Şəbaniyyə münacatı (4)

28 November 2024

17:25

۱,۰۴۰

Xəbərin xülasəsi :
İlahi, məni çox sevinc doğuran izzət nuruna qovuşdur ki, Sənin haqqını tanıyıb, Səndən qeyrilərindən üz çevirim, Səndən qorxum və Səni nəzərdə saxlayım. Ey calal və kəramət sahibi! Allahın salamı olsun rəsulu Məhəmmədə və onun pak-pakizə Əhli-beytinə! Onlara çoxlu salam olsun!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Şəbaniyyə münacatının ardı (4)

Möminlərə tövsiyə olunur bu möhtəşəm münacatı, məxsusən əzəmətli Şəban ayının qalan günlərində müdavim şəkildə oxuyub məzmununa diqqət etsinlər...

 إِلَهِي هَبْ لِي كَمَالَ الانْقِطَاعِ إِلَيْكَ وَ أَنِرْ أَبْصَارَ قُلُوبِنَا بِضِيَاءِ نَظَرِهَا إِلَيْكَ حَتَّى تَخْرِقَ أَبْصَارُ الْقُلُوبِ حُجُبَ النُّورِ فَتَصِلَ إِلَى مَعْدِنِ الْعَظَمَةِ وَ تَصِيرَ أَرْوَاحُنَا مُعَلَّقَةً بِعِزِّ قُدْسِكَ إِلَهِي وَ اجْعَلْنِي مِمَّنْ نَادَيْتَهُ فَأَجَابَكَ وَ لاحَظْتَهُ فَصَعِقَ لِجَلالِكَ فَنَاجَيْتَهُ سِرّا وَ عَمِلَ لَكَ جَهْرا إِلَهِي لَمْ أُسَلِّطْ عَلَى حُسْنِ ظَنِّي قُنُوطَ الْإِيَاسِ وَ لا انْقَطَعَ رَجَائِي مِنْ جَمِيلِ كَرَمِكَ إِلَهِي إِنْ كَانَتِ الْخَطَايَا قَدْ أَسْقَطَتْنِي لَدَيْكَ فَاصْفَحْ عَنِّي بِحُسْنِ تَوَكُّلِي عَلَيْكَ إِلَهِي إِنْ حَطَّتْنِي الذُّنُوبُ مِنْ مَكَارِمِ لُطْفِكَ فَقَدْ نَبَّهَنِي الْيَقِينُ إِلَى كَرَمِ عَطْفِكَ إِلَهِي إِنْ أَنَامَتْنِي الْغَفْلَةُ عَنِ الاسْتِعْدَادِ لِلِقَائِكَ فَقَدْ نَبَّهَتْنِي الْمَعْرِفَةُ بِكَرَمِ آلائِكَ إِلَهِي إِنْ دَعَانِي إِلَى النَّارِ عَظِيمُ عِقَابِكَ فَقَدْ دَعَانِي إِلَى الْجَنَّةِ جَزِيلُ ثَوَابِكَ إِلَهِي فَلَكَ أَسْأَلُ وَ إِلَيْكَ أَبْتَهِلُ وَ أَرْغَبُ وَ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَنِي مِمَّنْ يُدِيمُ ذِكْرَكَ وَ لا يَنْقُضُ عَهْدَكَ وَ لا يَغْفُلُ عَنْ شُكْرِكَ وَ لا يَسْتَخِفُّ بِأَمْرِكَ إِلَهِي وَ أَلْحِقْنِي بِنُورِ عِزِّكَ الْأَبْهَجِ فَأَكُونَ لَكَ عَارِفا وَ عَنْ سِوَاكَ مُنْحَرِفا وَ مِنْكَ خَائِفا مُرَاقِبا يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ رَسُولِهِ وَ آلِهِ الطَّاهِرِينَ وَ سَلَّمَ تَسْلِيما كَثِيرا.

