Həzrət Əli ibn Əbi Talib əleyhissəlamın şəhadəti
28 November 2024
12:04
۱,۰۹۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1438-ci il ramazan ayının 21-i, miladi 2017-ci il iyunun 16-ı Həzrət Əmirəl-möminin imam Əli ibn Əbi Talib əleyhisəlamın şəhadət günüdür. Bu əzəmətli müsibət günün öncə həzrət Sahib əz-Zaman iman Məhdi əleyhissəlama təsliyət ərz edir və o Həzrətin şiələrinə və bütün Əhli-Beyt sevərlərinə başsağlığı deyirik.
السَّلَامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَنْتَ أَوَّلُ مَظْلُومٍ وَ أَوَّلُ مَغْصُوبٍ حَقَّه
“Salam olsun sənə, ey möminlərin əmiri! Allahın rəhməti və bərəkəti sənə olsun! Sən zülmə məruz qalan və haqqı qəsb olunan ilk şəxssən!”
وَ الَّذِي نَفْسِي بِيَدِهِ لَوْ لَا أَنْ تَقُولَ طَوَائِفُ مِنْ أُمَّتِي فِيكَ مَا قَالَتِ النَّصَارَى فِي ابْنِ مَرْيَمَ لَقُلْتُ الْيَوْمَ فِيكَ مَقَالًا لَا تَمُرُّ بِمَلَإٍ مِنَ الْمُسْلِمِينَ إِلَّا أَخَذُوا التُّرَابَ مِنْ تَحْتِ قَدَمَيْكَ لِلْبَرَكَةِ.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) İmam Əli əleyhissəlama buyurdu: “And olsun o kəsə ki, canım Onun qüdrəti əlindədir! Əgər ümmətimdən bir dəstənin sənin barəndə məsihilərin Məryəmin oğlu barəsində dediyi sözləri deyəcəyindən qorxmasaydım, bu gün sənin fəzilətində elə bir şey deyərdim ki, müsəlmanlardan hər dəstəsinin yanından keçəndə sənin qədəmlərin altında olan torpağı təbərrük olaraq götürərdilər.”
Bu hədisin mənası budur: Əgər sənin məqam və fəzilətinin üstündən pərdələr götürülsə, məsihilər İncilin nazil olmasından sonra üçlüyə etiqada düçar olaraq İsanı ilahiləşdirdikləri kimi, mən də sənin fəzilətini bəyan etsəm, müsəlmanlar da həmin bəlaya düçar olacaqlar.
Bu hədis göstərir ki, Əmirəl-möminin Əli əleyhissəlamın bəyan olunan fəzilətləri gizlədilən fəzilətləri müqabilində çox cüzidir. O həzrət necə şəxsiyyətdir?! Necə bir müqəddəs vücuddur?! Bu hədisi yaxşı-yaxşı dərk etdinizmi?! Peyğəmbər (sallallahu əleyhi və alih) nə demişdi ki, hələ deyilməmişlər də qalmışdı?
Quranın nazil olması və natiq Quranın (Əli əleyhissəlamın) Allah dərgahına yüksəlməsi Ramazan ayını bütün ayların tacı etmiş ve onu qırmızı iksirə çevirmişdir.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) mübarək Ramazan ayında buyurdu: “Ya Əli! Hər kəs səni öldürsə, məni öldürmüşdür!” Yaxşı-yaxşı diqqət edin! “Ya Əli! Hər kəs səni öldürsə, məni öldürmüşdür!” nə deməkdir? Yəni bu ayın 21-ci günü əslində peyğəmbərlərin Xatəminin (sallallahu əleyhi və alih) qətlə yetirildiyi gündür! Bütün şiələrin vəzifəsi budur ki, o gündə Peyğəmbərə əzadarlıq keçirsinlər. Bu kəlmənin mənası təkcə şiələr üçün yox, həm də sünnülər üçün budur: o gün Peyğəmbərin (sallallahu əleyhi və alih) əza və matəm günüdür.
Sonra Həzrət dəlil gətirərək buyurur: “Ya Əli! Çünki sənin ruhun mənim ruhumdandır, sənin tinətin mənim tinətimdəndir.” Bir sözlə, sənin bədənin mənim bədənimdən, sənin canın mənim canımdandır. Sənin öldüyün gün elə mənim öldüyüm gündür.
Hədis eynilə belədir:
عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا عَنْ أَبِيهِ مُوسَى بْنِ جَعْفَرٍ عَنْ أَبِيهِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ الْبَاقِرِ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ أَبِيهِ زَيْنِ الْعَابِدِينَ عَلِيِّ بْنِ الْحُسَيْنِ عَنْ أَبِيهِ سَيِّدِ الشُّهَدَاءِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَنْ أَبِيهِ سَيِّدِ الْوَصِيِّينَ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ قَالَ: إِنَّ رَسُولَ اللَّهِ خَطَبَنَا ذَاتَ يَوْمٍ فَقَالَ أَيُّهَا النَّاسُ إِنَّهُ قَدْ أَقْبَلَ إِلَيْكُمْ شَهْرُ اللَّهِ بِالْبَرَكَةِ وَ الرَّحْمَةِ وَ الْمَغْفِرَةِ... ثُمَّ قَالَ يَا عَلِيُّ مَنْ قَتَلَكَ فَقَدْ قَتَلَنِي وَ مَنْ أَبْغَضَكَ فَقَدْ أَبْغَضَنِي وَ مَنْ سَبَّكَ فَقَدْ سَبَّنِي لِأَنَّكَ مِنِّي كَنَفْسِي رُوحُكَ مِنْ رُوحِي وَ طِينَتُكَ مِنْ طِينَتِي...
Əmirəl-möminin Əli ibni Əbi Talib (əleyhissəlam) buyurur: Bir gün Allahın Rəsulu bizə xütbə oxuyaraq buyurdu: “Ey insanlar! Həqiqətən, Allahın ayı sizə doğru xeyr-bərəkət, rəhmət və məğfirətlə üz gətirmişdir... (Sonra Əli (əleyhissəlam) buyurdu:) Ya Əli! Hər kəs səni qətlə yetirsə, şübhəsiz, məni qətlə yetirmişdir. Hər kəs səninlə düşmənçilik etsə, şübhəsiz, mənimlə düşmən olmuşdur. Hər kəs sənə nalayiq söz desə, şübhəsiz, mənə nalayiq söz demişdir. Çünki sənin mənimlə münasibətin mənim özümün öz canıma olan münasibəti kimidir; sənin ruhun mənim ruhumdandır, tinətin mənim tinətimdəndir.”[1]
İltimas dua[1] “Fəzailu Əmiril-mominin (əleyhissəlam)”, İbni Uqdə Kufi, səh. 135; “Əmali”, Şeyx Səduq, səh. 153; “Uyunu əxbarir-Riza (əleyhissəlam)”, Şeyx Səduq, 1-ci cild, səh. 265; “Rovzətul-vaizin”, Fəttal Nişapuri, səh. 346; “İqbalul-ə`mal”, Seyid ibni Tavus, 1-ci cild, səh. 27; “Biharul-ənvar”, Əllamə Məclisi, 42-ci cild, səh. 190, 39-cu cild, 3, səh. 358.