilə gətirmək istədiyim hacətlərimi və işlərimin sonu üçün ümidvar olduğumu bilirsən. Ey Rəbbim, ömrümün sonunadək istər gizli, istərsə də aşkar, Sənin qəza-qədərinə bağlıyam. Artımım, nöqsanım, xeyir və ziyanım heç kəsin yox, Sənin əlindədir. İlahi, əgər məni məhrum etsən, kim mənə ruzi verəcək. Əgər məni tərk etsən, kim köməyimə çatacaq? İlahi, qəzəbinə düçar olmamaq üçün Sənə sığınmışam. İlahi, Sənin rəhmətinə layiq olmasam da, Sən geniş mərhəmətinlə mənə ehsan etməyə layiqsən. İlahi, sanki özümü Sənin dərgahında görürəm. Elə bir halda ki, Sənə təvəkkülüm başım üzərinə kölgə salmışdır. Demək, Sən layiq olduğunu mənə deyirsən və məni öz əfvinə şamil edirsən. İlahi, əgər məni əfv edəcəksənsə, həqiqətən də, bu iş üçün Səndən layiqlisi yoxdur. Əgər ölüm anı çatsa və əməllərim məni Sənə yaxınlaşdıra bilməsə, günahlarımın etirafını Sənə yaxınlaşmağım üçün vasitə edəcəyəm. İlahi, mən özümə çarə qılmaqda zülmə yol verdim. Əgər bağışlamasan, vay olsun mənə! İlahi, dünya həyatında daim ehsanından faydalandım. Ölüm zamanı da ehsanını məndən əsirgəmə. İlahi, həyatım boyu mənimlə yalnız gözəl rəftar etdiyin halda ölümümdən sonra rəhmət nəzərindən ümidimi necə üzüm?! İlahi, Sən Özünə layiq şəkildə işlərimi öhdənə götür. Nadanlığında qərq olmuş günahkarı fəzlindən faydalandır...

(münacatın ardını izləyin)

 

Etiketlər :

Şəbaniyyə münacatı