İla­hi həb li kəmaləl in­qitai iləykə və ənir əbsarə qulubina biziyai nəzəriha iləy­kə hətta təxriqə əbsarul qulubi hucubən nuri fətə­silə ila mə`­dinil əzəməti və təsirə ərva­hu­na muəl­lə­qətən biizzi qudsik, ilahi vəc`əlni mimmən nadəy­təhu fəəcabək, və lahəztəhu fəsə­iqə licəlalikə fənacəytəhu sirrən və əmilə ləkə cəhra, ilahi ləm usəllit əla husni zənni qunutəl iyasi, və lən­qətəə rəcai min cəmili kə­rəmik, ilahi in kanətil xə­taya qəd əsqətətni lədəykə fəsfəh ənni bihusni təvək­kuli ələyk, ilahi in hət­tətniz zunubu min məkarimi lutfik, fəqəd nəbbəhənil yəqinu ila kərəmi ətfik, ilahi in ənamətnil ğəflətu ənil isti`dadi liliqaik, fəqəd nəbbəhətnil mə`­rifə­tu bikərəmi alaik, ilahi in dəani ilən nari əzimu iqa­bik, fəqəd dəani iləl cən­nəti cəzilu səvabik, ilahi fələkə əs`əlu və iləykə əbtə­hilu və ərğəb, və əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Mu­həm­məd, və ən təc`­ələni mimmən yudimu zikrə­kə və la yənquzu əhdəkə və la yəğfulu ən şukrikə və la yəstəxiffu biəmrik, ilahi və əlhiqni binuri izzikəl əbhəci fəəkunə ləkə arifən və ən sivakə munhərifən və minkə xaifən muraqiba, ya zəl cəlali vəl ikram, və səl­ləllahu əla Muhəmmədin rə­su­lih, və alihit tahirinə və səlləmə təslimən kəsi­ra.

İlahi mənə Özünə doğru kamil azadlıq əta et və qəlb gözlərimizi Sənə baxış nuru ilə işıqlandır ki, qəlb gözlərimiz nurani pərdələri yarıb, əzəmət mədəninə çatsın və ruhlarımız müqəddəs izzətinə bağlansın! İlahi, məni o şəxslərdən et ki, Sən onu səslədin və o Səni qəbul etdi, Sən onu nəzərdən keçirdin və o Sənin böyük dərgahında heyrətləndi, bihuş oldu, onunla gizli şəkildə münacat etdin və o Sənin üçün aşkar əməl etdi. İlahi, nikbinliyimə ümidsizliyi hakim etmə və gözəl kərəminə olan ümidimi üzmə! İlahi, əgər xətalarım məni Sənin nəzərindən salıbsa, Sənə olan yaxşı təvəkkülümə görə məni bağışla! İlahi, əgər günahlarım məni Sənin lüt və mərhəmətindən uzaqlaşdırıbsa, kərəm və mehribanlığına olan yəqinim onu mənə xatırladır! İlahi, əgər qəflət məni Sənin görüşünə hazırlaşmaqdan qürur yuxusuna aparacaqsa, böyük nemətlərinə mərifətim ayıldacaqdır! İlahi, əgər Sənin böyük əzab və intiqamın məni cəhənnəmə çağıracaqsa, çoxlu mükafatın məni əbədi behiştinə dəvət edir! Belə isə, İlahi, Səndən istəyir və Sənin dərgahında ah-nalə və raz-niyaz edirəm! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, məni daim Səni yad edənlər, əhdini pozmayanlar, şükründən əsla qafil olmayanlar və əmrini yüngül tutmayanlardan qərar verəsən! İlahi, məni çox sevinc doğuran izzət nuruna qovuşdur ki, Sənin haqqını tanıyıb, Səndən qeyrilərindən üz çevirim, Səndən qorxum və Səni nəzərdə saxlayım. Ey calal və kəramət sahibi! Allahın salamı olsun rəsulu Məhəmmədə və onun pak-pakizə Əhli-beytinə! Onlara çoxlu salam olsun!

İltimas dua



Etiketlər :

Şəbaniyyə münacatı (4)