Şəbaniyyə münacatı (3)

28 November 2024

17:15

۳,۹۲۴

Xəbərin xülasəsi :
İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! Sən onu Öz (dininin) yardımına çağırdın, o da Sənə itaət etdi. Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən. İlahi, mənə şövqü Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti Sənə doğru yüksələcək dil və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəbaniyyə münacatının ardı (3)

Möminlərə tövsiyə olunur bu möhtəşəm münacatı, məxsusən əzəmətli Şəban ayının qalan günlərində müdavim şəkildə oxuyub məzmununa diqqət etsinlər...

إِلَهِي انْظُرْ إِلَيَّ نَظَرَ مَنْ نَادَيْتَهُ فَأَجَابَكَ وَ اسْتَعْمَلْتَهُ بِمَعُونَتِكَ فَأَطَاعَكَ يَا قَرِيبا لا يَبْعُدُ عَنِ الْمُغْتَرِّ بِهِ وَ يَا جَوَادا لا يَبْخَلُ عَمَّنْ رَجَا ثَوَابَهُ إِلَهِي هَبْ لِي قَلْبا يُدْنِيهِ مِنْكَ شَوْقُهُ وَ لِسَانا يُرْفَعُ إِلَيْكَ صِدْقُهُ وَ نَظَرا يُقَرِّبُهُ مِنْكَ حَقُّهُ إِلَهِي اِنَّ مَنْ تَعَرَّفَ بِكَ غَيْرُ مَجْهُولٍ وَ مَنْ لاذَ بِكَ غَيْرُ مَخْذُولٍ وَ مَنْ أَقْبَلْتَ عَلَيْهِ غَيْرُ مَمْلُوكٍ [مَمْلُولٍ‏] إِلَهِي اِنَّ مَنِ انْتَهَجَ بِكَ لَمُسْتَنِيرٌ وَ اِنَّ مَنِ اعْتَصَمَ بِكَ لَمُسْتَجِيرٌ وَ قَدْ لُذْتُ بِكَ يَا إِلَهِي فَلا تُخَيِّبْ ظَنِّي مِنْ رَحْمَتِكَ وَ لا تَحْجُبْنِي عَنْ رَأْفَتِكَ إِلَهِي أَقِمْنِي فِي أَهْلِ وَلايَتِكَ مُقَامَ مَنْ رَجَا الزِّيَادَةَ مِنْ مَحَبَّتِكَ إِلَهِي وَ أَلْهِمْنِي وَلَها بِذِكْرِكَ إِلَى ذِكْرِكَ وَ هِمَّتِي فِي رَوْحِ نَجَاحِ أَسْمَائِكَ وَ مَحَلِّ قُدْسِكَ إِلَهِي بِكَ عَلَيْكَ إِلا أَلْحَقْتَنِي بِمَحَلِّ أَهْلِ طَاعَتِكَ وَ الْمَثْوَى الصَّالِحِ مِنْ مَرْضَاتِكَ فَإِنِّي لا أَقْدِرُ لِنَفْسِي دَفْعا وَ لا أَمْلِكُ لَهَا نَفْعا إِلَهِي أَنَا عَبْدُكَ الضَّعِيفُ الْمُذْنِبُ وَ مَمْلُوكُكَ الْمُنِيبُ [الْمَعِيبُ‏] فَلا تَجْعَلْنِي مِمَّنْ صَرَفْتَ عَنْهُ وَجْهَكَ وَ حَجَبَهُ سَهْوُهُ عَنْ عَفْوِكَ

İlahinzur iləyyə nəzərə mən nadəytəhu fəəcabək, vəstə`­məltəhu bi­məu­nətikə fə­ə­ta­ək, ya qəribən la yəb`udu ənil muğtərri bih, və ya cəvadən la yəbxəlu əm­mən rəca səva­bəh, ilahi həb li qəlbən yudnihi minkə şəvquh, və lisanən yurfəu iləykə sid­quh, və nəzərən yuqərribuhu minkə həqquh, ilahi innə mən təərrəfə bikə ğəyru məchulin və mən lazə bikə ğəyru məx­zulin və mən əqbəl­tə ələyhi ğəyru məmluk, ilahi innə mənintəhəcə bi­kə ləmustənir, və innə mə­ni`­təsəmə bikə ləmustəcir, və qəd luztu bikə ya ilahi, fəla tuxəyyib zənni min rəhmətikə və la təhcubni ən rə`fətik, ilahi əqimni fi əhli vilayətikə muqamə mən rəcəz ziyadətə min məhəb­bətik, ilahi və əlhimni və­ləhən bizikrikə ila zik­rik, və himməti fi rəvhi nəcahi əsmaikə və məhəlli qudsik, ilahi bikə ələykə il­la əlhəqtəni biməhəlli əh­li taətik, vəl məsvəs salihi min mərzatik, fəin­ni la əqdiru linəfsi dəf`ən və la əmliku ləha nəf`a, ilahi ənə əbdukəz zəiful muznibu və məmlukukəl mu­ni­b, fəla təc`­əl­ni mimmən sərəftə ənhu vəchəkə və hə­cəbəhu səhvuhu ən əfvik...

İlahi, mənə nəzər sal, çağırılan və çağırışa cavab verən kəsin baxışı ilə! Sən onu Öz (dininin) yardımına çağırdın, o da Sənə itaət etdi. Ey yaxın olan və aldanmışlardan fasiləsi olmayan Allah! Ey o bağışlayan ki, mükafatını ümidvar olana əsirgəmirsən. İlahi, mənə şövqü Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti Sənə doğru yüksələcək dil və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et. İlahi, Sənin tanıtdırdığın tanınmamış qalmaz. Sənə sığınan xar və köməksiz olmaz. Sənin üz tutduğun şəxs yorğun və süst olmaz. İlahi, Səndən kömək istəyənin yolu işıqlıdır. Səndən yapışana sığınacaq verilir. Ey Allahım, Sənə sığındım. Belə isə, məni rəhmətindən naümid etmə və mənimlə Öz mehribanlığın arasında pərdə salma. İlahi, məni – Sənin geniş məhəbbətinə ümidvar olan kəsi vilayət əhlinin arasında qərar ver! İlahi, mənə öz zikrinlə daha üstün zikr üçün şövq, rəğbət və sevgi əta et, mənim təlaşımı Sənin adlarına və müqəddəs məhəllinə çatmaqla əldə olunan aramlıqda qərar ver! İlahi, Sənə pak zatını və məxluqatın üzərindəki haqqını and verirəm ki, məni itaət əhlinin sırasına qat və mənə layiqli mənzil – Öz razılığını əta et! Çünki mən özümdən heç bir şəri dəf etməyə və yaxud bir mənfəət əldə etməyə qadir deyiləm. İlahi, mən Sənin zəif, günahkar bəndən və qüsurlu qulunam! Belə isə, məni üz döndərdiyin və qəflətləri ilə Sənin əfvindən kənarda qalan kəslərin zümrəsində qərar vermə!..

(münacatın ardını izləyin)
Etiketlər :

Şəbaniyyə münacatı (3)