Həzrət Səccad əleyhissəlamın Ramazan ayında duası

07 July 2024

14:56

۹۴۴

Xəbərin xülasəsi :
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda başqalarına yetirdiyin bir salam ölçüsü ilə, o sala-mın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Əli ibn Huseyn əleyhiməssəlamın möhtəşəm “Səhifei-Səccadiyyə” kitabının 44-cü duasında mübarək Ramazan ayının gəlişi münasibəti ilə Allah-təalanın dərgahında etdiyi münacatını siz əzizlərə təqdim edirik.

اللَّهُمَّ وَ اجْعَلْنَا فِي سَائِرِ الشُّهُورِ وَ الْأَيَّامِ كَذَلِكَ مَا عَمَّرْتَنَا، وَ اجْعَلْنَا مِنْ عِبَادِكَ الصَّالِحِينَ الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ، وَ الَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَ قُلُوبُهُمْ وَجِلَةٌ، أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ، وَ مِنَ الَّذِينَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَ هُمْ لَهَا سَابِقُونَ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، فِي كُلِّ وَقْتٍ وَ كُلِّ أَوَانٍ وَ عَلَى كُلِّ حَالٍ عَدَدَ مَا صَلَّيْتَ عَلَى مَنْ صَلَّيْتَ عَلَيْهِ، وَ أَضْعَافَ ذَلِكَ كُلِّهِ بِالْأَضْعَافِ الَّتِي لا يُحْصِيهَا غَيْرُكَ، إِنَّكَ فَعَّالٌ لِمَا تُرِيدُ.

Ey mənim Rəbbim, bizi sağ saxladığın qalan ömrümüzün bütün aylarında belə et, bizi Behiştin varisi olub orada əbədi qalan bəndələrindən qərar ver, o bəndələr ki, sahib olduqları hər şeyi haqq yolunda bəxşiş edərlər, halbuki qəlbləri Rəbblərinə sarı qayıtmaqdan qorxu içindədirlər, xeyrinə tələsənlərdən, bu işlərdə hamıdan öndə gedənlərdən qərar ver.

Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və hər vaxt, hər zaman və hər halda başqalarına yetirdiyin bir salam ölçüsü ilə, o sala-mın bir neçə bərabəri, bir cür ki, kimsə onu saya bilməsinə qüdrət tapmasın, həqiqətən də Sən istədiyini edirsən.

İltimas dua

 

Etiketlər :

Səhifei-Səccadiyyədə Həzrət Zeynul-Abidin əleyhissəlamın munacatı