İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
28 November 2024
10:24
۱,۲۲۱
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
Əziz mömin bacı-qardaşlardan rica edirik bu duanı səbr və hövsələ ilə mütaliə etsinlər, bir daha Allah-taalanın lütf və mərhəmətinə nəzər yetirib mübarək Ramazan ayının son günlərindən layiqincə faydalansınlar.
أَنْتَ الَّذِي فَتَحْتَ لِعِبَادِكَ بَابا إِلَى عَفْوِكَ، وَ سَمَّيْتَهُ التَّوْبَةَ، وَ جَعَلْتَ عَلَى ذَلِكَ الْبَابِ دَلِيلا مِنْ وَحْيِكَ لِئَلا يَضِلُّوا عَنْهُ، فَقُلْتَ - تَبَارَكَ اسْمُكَ -: تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحا عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَ يُدْخِلَكُمْ جَنَاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ. يَوْمَ لا يُخْزِي اللَّهُ النَّبِيَّ وَ الَّذِينَ آمَنُوا مَعَهُ، نُورُهُمْ يَسْعَى بَيْنَ أَيْدِيهِمْ وَ بِأَيْمَانِهِمْ، يَقُولُونَ: رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا، وَ اغْفِرْ لَنَا، إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ. فَمَا عُذْرُ مَنْ أَغْفَلَ دُخُولَ ذَلِكَ الْمَنْزِلِ بَعْدَ فَتْحِ الْبَابِ وَ إِقَامَةِ الدَّلِيلِ؟ وَ أَنْتَ الَّذِي زِدْتَ فِي السَّوْمِ عَلَى نَفْسِكَ لِعِبَادِكَ، تُرِيدُ رِبْحَهُمْ فِي مُتَاجَرَتِهِمْ لَكَ، وَ فَوْزَهُمْ بِالْوِفَادَةِ عَلَيْكَ، وَ الزِّيَادَةِ مِنْكَ، فَقُلْتَ – تَبَارَكَ اسْمُكَ وَ تَعَالَيْتَ -: مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا، وَ مَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلا يُجْزَى إِلا مِثْلَهَا. وَ قُلْتَ: مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ، وَ اللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ،
Bəndələrinin üzünə bəxşişinə sarı bir qapı açan Sənsən, onu tövbə qapısı adlandırmısan, açıq qapıya öz vəhyinlə bir yol göstərən qərar vermisən ki, onu itirməsinlər, adın uca və mübarəkdir, Sən özün buyurmusan: Bir daha günaha sarı dönməməklə Rəbbinə sarı qayıdın ki, bəlkə Allah sizin günahlarınızdan keçib, sizi ağacları altından çaylar axan bağlara nail etsin; O gün Allah peyğəmbər və ona iman gətirənləri xar etməz, halbuki nurları önlərindən və sağ tərəflərindən nur parladığı halda deyərlər: Ey Rəbbimiz, nurumuzu kamil et, bizi əfvinə nail et ki, Sən, hər şeyə qadirsən. Belə isə qapısı açılıb dəlili üzə çıxarılarkən o evə girməkdən qəflət edənin üzrü nə olacaqdır?
Sənsən ki, bəndələrinlə etdiyin sövdədə Öz bəxşişinə artırmısan ki, aparsınlar, Sənə sarı hərəkətdə kama yetsinlər, Səndən daha çox bəhrəmənd olsunlar, elə buna görə də Sən özün (adın mübarəkdir, çox ulusan) buyurmusan: «Hər kəs yaxşılıq edərsə, on bərabər əvəzi olacaqdır və hər kəs pislik edərsə, onun mislindən artıq cəza görməz»-həmçinin buyurmusan: «Mallarını Allah yolunda sərf edənlərin məsəli yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır və Allah istədiyi kimsə üçün onu bir neçə qat artırar.»
İltimas dua
(ardını izləyin)