Həzrət Xədicəi-Kubra əleyhasəlamın vəfatı
28 November 2024
14:08
۹۳۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1438-ci il Ramazan ayının 10-u, miladi tarixi 2017-ci il iyun ayının 5-i Həzrət Xədicəi-Kubra əleyhasılamın vəfat günü ildönümüdür. Həzrət Xədicə əleyhasəlam Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) olduqca yüksək ehtiram bəslədiyi bir qadın olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) ömrünün sonuna qədər o şərafətli Xanımın hörmətini və məqamını ucalıqla xatırlamış və onun yad edərək bütün qadınlara nümunə kimi tanıtdırarmış. Həzrət Xədicəi-Kubra əleyhasəlam İslam dininin möhkəmlənməsində və şəxsən Rəsulullahın (sallallahu əleyhi və alih) pak vücudunun kafirlərdən qorunması yolunda misilsiz canfəşanlıqları olmuşdur. Həzrət Xədicəi-Kubra əleyhasəlam imam Əli əleyhissəlamı körpəlik vaxtından saxlayıb tərbiyə edilməsində də son dərəcə böyük xidmətləri olmuşdur. Bu şərafətli Xanımın iftixarlı həyatından mühüm bir səhifə də budur ki, iki aləmin xanımı Həzrət Fatiməi-Zəhranın əleyhasəlam mehriban və əziz anasıdır.
Bütün müsəlmanlara, o cümlədən, şiə aləminə bu əzəmətli şəxsiyyətin vəfat günü münasibəti ilə təsəlli və başsağlığı deyir, Həzrət İmam Zaman əleyhissəlamın bu gündəki qəm-qüssəsinə şərik oluruq.
Xanım Xədicənin xəstəliyi şiddətlənən zaman buyurdu:
“Ey Allahın elçisi sənə bir neçə vəsiyyətim vardı:
Birincisi, sənə xidmətdə qüsurlarım olub, onları bağışla. Peyğember (sallallahu əleyhi və alih) cavabında buyurdu: Mən səndən heç bir qüsur görmədim. Sən bütün var- dövlətini Allah yolunda xərclədin ve menim evimdə yorulub əldən düşənə qədər xidmət elədin.
İkinci vəsiyyətim budur: Bu qızdan muğayat olun deye, Xanım Zehraya (əleyhasəlam) işare etdi.
Üçüncü vəsiyyəti size deməyə utanıram. Fatiməyə deyərəm sizə çatdırar. Qızı Fatiməyə üçüncü vəsiyyətini elədi. Xanım öz anası Xədicənin vəsiyyətini Peyğəmbərə (sallallahu əleyhi və alih) belə buyurdu: Atacan anam deyir: Mən qəbrdən vəhşət edirəm. Sənə vəhy nazil olan zaman əyninde olan köynəklə məni kəfən edərsən. Peyğəmbər (sallallahu əleyhi və alih) o köynəyi ona ğöndərəndə xanım həddən artıq sevindi.